4:42 am - Şənbə İyul 22, 2017

Uşağa istiqamətləndirilmiş tədris proqramı

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

ÖYRƏNMƏ MƏRHƏLƏLƏRİ: ÖYRƏNMƏ PROSESLƏRİ

Anlama

Mənası: Anlama öyrənmə prosesinin parametrlərinin (hadisələr, əşyalar, insanlar və ya anlayışlar) geniş şəkildə dərk olunmasıdır. Anlama aşkarlama və təcrübədən meydana çıxır.

Tədqiqat

Mənası: Tədqiqat hadisələrin, əşyaların, insanların və ya anlayışların komponent, yaxud atributlarının müəyyənləşdirilməsi prosesidir.

Misal:

Müqayisə

Mənası: Müqayisə elə bir uyğunlaşma prosesidir ki, bu zaman uşaqlar özlərinin konseptual anlayışlarını nəzərdən keçirir və onları digər şəxslərin anlayışları və ya obyektiv reallıqla müqayisə edirlər.

Misal:

Tətbiq

Mənası: Tətbiq öyrənmənin funksional mərhələsidir. Bu zaman uşaqlar hadisələr, əşyalar, insanlar və ya anlayışlarla bağlı bildiklərini tətbiq edir və ya onlardan yararlanırlar.

1-c yayım materialı

3-7 yaşlı uşaqlar üçün uşağa istiqamətləndirilmiş sinif otağı: onun forması necədir?

Kiçik yaşlı uşaqlar üçün uyğun mühiti təşkil edərkən, bir sıra cəhətləri nəzərə almaq lazımdır. 3-7 yaşlı uşaqların sinif otağını nəzərdən keçirin və özünüzə aşağıdakı sualları verin:

• Burada bütün qrupun özünü rahat hiss etməsi üçün geniş sahələr varmı?

• Burada kiçik qrup fəaliyyətləri üçün orta ölçülü sahələr varmı? Müəllimlər, qruplarla iş apardıqları zaman həmin sahələr səs-küyün azalması üçün bir-birindən kifayət qədər aralıdırmı?

• Burada 2-3 uşağın birlikdə oynaması üçün kiçik sahələr varmı?

• Burada uşaqların öz fərdi tapşırıqlarını yerinə yetirməsi üçün sakit yerlər varmı?

• Masanın sahəsi və forması əməkdaşlıq üçün əlverişlidirmi?

• Burada quraşdırma və əyləncəli riyazi oyunlar üçün yerlər varmı? Əgər yoxdursa, sinfin şəraiti həmin materiallar üçün döşəmədə və ya masanın üzərində yer ayırmağa imkan verirmi?

• Yazı materialları, rəssamlıq üçün avadanlıq və kitablar əlçatan yerlərdə qoyulmuşdurmu?

• Uşaqlar və materiallar üçün guşələr aydın şəkildə bir-birindən seçilirmi və onları göstərən lövhələr mövcuddurmu? (Uşaqlar bunları özləri düzəldə bilərlər).

• Material və nümunələr uşaqların mədəniyyətini əks etdirirmi?

• Uşaqlar sinfin təşkilində iştirak edirlərmi?

• Xalça, yastıq və döşəkçələrin qoyulduğu yumşaq yerlər varmı?

• Məlumat lövhələri uşaqların gözləri səviyyəsində qoyulmuşdurmu?

• Sinif mühitində yazılı materiallar çoxdurmu?

• Uşaqların cari əl işləri və ya çap olunmuş yazıları əhəmiyyətli şəkildə digər uşaqlara çatdırılırmı?

• Uşaqların işləri onların fərdi, fərqli və unikal münasibətlərini nümayiş etdirirmi (yəni heç də hər kəsin işi başqasının işi ilə tam eyni deyil)?

• Sinif qaydaları yazılı şəkildə divardan asılmışdırmı?

• Gündəlik cədvəl mövcuddurmu?

• Uşaqların seçim etməyi bacarıqlarını göstərən əlamətlər (fəaliyyətlərdə, sinif işlərində və s.) mövcuddurmu?

1-ç TƏLİM FƏALİYYƏTİ

Başlıq: Uşağa istiqamətləndirilmiş sinif otaqları komponentlərinin müəyyənləşdirilməsi

Məqsəd: Treninqdəki müəllimlər uşağa istiqamətləndirilmiş tədris proqramının mühüm komponentlərini təsvir edəcək və vaxt keçdikcə tədris proqramının necə yaxşılaşdırıla biləcəyini başa düşəcəklər (4-cü və 5-ci məqsədlər).

Ədəbiyyat: Hansen, Kaifmann, Burke-Walsh, pp. 1-2-16.

Bredekamp, evelopmentally Appropriate Practice, pp. 1-7

Materiallar: 1-ç slaydı

Prosedurlar: Bredkampın “İnkişafa uyğun təcrübə” kitabından (səh. 1-8) istifadə etməklə, uşağa istiqamətləndirilmiş tədris proqramının əsas komponentləri üzrə mini-mühazirə təşkil edin. Həmin komponentlər haqqında müəllimlərin bilikləri artdıqca, onlar bu komponentləri təcrübədən və fikir süzgəcindən keçirdikcə, həmin komponentlərin müəyyən müddətdən sonra necə dəyişdiyinə diqqəti cəlb edin. Treninqdəki müəllimlərdən xahiş edin ki, onları uşağa istiqamətləndirilmiş tədris proqramı üzərində düşünməyə vadar edən öz məktəb təcrübələrini yada salsınlar. Bu məqsədlə müəllimlərə 10-15 dəqiqə vaxt verin. Vaxt bitdikdən sonra onlardan xahiş edin ki, 3-4 belə nümunəni təqdim etsinlər. Sonra isə nəyin uşağa istiqamətləndirilmiş, nəyin isə istiqamətləndirilməmiş təcrübələr olduğunun müqayisəsi üçün 1-ç slaydından istifadə edin. Nə üçün böyüklərin uşağa az istiqamətləndirilmiş təcrübələr seçməsinin bəzi səbəblərini müzakirə edin və uşağa istiqamətləndirilmiş tədris proqramı üzrə tədrisə yiyələnmək kontiniumunun əhəmiyyətini bir daha vurğulayın.

Uşağa istiqamətləndirilmiş təcrübənin kontiniumu

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

UŞAĞA İSTİQAMƏTLƏNDİRİLMİŞ TƏDRİS PROQRAMINDAN İSTİFADƏ NƏ ÜÇÜN ZƏRURİDİR?

Məqsəd:

Bu mövzunun məqsədi uşağa istiqamətləndirilmiş tədris proqramını məntiqi cəhətdən əsaslandırmaqdır. Burada verilən materialın bütün şagirdlərə, xüsusilə fərqli tələbatlara malik şagirdlərə uyğun şəkildə çatdırılması üçün uşağa istiqamətləndirilmiş tədris proqramının müəllimlərin fəal öyrənməklə bağlı biliklərdən istifadə etməsinə necə kömək göstərməsi məsələsi də öz əksini tapır.

Treninqdəki müəllimlərin qazanacağı səriştələr

Bu mövzu treninqdəki müəllimlərə aşağıdakı məsələlərdə yardımçı olacaq:
• Uşağa istiqamətləndirilmiş tədris proqramının məntiqini dərk etmək.
• Uşaqların öyrənilməsi prosesinin prinsiplərinin izahını verməyi bacarmaq.
• “Fəal öyrənmə”nin mahiyyətini müəyyənləşdirmək və təsvir etmək.
• Ayrı-ayrı öyrəncilərin tələbatlarına cavab verən metodlar işləyib hazırlamaq.

(ardı var)

Materialı hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın