4:43 am - Şənbə İyul 22, 2017

MADDƏNİN AQREQAT HALLARI

6-cı sinif üçün nəzərdə tutulmuş mövzunun Fizika və Həyat bilgisi fənn müəllimlərinin birgə tədrisi üçün layihə-blok dərs modeli

6-cı sinif, 114 nömrəli tam orta məktəb

6-cı sinif, 114 nömrəli tam orta məktəb

Mövzu: “Maddənin aqreqat halları”.

Alt Standart:

1.1.1. Maddənin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir.

2.1.1. Maddəni quruluşuna görə fərqləndirir.

2.1.4. Maddənin quruluşuna dair sadə məsələ həll edir.

3.1.2. Sadə təcrübələr aparır, nəticələri təqdim edir.

Məqsəd:

1. Maddələrin fiziki və kimyəvi xassələrini fərqləndirir. Maddənin atom və molekullardan ibarət əlaqəli sistem olduğunu şərh edir.

2. Maddənin aqreqat hallarını təsnif edir. Maddənin aqreqat hallarını fərqləndirən keyfiyyətlərini şərh edir.

3. Mövzuya aid sadə məsələlər həll edir.

İnteqrasiya: C.-2.1.8, B.-2.1.3., Riy-4.1.1., 4.2.1.,

Tex.-1.3.2.,3.1.2. İnf-1.2.2., 2.1.3.

Təlim forması: Kollektiv, qruplarla iş.

Təlim üsulu: Müşahidə, sorğu, əqli hücum, təcrübə.

Resurslar: Dərsliklər “Fizika” və “Həyat bilgisi”, elektron dərs vəsaiti, qruplar üzrə iş vərəqələri, Promethean lövhə.

Dərsin gedişi:

Motivasiya: Videogörüntünü izləyin və gördükləriniz haqqında fikrinizi bildirin (maddənin müxtəlif növlərinə aid video-çarx və ya slaydlar nümayiş etdirilir) https://www.youtube.com/watch?v=sjD8Tw9dNIM

Tədqiqat sualı: Maddələr təbiətdə neçə aqreqat halında olur?

Tədqiqatı aparmaq üçün sinfin şagirdləri qruplara bölünür.

Tədqiqatın aparılması:

“Qaz “qrupu – qarşınızda olan “Fizika” və “Həyat bilgisi” dərsliklərindən istifadə edərək maddənin fiziki və kimyəvi xassələrini sadalayın.

Şagirdlərin cavabları belə olmalıdır.

“Maye” qrupu – qarşınızda olan “Fizika” və “Həyat bilgisi” dərsliklərindən istifadə edərək mayelərin və qazların ümumi xassələrini sadalayın.

Qazların xassələri: Formasını dəyişir, həcmini dəyişir, asanlıqla sıxılır.

Mayenin xassələri: Formasını asanlıqla dəyişir, sıxılmır, həcmini dəyişmir, axıcılıq xassəsinə malikdir.

“Bərk” qrupu – qarşınızda olan “Fizika” və “Həyat bilgisi” dərsliklərindən istifadə edərək bərk cisimlərin xassələrini təqdim edin.

Plastik bərk cisimlər formasını dəyişdikdə öz -özünə əvvəlki formasını ala bilmir.

Elastik bərk cisimlər isə formasını dəyişdikdə öz-özünə əvvəlki formasına qayıda bilir.

Bərk maddələr formasını saxlayır, həcmini dəyişmir, sıxılmır.

“Plazma” qrupu – qarşınızda olan “Fizika” və “Həyat bilgisi” dərsliklərindən istifadə edərək plazma haqqında məlumat verin.

Şagirdlərin cavabları belə olmalıdır.

Cədvəl

Cədvəl

Plazma – müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş və elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Günəş, ulduzlar, alov və s. plazmadır.

İnformasiyanın mübadiləsi: Qrup liderləri tədqiqat zamanı topladıqları məlumatları təqdim edirlər.

İnformasiyanın müzakirəsi: Təqdim olunan məlumatlar müzakirə olunur, məlumatlara uyğun sual-cavab edilir.

Şəkil

Şəkil

Ümumiləşdirmə və nəticə:

-Təbiətdə maddələr 4 aqreqat halında olur: bərk, maye, qaz, plazma.

– Şəraitdən asılı olaraq eyni bir maddə müxtəlif hallarda,məsələn: bərk, maye və ya qaz halında ola bilər. Buz, su və su buxarı buna əyani misaldır. Bu hallar aqreqat halları adlanır.

– Eyni bir maddənin bərk, maye və qaz halında molekulları eynidir. Onlar bir-birindən düzülüşünə görə fərqlənir. Maddənin bir aqreqat haldan başqa aqreqat halına keçməsindən praktikada geniş istifadə edilir. Metallurgiyada, məsələn: metalları əridərək onlardan müxtəlif xəlitələr: cuqun, polad, bürünc və s. alırlar.

Yaradıcı tətbiqetmə:

1. Bu məqsədlə qruplara tapşırıqlar verilir:

Videoçarxa baxıb maddələrin molekullarının düzülüşünün modelini hər qrup öz adına uyğun plastilin və çöplərlə qursun.

2. Kollektiv tapşırıq: Cədvəldə göstərilən maddələrin fiziki xassələrini fərqləndirin (kömür, xörək duzu, su və oksigen). Nümayiş üçün şagirdlərə kömür və kömür ovuntusu, su və xörək duzu təqdim edilir. Şagirdlər kömürün və suyun suda həll olub-olmamasını nümayiş etdirirlər.

3. Novruz bayramının çərşənbələrini maddənin aqreqat hallarına uyğunlaşdırmaq olarmı? Qruplar öz adlarına uyğun çərşənbələrin adlarını sadalasın.

Qiymətləndirmə: şərhetmə, təsnifetmə, həlletmə, təqdimetmə meyarları üzrə 4 səviyyədə, qruplar üzrə və fərdi olaraq aparılır. Fərdi qiymətləndirmə şagird gündəliyində qeyd olunur. Qrup işləri portfoliolara toplanaraq saxlanılır.(cəd.2)

Ev tapşırığı:

Cəd.2

Cəd.2

“Sıxılmış qazlardan texnika və məişətdə istifadə yolları” mövzusunda esse yazmaq.

Gördüyünüz kimi, bu dərsdə ənənəvi müəllimin monoloquna və monoton dərsqurmaya yer verilməmişdir. Müəllimin müasir dərsdə rolu: şagirdlərin təhsil fəaliyətinin təşkili, yaradıcı tədris materiallarının hazırlanması, şagirdlərlə birlikdə biliklərinin qiymətləndirməsi, şagirdlərdə auditoriya qarşısında çıxış etmək, fikirlərini əsaslandırmaq, əldə etdikləri məlumatları tətbiq etmək bacarığının inkişaf etməsinə zəmin yaratmaqdır.

Südabə ABDULLAYEVA,
Bakı şəhəri, Suraxanı rayonu,
114 nömrəli tam orta məktəbin
fizika müəllimi

Bəsti İBİŞOVA,
114 nömrəli tam orta məktəbin
biologiya müəllimi

Filed in: DƏRS NÜMUNESİ HƏYAT BİLGİSİ, DƏRS NÜMUNƏLƏRİ - FİZİKA

Hələ şərh yoxdur

Şərh yazın