7:44 pm - Bazar Noyabr 19, 2017

İNGİLİS DİLİNDƏN DƏRS NÜMUNƏSİ

Sima HƏSƏNOVA,  Nizami rayonu, 238 nömrəli  tam orta məktəbin ingilis dili müəllimi,  Metodbirləşmə sədri

Sima HƏSƏNOVA,
Nizami rayonu, 238 nömrəli
tam orta məktəbin ingilis dili müəllimi,
Metodbirləşmə sədri

Mövzu: “Shopping”.

Standartlar: 1.1.1. 2.1.2.

Məqsəd:

1. Müzakirələr zamanı sadə sualları cavablandırır.

2. Kiçik həcmli dialoqlarda iştirak edir.

3. Sözləri seçir və qruplaşdırır.

4. Gördüyü əşya və hadisələrin adını yazır.

İnteqrasiya: Həyat bilgisi.

Resurslar: Şəkil, iş vərəqləri, marker, qələm, dərslik.

İş forması: Qruplarla iş.

İş üsulu: Klaster, Venn diaqramı, rollu oyun.

Şəkil

Şəkil

1. Şəkildə nə görürsünüz?

2. Biz mağazaya (supermarketə) nə üçün gedirik?

Tədqiqat sualı:

1. Yaşadığınız ərazidə supermarket varmı? Hansı şöbələri var?

2. Ailənizdə bazarlığı kim edir?

3. Bazarlıq etməkdə valideynlərinə kömək edirsinizmi?

4. Hansı mağazalara getməyi xoşlayırsınız?

Şəkil

Şəkil

Tədqiqatın aparılması:

“Ərzaq adları” saymaqla şagirdləri üç qrupa bölürəm. Hər qrupa iş vərəqi paylaşıram. Hər iş vərəqində bir tapşırıq olur. Vaxtı elan edirəm.

Bu ərzaqları hansı şöbələrdən ala bilərsiniz ?

II qrup:

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Siz ərzaq dükanından hansı ərzaqları ala bilərsiniz?

III qrup:

Siz tərəvəz dükanından nələr ala bilərsiniz?

Şəkil

Şəkil

Məlumat mübadiləsi: Hər bir şagirdin qabiliyyət və bacarığına görə qruplar fəaliyyətə başlayır. Liderlər seçilir. Vaxtdan səmərəli istifadə edilir.

Müzakirənin aparılması: Hər qrupun lideri iş vərəqini gətirib lövhəyə yapışdırır və işini təqdim edir. Hər qrup öz münasibətini alqışlarla bildirir.

Nəticə və ümumiləşdirmə: Ümumi nəticəyə gələrək öyrəndik ki, bazarlıq üçün supermarket ən yaxşı yerdir. Suallara cavab verirlər. Supermarket müxtəlif şöbələrdən ibarətdir və onları bir-birindən fərqləndiririk. Sözləri qruplaşdıra bilirlər. Gördükləri əşya və hadisələrin adını yazırlar.

Şəkil

Şəkil

Yaradıcı tətbiqetmə: Dərsi möhkəmləndirmək üçün Venn diaqramı, nöqtələrin yerinə sözlər işlədin, dialoq qurun kimi üsullardan istifadə edərək tapşırıqlar verirəm.

II qrup:

Biriniz satıcı, biriniz alıcı rolunu ifa edərək dialoq qurun.

Şəkil

Şəkil

III qrup:

Nöqtələrin yerinə sözlər işlədin:

Sugar, pounds, coffee, sandwich, meat.

1. Don ’ t put … in my tea.
2. My friend dosn ’ t like … .
3. Do you like cheese … for breakfast?
4. My shoes are very expensive. I. Gave 20 … for them.
5. We bought two kilos of ….. at the butcher’s.

Ev tapşırığı: Təsəvvür edin ki, bazarlığa gedirsiniz və bazarlığınızı necə planlaşdırarsınız?

Qiymətləndirmə:

Şəkil

Şəkil

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın