11:34 am - Şənbə Sentyabr 23, 2017

Uşağa istiqamətləndirilmiş tədris proqram

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Müxtəlif şagirdlərin fərdi tələbatlarının ödənilməsi metodları

1. “Düşünmək – cüt-cüt ayrılmaq – fikrini bölüşmək” qaydasından istifadə edin.

Mahiyyəti: Cavab üzərində düşünmək üçün ayrı-ayrı şəxslərə vaxt vermək, həmin cavabı bir nəfər həmkarla birlikdə müzakirə etmək, sonra isə bütün sinfin nəzərinə çatdırmaq.

Nümunə: İnsanların və heyvanların qışa necə hazırlaşdıqları barədə düşünün. Öz fikirlərinizi tərəfdaşlarınızla birgə müzakirə edin, nəticə çıxarın və sonra fikrinizi bütün siniflə bölüşün.

2. “Tamamlayıcı” suallar verin.

Mahiyyəti: Öyrənciləri mövzu ilə bağlı öz fikirlərini genişləndirməyə həvəsləndirən suallar.

Nümunə: Rəng qablarının ağzını açıq qoysanız nə baş verər? Sizcə, bu niyə baş verəcək? Daha nə deyə bilərsiniz?

3. Yığcam ifadələrdən istifadə edin.

Mahiyyəti: Uşaqları müzakirə mövzusunun əsas ideyasını qısaca ifadə etməyə səsləyən ifadələr.

Nümunə: Su masası üzərində təcrübə apardığınız zaman hansı cəhətləri üzə çıxardığı barədə fikirlərinizi bütün siniflə bölüşün.

4. Sinfi yoxlayın.

Mahiyyəti: Müəyyən bir mövzu ilə bağlı bütün sinfin fikirlərinin öyrənilməsi.

Nümunə: Mövzu ilə bağlı uşaqların fikirlərini əks etdirmək üçün qrfik cızıb, hamının görə biləcəyi yerdə asın. Sonra iştirakçıları baş barmaqlarını yuxarı və ya aşağı istiqamətdə tutmaqla, uşaqların fikirləri ilə razı olub-olmadıqlarını müəyyənləşdirməyə dəvət edin. Bu zaman uyğun qrafalarda qeydlər etmək və ya uşaqların adlarını çəkmək olar.

5. Sövqedici suallardan istifadə edin.

Mahiyyəti: Uşaqları iştiraka dəvət edən suallar.

Nümunə: Aşağıdakı tipdə suallar verin:

“…-nin müxtəlif yolları hansılardır?”, yaxud “Sizin hansısa biriniz. ..lə bağlı təcrübəyə maliksinizmi?” və ya “Kimsə öz fikrini siniflə bölüşə bilərmi?”

6. Sual-cavab zamanı tələsməyin.

Mahiyyəti: Hər bir sualdan və cavabdan sonra müəllimin ən azı üç saniyə gözləməsi.

Nümunə: Hansısa uşağı izahat verməyə dəvət etməzdən və ya digər uşağa sual verməzdən əvvəl beş dəqiqə sayın.

7. Rəyinizi bildirməyin.

Mahiyyəti: Uşaqların cavabları barədə öz rəyinizi söyləməyin.

Nümunə: “Bu, düz deyildir” əvəzinə, “Başqaları bu barədə nə düşünür?” söyləyin. Öz rəyinizi bildirməkdən mümkün qədər çəkinin.

8. Uşaqlara suala cavab verəcək yoldaşlarını seçmək imkanı verin.

Mahiyyəti: Mümkün hallarda müəllimlə yanaşı, uşaqlar da sual verirlər.

Nümunə: “Güllü, zəhmət olmasa, cavab vermək üçün istədiyin uşağa müraciət et”.

9. Bütün uşaqların sual-cavabda iştirak etməsinə çalışın.

Mahiyyəti: Yalnız əlini qaldırmış uşaqlardan soruşmaq təcrübəsindən uzaq qaçın.

Nümunə: Uşaqları müzakirəyə cəlb etmək üçün onların maraq və qabiliyyətləri haqqında bildiklərinizdən istifadə edin.

10. Uşaqları sual verməyə həvəsləndirin.

Mahiyyəti: Uşaqlar öz suallarını hazırlayıb verirlər.

Nümunə: Nəqliyyat vasitələri haqqında nəyi bilmək istərdiniz?

UŞAĞA İSTİQAMƏTLƏNDİRİLMİŞ TƏDRİS PROQRAMININ FORMALAŞMASINA NƏLƏR TƏSİR EDİR?

Məqsəd:

Bu mövzunun məqsədi fəaliyyətə yeni başlayan kiçik yaşlı uşaq müəllimlərinə onların sinif təcrübələrinə və qəbul etdikləri qərarlara təsir edən fəlsəfi, nəzəri, tədqiqi və mədəni amilləri müəyyənləşdirməkdə kömək göstərməkdir.

Treninqdəki müəllimlər üçün səriştələr

Bu mövzu treninqdəki müəllimlərə aşağıdakı məsələlərdə yardımçı olacaq:
• Uşağa istiqamətləndirilmiş tədris proqramına təsir göstərən amilləri üzə çıxarmaq.
• Uşağa istiqamətləndirilmiş tədris proqramının məqsədlərini müəyyən etmək.
• Məqsədlərin uşaqların yaş və inkişaf səviyyələrinə necə uyğunlaşdırıldığını dərk etmək.

Treninqdəki müəllimlər üçün əsas və əlavə tapşırıqlar:

1.Treninqdəki müəllimlərə yuxarıda göstərilən kitablardan birinin müəllifi barədə tədqiqat aparmağı təklif edin. Sonra onlar bir səhifəlik yazı yazaraq, müəllifin kim olduğunu, onun tədris proqramı və mədəniyyətin rolu ilə bağlı fikirlərini, kiçik yaşlı uşaqların təhsili sahəsinə nə kimi yenilik gətirdiyini izah edirlər. Treninqdəki müəllimlər öz yazılarını nə öyrəndikləri barədə ümumləşdirici bir cümlə ilə başa vururlar.

2.Treninqdəki müəllimlərə “Addım-addım“ proqramı üzrə təşkil olunmuş sinifdə və ya uşağa istiqamətləndirilmiş hansısa bir sinifdə sinif təcrübələrini müşahidə etməyi təklif edin. Sonra isə onlardan xahiş edin ki, üç xüsusi təcrübəni müəyyənləşdirsinlər və onların gördüklərinin hansısa bir nəzəriyyə, tədqiqat bazası və ya mədəni tərbiyə ilə necə bağlı olduğu barədə yazsınlar.

3-a yayım materialı

Uşağa istiqamətləndirilmiş tədris proqramı …. etməlidir.

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

Cədvəl

(ardı var)

Materialı hazırladı:

Kəmalə QAYIBLI,
“Təhsil problemləri

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın