11:33 am - Şənbə Sentyabr 23, 2017

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Heydər Əliyev

Heydər Əliyev

Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan xalqı məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ta-rixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkənin bu fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə İyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən qorumaqla, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi. 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqının ən gərgin və çətin anlarında Heydər Əliyev bir növ xilaskarlıq missiyasını yerinə yetirdi və xalqı bütün bəlalardan xilas etdi. 1993-cü ilin gərgin və çətin günlərində xalqın ümid çırağı yalnız və yalnız Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci qayıdışı Azərbaycanı parçalanmaqdan xilas etdi.

Xalqımızın Azərbaycanın müstəqilliyi, dönməzliyi, suverenliyi və ərazi bütövlüyünün təmin olunması kimi arzusu yerinə yetdi. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün tarixin yaddaşına əbədi həkk olunmuş Qurtuluş Günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyev dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd edilir. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Cəmil QULİYEV,
Lənkəran Dövlət Humanitar
Kollecinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın