4:47 am - Şənbə İyul 22, 2017

Uşağa istiqamətləndirilmiş tədris proqramı

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

İxtisas üzrə təcrübələrə dair təkliflər

Tövsiyə edirik ki, fəaliyyətə yeni başlayan müəllimlərə praktik təcrübə vermək üçün təlimatçı üç əsas mexanizmdən istifadə etsin. Bunlardan birincisi treninqdəki müəllimləri uşaqların iş nümunələrini toplamaq və ya təcrübəli müəllim və valideynlər arasında müsahibə aparmaq kimi müxtəlif üsullarla məlumat toplamaq işinə cəlb etməkdir.

İkinci mexanizm videolentlər və geniş sinif ssenarilərindən istifadə etməklə, ixtisas təcrübəsi üzrə stimulyasiyalar yaratmaqdır. Üçüncü və daha çox tövsiyə olunan mexanizm kiçik yaşlı uşaqları və onların müəllimlərini sinif otaqlarında, xüsusilə, “Addım-addım” proqramı üzrə qurulmuş siniflərdə və ya uşağa istiqamətləndirilmiş digər siniflərdə birbaşa müşahidə etməkdir. ABŞ-da aparılan tədqiqat aydın şəkildə göstərmişdir ki, fəaliyyətə yenicə başlayan müəllimlər siniflərdə birbaşa müşahidə aparmaq və iştirak etmək imkanını onların müəllim kimi hazırlanması prosesinin ən qiymətli aspekti kimi dəyərləndirirlər. Əlbəttə, treninqə cəlb olunmuş müəllimləri bu təcrübələrə hazırlamaq, onları hansı cəhətlərə daha çox diqqət yetirməyə istiqamətləndirmək, istənilən bu cür müşahidələri müzakirələrlə tamamlamaq, bununla da təcrübəni treninqə cəlb edilmiş müəllimlərin tədris haqqında oxuyub öyrəndikləri ilə əlaqələndirmək olduqca mühüm bir məsələdir.

KURSUN MƏZMUNU

1-ci MÖVZU: UŞAĞA İSTİQAMƏTLƏNDİRİLMİŞ TƏDRİS PROQRAMI NƏDİR?

Məqsəd:

Bu mövzunun məqsədi treninqdəki müəllimlərə uşağa istiqamətləndirilmiş tədris proqramının mahiyyətini izah etməkdir. Burada fəaliyyətə yenicə başlayan müəllimlərə terminologiyanı aydınlaşdırmaq, fəal öyrənmə metodlarının faydasını dərk etmək, öyrənmə prosesi ilə yaxından tanış olmaq və uşağa istiqamətləndirilmiş tədris proqramının əsas səciyyəvi cəhətlərini və ya göstəricilərini müəyyənləşdirmək kimi məsələlərdə kömək göstərmək vəzifəsi qarşıya qoyulur.

Treninqdəki müəllimlərin qazanacağı səriştələr

Bu mövzu treninqə cəlb edilmiş müəlimlərə aşağıdakı məsələlərdə yardımçı olacaq:

• Uşağa istiqamətləndirilmiş tədris proqramı ilə bağlı terminologiyaya yiyələnmək.

• Fəal öyrənmə metodlarının üstünlükləri ilə tanış olmaq.

• Öyrənmə və tədris proseslərinin qarşılıqlı əlaqəsini təsvir etməyi bacarmaq.

• Uşağa istiqamətləndirilmiş tədris proqramının əsas səciyyəvi cəhətlərini müəyyənləşdirmək.

Təlim fəaliyyətləri

Fəaliyyətlər Yayım materialları/slaydlar

1-a fəaliyyəti – Mini-prezentasiya: Uşağa istiqamətləndirilmiş tədris proqramı terminologiyasının aydınlaşdırılması

1-b fəaliyyəti – Öyrənmə prosesinin dərk olunması

1-c fəaliyyəti – Uşağa istiqamətləndirilmiş tədris proqramı hansı formadadır? Yayım materialı

Dörd mərhələli öyrənmə prosesindən 1-c cütlüklər şəklində istifadə

1-ç fəaliyyəti – Uşağa istiqamətləndirilmiş tədris proqramı komponentlərinin müəyyənləşdirilməsi Treninqdəki müəllimlər üçün tapşırıqlar və ixtisas üzrə əlavə işlər

Sinifdəki təlim fəaliyyətlərini sinifdənkənar tədris təcrübələri ilə birbaşa əlaqələndirmək üçün treninqdəki müəllimlərə iki müəllim və yaşı səkkizdən çox olmayan iki uşağın valideyn arasında müsahibə aparmağı təklif edin. Məsələn, onlar müəllimlərdən soruşa bilərlər:

• Sizcə, uşaqlar üçün ən münasib öyrənmə fəaliyyətləri hansılardır? Nə üçün?

Valideynlərə belə sual verilə bilər:

• Sizcə, nələri öyrənmək uşaqlar üçün xüsusilə zəruridir? Nə üçün?

Treninqdəki müəllimləri böyüklərin cavablarını kursla bağlı ədəbiyyatda uşağa istiqamətləndirilmiş tədris proqramının mahiyyəti ilə müqayisəyə dəvət edin. Sonra onlara təklif edin ki, yaşı səkkizdən çox olmayan iki məktəb yaşlı uşağı müsahibəyə cəlb etsinlər. Uşaqlara aşağıdakı tipdə suallar vermək olar:

• Məktəbdə ən çox hansı işi görməkdən xoşunuz gəlir? Nə üçün?

• Ən az hansı işdən xoşunuz gəlir? Nə üçün?

Sonra treninqdəki müəllimlər böyüklərin cavablarını uşaqların cavabları ilə müqayisə edə bilərlər. Məşğələ zamanı treninqdəki müəllimlərin gəldikləri nəticələr barədə bütün qrupla birgə fikir mübadiləsi aparması üçün vaxt ayırın.

1-a TƏLİM FƏALİYYƏTİ

Başlıq: Mini-prezentasiya: uşağa istiqamətləndirilmiş tədris proqramı terminologiyasının aydınlaşdırılması

Məqsəd: Treninqdəki müəllimlər uşağa istiqamətləndirilmiş tədris proqramı ilə bağlı terminologiya ilə tanış olacaqlar

(Məqsəd 1).

Ədəbiyyat: Bu mövzu ilə bağlı verilmiş ədəbiyyata bax.

Materiallar: Slayd 1-a.

Prosedur: 1. Tədris proqramı (1), uşağa istiqamətləndirilmiş təcrübə (2) və öyrənmə (3) adlı üç terminin qrup tərəfindən necə dərk olunduğunu qiymətləndirmək üçün B/İ/Ö sxemindən istifadə edin. B/İ/Ö sxemi üç hissədən ibarətdir:

• Biz nəyi bilirik?

• Biz nəyi bilmək istəyirik və həmin şeyi necə öyrənəcəyik?

• Biz nəyi öyrəndik?

Bu yolla öz fikir və suallarını formalaşdırmaq diqqəti əsas məsələlər üzərində cəmləşdirməkdə və öz suallarını cavablandırmaqda öyrənənlərə kömək edir.

2. 1-a slaydından istifadə etməklə uşağa istiqamətləndirlimş tədris proqramı və təcrübəsinin mahiyyətini aydınlaşdırmaq məqsədi ilə sinif müzakirəsi və ya mini-mühazirə təşkil edin. Aşağıdakı məsələlərə diqqət yetirin:

• Ənənəvi sinifdən fərqli olaraq, uşağa isrtiqamətləndirilmiş sinifdə tədris proqramı anlayışı necə genişləndirilir.

• Sinifdə uşağa istiqamətləndirilmiş və inkişaf səviyyəsinə uyğun tərübənin tətbiqində müəllimin rolu.

UŞAĞA İSTİQAMƏTLƏNDİRİLMİŞ TƏDRİS PROQRAMININ TERMİNOLOGİYASI

TƏDRİS PROQRAMI:

• məktəbdə baş verənlərdir.

• təhsil məqsədlərinin əldə edilməsi planıdır.

• uşaqların öyrənəcəklərinin icmalı və hər bir fənn sahəsi üzrə vərdişlərin inkişafına və məzmunun mənimsənilməsinə yardım etmək üçün təklif olunan üsullardır.

UŞAĞA İSTİQAMƏTLƏNDİRİLMİŞ TƏCRÜBƏ

• uşaqların tələbatlarına və səciyyəvi xüsusiyyətlərinə istiqamətləndirilmiş tədris proqramını izah edir.

• təcrübə haqqında qərarın qəbulu üçün uşaqların biliyindən istifadə edir.

• müəllimlərin uşaqları necə görmək arzusu və ümidinə deyil, onların uşaqlar haqqında nəyi bildikləri və anladıqlarına xüsusi diqqət yetirir.

ÖYRƏNMƏ

Əvvəlki təcrübədən asılı olan və əməli işdə nümayiş etdirilə bilən fərdi bilik və davranışda baş verən nisbətən davamlı dəyişiklikdir.

1-b TƏLİM FƏALİYYƏTİ

Başlıq: Öyrənmə prosesinin dərk olunması

Məqsəd: Treninqdəki müəllimlər dörd hissədən ibarət öyrənmə prosesini təsvir və izah edəcəklər (Kursun 1-ci və 5-ci məqsədləri).

Ədəbiyyat: Bredekamp and Rosegrant, Reading Potensials İ, 1992, pp. 32-36.

Materiallar: Slayd: 1-b: Öyrənmə mərhələləri

Prosedur: Treninqdəki müəllimlərə “Reading Potentials”ı kitabının 32-36-cı səhifələrini (burada öyrənmə mərhələləri təsvir olunur) oxumağı təklif edin. Onlardan xahiş edin ki, üç nəfərlik qruplara bölünərək öyrəndikləri nə isə bir şeyi (istər bir yaşlı, istəsə də bir uşaq kimi) müəyyənləşdirsinlər və öz öyrənmə proseslərini təsvir etsinlər. Sonra onlara aşağıdakı sualları verin:

1) Siz bu təcrübə və ya anlayışı necə öyrəndiniz?

2) Öyrənmə prosesində sizə ən çox nə kömək etdi?

3) Çətinliklərlə üzləşərkən nə edirdiniz?

4) Proses zamanı özünüzü necə hiss edirsiniz?

Bu təcrübələri öyrənmə prosesinin dörd mərhələsi ilə müqayisə edin. Hər qrupun bir nümayəndəsindən xahiş edin ki, öyrənmə mərhələləri ilə bağlı olan bu təcrübələrdən birini misal göstərsin. Bu misalları bütün siniflə birlikdə müzakirə etdikcə, onları 1-b slaydında qeyd edin.

Əsas və əlavə tapşırıq: Treninqdəki müəllimlərə təklif edin ki, “Addım-addım” proqramı üzrə qurulmuş sinifdə və ya uşağa istiqamətləndirilmiş hər hansı sinifdə öyrənmə fəaliyyəti ilə məşğul olan bir uşağı müşahidə etsinlər. Onlardan xahiş edin ki, uşağın nə iş gördüyünün yazılı təsvirini versinlər. Treninqdəki müəllimlər müəyyənləşdirməlidirlər ki, müşahidə etdikləri uşaq artıq nəyi bilir və o, öyrənmə prosesinin hansı mərhələsindədir.

(ardı var)

Materialı hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın