3:11 pm - Bazar ertəsi Noyabr 24, 1788

Təbrik edirik

Taleh Cümşüd oğlu Rəsulov

Taleh Cümşüd oğlu Rəsulov

Taleh Cümşüd oğlu Rəsulov 1972-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdur. 1979-cu ildə Quycaq kənd orta məktəbinə getmişdir. Məktəb həyatında dərslərlə bərabər, həm də şahmata maraq göstərmiş, dəfələrlə idman yarışlarının qalibi olmuşdur. 1989-cu ildə orta məktəbi bitirmiş, Xarici Dillər Universitetinin “alman dili” ixtisasına yiyələnmişdir. Tələbəlik illərində karate idman növü ilə mütamadi olaraq məşğul olmuş, bir sıra gəncləri bu idman növünə həvəsləndirərək, onlara dəstək olmuşdur. Karateyə olan marağı sonralar övladlarına da sirayət etmişdir. Belə ki, hazırda əkiz övladları – Rəşad və Elşad Rəsulov qardaşları taekvando idman növü ilə məşğul olurlar. Onlar həm ölkədaxili, həm də respublikadan kənarda keçirilən bir sıra yarışlarda iştirak edərək, diplom və Fəxri fərmanlarla təltif olunublar. Taleh bəy universitet vaxtı – 1992-1993-cü illərdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, rayon işğal olunan son günə qədər vətəni tərk etməmişdir. Hərbi xidmətdə olarkən də işgüzarlığı, doğruçuluğu, ciddiliyi və nizam-intizamı ilə rəhbərliyin hörmətini qazanmağı bacarmışdır.
Taleh Rəsulov dünyaya göz açdığı gündən valideynlərini sadə, zəhmətkeş, rəhmli, səxavətli görüb. Buna görə də həmişə zəhmətlə qazanmağı seçmiş, işində məsuliyyətlə olmağı ilə işlədiyi kollektiv arasında sayılıb-seçilmişdir. Çalışqanlığı, halallığı, təvazökarlığı da elə valideynlərindən görüb-götürüb. Hazırda işlədiyi vəzifəsini də layiqincə yerinə yetirməkdədir.
Taleh Rəsulov hər zaman sadə olmuş, el-obanın xeyir-şərində ürəkdən iştirak etmiş, yetişən nəslin düzgün təlim-tərbiyə olun-masında hər kəsə düzgün yol göstərmiş, ehtiyacı olanlara həm mənəvi, həm də maddi dayaq olmuşdu.
İyunun 1-i Taleh Rəsulovun 45 yaşı tamam olur. Bu münasibət ilə onu səmimi qəlbdən təbrik edir, sağlam can, işlərində uğur qazanmağı arzu edirik. Təbrikə anası Gülsarə xanım, qardaşı Valeh bəy, həyat yoldaşı Zemfira xanım, bacıları Elminaz və Esmira xanım, əzizləri Elman bəy, Rəfael bəy, Hidayət bəy, Lətafət xanım, Lətifə xanım, həmçinin övladları Rəşad, Elşad, Leyla da qoşulur.
Onu da bildirək ki, həmin gün həm də Taleh bəyin bacısı Esmira Rəsulovanın da doğum günüdür. Esmira xanıma ən gözəl arzularımızı bildirir, sağlıqlı ömür yaşamağı arzulayırıq.
Aysel RƏSULZADƏ

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın