4:44 am - Şənbə İyul 22, 2017

RİYAZİYYAT VƏ FİZİKANIN TARİXİ SİRLƏRİ

Şəkil

Şəkil

“Riyaziyyat” sözü “matesis” – yunan dilində “mən bilirəm” və ya “elm” mənasını verir. Riyaziyyat sözünə ilk dəfə b.e.ə. 550-ci ildə Pifaqor məktəbində rast gəlinmişdir. Pifaqor riyaziyyat tarixində ən çox tənlik yaradan alimdir.

Riyaziyyat insanlıq tarixinin ən qədim elmlərindəndir. Bütün elmlərin açarı hesab edilir, onun köməyi ilə kainatı anlamaq olar. Sayın hesablanması əldə on barmağın olmasını mənimsədikdən sonra yaranmışdır. Qədim insan üçün barmaqlar ən yaxşı hesab vasitəsi idi. Mayya və çukçalara (Kamçatkada yaşayan xalq) görə 20-lik say sistemi mövcud idi. Onlar ayaq barmaqları ilə də hesablama aparırdılar. İlk riyaziyyatçı qadın yunanlı Hipatiya olmuşdur. O, IV-V əsrlərdə yaşamışdır.

Tənliklərdə işlətdiyimiz X hərfi ərəbcə “şey” deməkdir. Daha sonra ispan dilində olan cəbr qaynaqlarında xay olaraq işlədilən ifadə X ilə əvəzləndi. Hazırda cəbrdə istifadə olunan ən papulyar hərfdir.

Herodota görə, riyaziyyat Misir və Mespotomiyada yaranmışdır.

İslam dünyasında riyaziyyat 750-ci ildən sonra, Abbasilərin hakimiyyəti dövründə yayılmağa başladı. Məhəmməd ibn Musa əl Xarəzmi islam tarixində ilk riyaziyyatçılardandır. Adından bilinir ki, Özbəkistan doğumludur. Məşhur 4 kitab müəllifidir. Bunlardan biri coğrafiya, biri astranomiya, biri həndəsə, biri isə cəbr kitabıdır. Bu kitablardan ən məşhuru “Al-Cebir ve Al-Mukabele”dir. “Cəbr” sözünün tarixi də bu kitabdan başlayır. İlk dəfə bu kəlmə bu əsərdə istifadə edlmişdir.

İslam dünyasında ikinci riyaziyyatçı Ömər Xəyyamdır. Ömər Xəyyam bir günəş ilinin uzunluğunu 365.24219858156 gün olaraq hesablamışdır. İndi bilinən bir ilin 365.242190 gün olduğunu və hər 70-80 ildə vergeldən sonrakı 6 rəqəmin dəyişdiyini iddia etmişdir.

“=”- bərabərlik işarəsini ilk dəfə 1557-ci ildə Robert Rekord kəşf etmişdir. Roma rəqəmləri ilə yazıla bilməyən yeganə rəqəm 0-dır. İlk mənfi ədədlərdən ilk dəfə Çində istifadə edilmişdir. Kvadratın bərabərliyi XI əsrdə Hindistanda sübut edilmişdir.

“Pİ” günü (İnternational π Day)

14 martda dünyada qeyri-adi bayramlardan biri olan Beynəlxalq “Pi” günü (İnternational π Day) qeyd edilir. İlk dəfə bu gün 1988-ci ildə San-Fransiskoda Eksploratorium elmi-kütləvi muzeyində qeyd edilib.(şək.1)

Şəkil

Şəkil

Bu qeyri-adi rəqəm hələ orta məktəbin aşağı siniflərində çevrə və dairəni öyrənən zaman rast gəlinir. Pi kəmiyyəti çevrənin uzunluğunun diametrinə nisbətini ifadə edən riyazi sabitdir.

Pi kəmiyyəti 3,141592… və sonsuz uzunluğa malikdir. Gündəlik hesablamalarda kəmiyyətin sadələşdirilmiş yazılışından istifadə edilir, yəni-3,14. Bu ifadəyə nəzər yetirsək, ”Pi” kəmiyyətinin niyə məhz bu gün qeyd edilməsi dərhal aşkar olur. Diqqətəlayiqdir ki, beynəlxalq “Pi” günü görkəmli fizik Albert Eynşteynin doğum tarixinə təsadüf edir.

REZERFORD ERNEST

E.Rezerford 1871-ci idə Yeni Zelandiyanın Braytoter şəhərində anadan olmuşdur. O hələ tələbə olarkən elmi fəaliyyətə başlamış və dəmirin maqnitlənməsini öyrənmişdir. Sonralar Rezerfordu Kanada universitetində professor vəzifəsinə dəvət etmişlər. Orda Rezerford özünün birinci kəşfini etdi. Bildirdi ki, bəzi atomlar başqa növ atomlara da çevrilə bilərlər. Rezerford elementlərin radioaktiv parçalanması və radioaktiv maddələrin kimyası sahəsindəki tədqiqatlarına görə 1908-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. 1937-ci ildə atom əsrinin astanasında vəfat etdi. Onun ölümündən 10 il sonra alimlər atom nüvəsi enerjisini ala bildilər.

EDİSONUN TƏSADÜFİ KƏŞFİ

Evinizdə, küçələrdə, idarələrdə rast gəldiyiniz elektrik lampasının meydana gəlməsi təxminən belə olmuşdur. Amerika alimi Edison min dəfələrlə elektrik lampaları üzərində təcrübələr aparmışdır, sonra belə qənaətə gəlir ki, bu həlledilməz problemdir. Bir gün Edison çəkdiyi əziyyətlərə görə dostlarından birinə şikayətlənir. Dostu “sənin başın boşdur, bacardığın iş deyil, başqa işlə məşğul ol” deyir. Onun ağlına belə fikir gəlir ki, bəlkə lampanın içərisindəki havanı boşaldım. O bunu belə də etdi, lampaların havasını çıxarıb dövrəyə qoşdu, gözlərinə inanmır. Əvvəllər közərən indi yanır, parlaq işıq saçır. Uzun müddət tel qırılmır. Bu təsadüfi iş fizikanın tarixinə yeni bir kəşf gətirir.

Südabə ABDULLAYEVA,
Bakı şəhəri, Suraxanı rayonu, A.Səfərov adına 114 nömrəli tam orta məktəbin fizika müəllimi

Sədaqət ƏSƏDOVA,
Bakı şəhəri, Suraxanı rayonu, A.Səfərov adına 114 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi

Filed in: ARAŞDIRMA

Hələ şərh yoxdur

Şərh yazın