7:49 pm - Bazar Noyabr 19, 2017

Təbrik edirik

 İmran Həsənov

İmran Həsənov

İyun ayının 1-də Naxçıvan Muxtar Respublikası Şərur Rayon Dan yeri kənd orta məktəbinin tarix müəllimi İmran Həsənovun 64 yaşı tamam olur. O, 40 illik pedoqoji fəaliyyəti dövründə müəllim adını həmişə uca tutmuş, gənc nəslin düzgün meyarlar və təhsil proqramı əsasında formalaşaraq, ölkəmizin çiçəkləməsində faydalı iştirakları ilə seçilən kadrlara çevrilməsində böyük rol oynamışdır. İmran Həsənov dərs prosesində novator pedaqoq kimi tanınmış, orta məktəbdə təhsilin təşkil edilməsində hər zaman innovativ və kreativ metodlardan istifadəyə üstünlük vermişdir. Qabaqcıl iş təcrübəsi ilə daim seçilən İmran müəllimi ad günü münasibətilə təbriki edir, bu məhsuldar və bəhrəli həyat yolunun daha da uzun olmasını arzu edirik.

“Təhsil problemləri”

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın