11:36 am - Şənbə Sentyabr 23, 2017

Q U R T U L U Ş

(Poemadan bir parça)

«…Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq qalacağam..

Heydər Əliyev

* * *

Çaylar, göllər, dənizlər yox,
Kükrəyirdi okeanlar.
Azərbaycan yaşayırdı
Fırtınada qorxunc anlar.

Dalğaların uğultusu
Yayılmışdı çox ellərə.
Okeanın açar-pultu,
Verilmişdi yad əllərə.

Qorxu, hədə harayından
Millət yaman bayılmışdı.
Tam günahsız bir məmləkət
Cinayətkar sayılmışdı.

KİMSƏ…

Kimsə öz xalqının
Harayına yetməliydi.
Zil qaranlıq gecələrdə
Ömrü mayak etməliydi.
Dalğaları yara-yara
Azadlığa getməliydi.
İmperiya buxovunu
Mərd bir oğul qırıb atdı.
Öz xalqının harayına
Ulu Öndər Heydər çatdı.

Gəldi doğma Bakısına,
Yollar, izlər sökülmüşdü.
Sanki qorxunc zəlzələdən,
Hər şey çölə tökülmüşdü.

…Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi –
vermədilər!

Söyləməyə söz istədi –
vermədilər!

Bir şəhəri tikən memar
evsiz qaldı.

Yüz cilidlər yazan yazar
sözsüz qaldı.!

Nadanların nadanlığı
Yaman ağır gəldi ona.

Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!

Onun qəfil gəlişindən,
Yer üzünə ələndi zər.
Peyğəmbərtək qarşılandı
Naxçıvanda Ulu Öndər.

Yamancana sarsılmışdı
İnsanların hallarına.
Onlar tezcə dönməliydi
Öz işıqlı yollarına.

İmdad gəzən dərdli gözlər
Dikilmişdi gözlərinə.
Öndə görüb xilaskarı
Gəlmişdilər özlərinə.

Ən böyük dərd – Naxçıvanı
Etmişdilər yalqız ada.
Yerdən, göydən bu diyarı
Bürümüşdü blokada.

Rəhbər kimi yaşamaq da
Naxçıvanda çətin idi.
Ulu Öndər öz işində
Bütöv idi, mətin idi.

Dünya artıq nəzərini,
Yönəltmişdi Naxçıvana.
O dahinin iradəsi
Son qoyurdu nahaq qana.

Az zamanda el səsini
Gur səslənən səsə qatdı.
Qorxuları, yalanları
Ürəklərdən silib atdı.
Bu azadlıq savaşında
Yol yox idi daha geri.
Naxçıvanda məhv olurdu
İmperiya – SSRİ.

Dədə Heydər seçimində
Haqq, ədalət yolun seçdi.
Blokada sipərini
Siyasətlə yarıb keçdi.
Tanrımızın duasıyla
Neçə bağlı yollar açdı.
Naxçıvanın səmasında
Günəş oldu, işıq saçdı.

Bəd xəbərlər yayılırdı,
Gözlənirdi qırğın hər an.
Gizli, aşkar bölünürdü
Neçə yerə Azərbaycan.

Sanki, bizə bəs deyildi
Qarabağın qara baxtı.
Bir qardaşın gülləsiylə
Bir qardaşın qanı axdı.

Vətənin hər bölgəsində
Yad tonqallar çatılmışdı.
Hərə bir cür düşüb tora
Döyüşlərə qatılmışdı.

Bakı coşub hayqırırdı:
– Bunu hamı bilməlidi,
Bu ölkəni yaşatmağa
Yalnız Heydər gəlməlidi!

Ulu Öndər gəlməlidi,
Bütün səddi yıxmalıdı.
Azərbaycan xoş günlərə –
Qurtuluşa çıxmalıdı.

İbrahim YUSİFOĞLU,
Azərbaycan Respublikasının Qabaqcıl təhsil işəisi

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın