11:35 am - Şənbə Sentyabr 23, 2017

PEDAQOJİ KRASSVORD-ƏYLƏNCƏ

Hüseyn Əhmədov, akademik

Hüseyn Əhmədov,
akademik

Oxuculara təqdim etdiyimiz bu sualları hər kəs oxusa, böyük, ya kiçik, onun qəlbi açılıb xəndan olacaqdır, gənclər şad olacaq bu səbəbə ki, burada dərc olunanların hamısı onların dünyasındandır. Böyüklərin ürəklərinin açılmağına səbəb bu olacaqdır ki, onlar mütaliə əsnasında öz gənclik – tələbəlik yaşlarını ixtiyarsız xatırlayacaqlar. Bu isə Firudin bəy Köçərli demişkən, yəni qəlbləri şad etmək, özlüyündə bir xidmətdir.

100 sual – 100 cavab

1. Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi nə vaxt qəbul edilib?

2. Azərbaycan ərazisində ilk qəza məktəbi harada və nə vaxt açılıb?

3. Azərbaycanda ali ibtidai məktəb nə vaxt və harada açılıb?

4. Şamaxı-Dərbənd məktəblər direksiyası nə vaxt yaradılıb?

5. Azərbaycanlılardan ilk təhsilli müəllim kimdir, hansı ali məktəbi və nə vaxt bitirib, harada işləyib?

6. XIX əsrdə azərbaycanlılardan Rusiyada ali təhsil alanlardan kimləri tanıyırsınız?

7. Kasıblardan olan uşaqlara Xeyriyyə cəmiyyəti Cənubi Qafqazda ilk dəfə harada və kim tərəfindən yaradılıb?

8. Avropada ali təhsil almış ziyalılarımızdan kimləri tanıyırsınız?

9. XIX əsrdə Azərbaycan dilinin nüfuz dairəsi nə ilə əlaqədar idi?

10. Azərbaycan dilinin tədrisi üçün ilk oxu kitabları hansılardır?

11. Tiflis gimnaziyasında Azərbaycan dili müəllimi kim idi?

12. “Kitabi-türki”ni kim (kimlər) yazıb, nə vaxt və harada çap olunub?

13. İlk hesab dərsliyimizin müəllifi kim olub, nə vaxt, və harada çap olunub?

14. Mirzə Məmmədəli Səfiyev kimdir və harada işləmişdir?

15. Azərbaycanda ilk qız məktəbləri.

16. S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti.

17. Azərbaycan ərazisində ilk dəmiryolu məktəbi nə vaxt və harada açılıb?

18. Bazar günü məktəbləri haqqında nə bilirsiniz?

19. XIX əsrdə Gəncə sənət məktəbində hansı peşələr öyrədilirdi?

20. Azərbaycan ərazisində normal kənd məktəbləri harada və nə vaxt açılıb?

21. 2017-2020-ci illərdə hansı kənd məktəblərinin yubileyləri gözlənilir?

22. İrəvan Müəllimlər Seminariyasını bitirənlər haqqında nə bilirsiniz?

23. Qori Müəllimlər Seminariyasını bitirənlərin tarixi xidmətləri.

24.Azərbaycan ərazisində ilk Müəllimlər Seminariyası nə vaxt və harada açılıb?

25. Cədidizm Azərbaycana hansı yollarla yayılırdı?

26. İrəvan gimnaziyasının məşhur Azərbaycan dili müəllimləri kimlər olub?

27. İrəvan gimnaziyasını bitirən məşhur ziyalılar kimlərdir?

28. “Yol verin millət gəlir” başlıqlı silsilə məqalələrin müəllifi kim olmuşdur?

29. Azərbaycanda ilk pedaqoji mətbuatımız hansıdır?

30. “Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qaraya qara” deməsinlər” sözləri kimə məxsusdur və nə münasibətlə deyilmişdir?

31. Mirzə Həsən Rüşdiyyə haqqında nə bilirsiniz?

32. “Qüdrəti-Xuda” adlı əsərin müəllifi kimdir, əsər harada və kimlərin rəyi ilə çap olunub?

33. “Azərbaycanın Pestalotsi”si kimə və kim tərəfindən deyilib?

34. Məhəmməd Əmin Rəsulzadənin məktəb təhsili barəsində xidmətləri.

35. AXC-nin maarif nazirləri kimlər olub?

36. ADPU-nun ilk rektoru kim olmuşdur?

37. Azərbaycanda pedaqoji elmlərin inkişafında professor Ə.Y.Seyidovun, M.Ə.Muradxanovun xidmətləri.

38. SSRİ PEA-nın tərkibinə seçilən pedaqoq alimlərimiz kimlər idi?

39. “Asan fənlər sala bilməz bəndə səni. Sən sevirsən həndəsəni, biz də səni” deyimləri kim haqqında və kimlər tərəfindən deyilib?

40. Azərbaycanda klassik gimnaziya nə vaxt və harada açılıb və onun Azərbaycan dili müəllimi kim olub?

41.Durğu işarələrimizi mətbuata kim gətirib?

42. Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev zirvəsini şərh edin.

43. Sovet təhsil sistemi haqqında bildikləriniz.

44. Müasir dövrdə təhsilimizin uğurları və qüsurları.

45. Azərbaycanda ilk “rus-Azərbaycan” məktəbi nə vaxt, harada və kim tərəfindən açılıb?

46. “Balalara hədiyyə” adlı əsər haqqında nə bilirsiniz?

47. Məktəb və mədrəsə təhsilinin müsbət cəhətləri.

48.Azərbaycan pedaqoqlarından kimlərin əsərləri Azərbaycan pedaqoji elminin Qızıl Fonduna daxil olmuşdur?

49. Xidmətləri “Qızıl medal”lara layiq bilinən alimlərimizdən kimləri tanıyırsınız?

50.N.Nərimanovun tanınmış tədqiqatçıları kimlərdir?

51. Qarabağda ilk qız məktəbinin banisi kim olub?

52. Azərbaycan xalq pedaqogikasının tanınmış tədqiqatçıları kimlər olub?

53. Azərbaycan Müəllimlərinin I Qurultayı haqqında nə bilirsiniz?

54. Müstəqillik dövrünün Müəllimlər Qurultayları nə vaxt olub?

55. Azərbaycan pedaqoqlarının xarici ölkələrdə nəşr edilmiş əsər və məqalələri.

56. A.S.Makarenko Bakıda olubdurmu?

57. Nəsrəddin Tusinin pedaqoji irsi.

58.Türkdilli xalqların ortaq mədəniyyəti haqda fikirləriniz.

59. Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində səslənən “türksoy” təşkilatı yaratmaq təklifi kimə məxsusdur?

Aşağıda qeyd olunan zərbi-məsəllər, atalar sözləri və bayatılar hansı xalqa məxsusdur?

60. İnsanları analar, milləti isə müəlimlər doğur.

61. Kitab yazan, ağac əkən həmişə yaşayar.

62. “Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hörmət edilir və edilməlidir. Sizi də, indi və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olublar” fikri kimə məxsusdur?

63. Müəllimin sözü ona görə xoşa gələn, könülə yatan və ürək oxşayandır ki, azdırıcı yox, yol göstərici, çaşdırıcı yox, öyrədicidir.

64. Atam məni göydən yerə endirdisə, müəllimim məni yerdən göylərə qaldırdı.

65. Allah verər, Allahverdi qoymaz.

66. Eləmi Vətən yaxşıdır,

Geyməyə kətan yaxşıdır.
Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşıdır.

Aşağıda qeyd olunan sətirlərin müəllifi kimlərdir və kimlərə həsr edilmişdir?

67. Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
68. Qürbətdə olan bir insanın qulağına milli musiqi sədaları gələndə, o ayaq saxlayır, “cəmi vücudu, cəmi ruhu ilə ona qulaq asır. Həm qəmgin, həm də şad olur. Həqiqətdə nə halda bulunmasını dürüst anlamırsan. Ancaq musiqiçilərə istəyirsən deyəsən: Çalınız, əfəndim, Çalınız! Çünki bu çaldığınız ahəng mənim qəlbimin, həmçinin ruhumun ən dərin guşələrindən xəbər verir.” Belə ki, bu zümzümədə insan anasının laylalarını sevir, vətəninin abı-havasını xatırlayır.
69. Siz özünüzü bir millətdən hesab edirsinizsə, özünüz üçün bir müəyyən vətən var isə, həmin millətin, həmin Vətənin dərdi, qəmi də sizin dərdiniz qəminizdir.
70. İnsanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Qabarlı əldə olan hünər, qeyrət, ağ əlcəkli əldə ola bilməz.
71. Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür.
72. Bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mədəniyyətə, bir dinə bağlıdır.
73. Əlbəttə, bizi birləşdirən bizim tariximizdir, xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bunlar ənənələrimizdir, bizim mədəniyyətimizdir, di-limizdir, kökümüzdür, etnik mədəniyyətimizdir. Bu gələcək inkişaf üçün çox böyük əsasdır.
74. Hüseyn Əhmədov – Azərbaycanda məktəb və pedaqoji fikir tariximizin Qulam Məmmədlisidir. Hüseyn Əhmədov – milli maarifçilik hərəkatı tarixinin görkəmli salnaməçisidir.
75. Azərbaycan məktəb və pedaqoji fikir tarixində akademik Hüseyn Əhmədovun öz dəsti-xətti, öz nəfəsi, öz imzası var.
76. Hüseyn müəllimdən yaza-yaza yazmağı öyrəndim.
77. Azərbaycan pedaqogikasının fədakarları arasında sizin adınız həmişə iftixarla çəkilir və çəkiləcəkdir.
78. Hüseyn Əhmədov bu gün təkcə özünün çoxsaylı yetirmələrinin deyil, həm də bütünlüklə Azərbaycan və MDB ölkələrinin elmi-pedaqoji ictimaiyyətinin nəzərində pedaqogika elminin korifeylərindən biridir.
79. Mübaliğəsiz demək olar ki, Azərbaycan məktəb təhsili və pedaqoji fikrin son 200 illik tarixi onunla birbaşa əlaqədardır. Belə ki, Hüseyn Əhmədov XIX əsr Azərbaycan məktəb tarixini tədqiq etmiş, XX əsri isə yaşamışdır.
80. Akademik H.Əhmədovun sözü özündə, sevinci gözündə, insanlara məhəbbəti ürəyində, elmə həvəsi qələmində, maarif istəyi isə qəlbinin hökmündən gələn nitqindədir. H.Əhmədovda müəllimlik dözümü, professor səbri və akademik təmkini vardır.
81. Bu sətirlər kimə məxsusdur?
Elmin Qoşqarısan, uca Qafısan,
Məktəb tarixinin bir sərrafısan.
Sayılan, seçilən, halal safısan.
Mən sizi dağ bilib ərk eyləmişəm.
82. İbtidai xalq məktəblərinin canı müəllimdir. Tədris işinin keyfiyyəti ondan asılıdır. O, kənd əhalisinin qaranlıqda qalan kütləsi içərisində maarifin pioneridir.
83. Zəmanəmizdə təlimin ana dilindən başlanması və aparılması bir aksiomadır.
84.Azərbaycan pedaqoqlarından kimi “Azərbaycanın Makarenkosu” adlandırıblar?
85. A.S.Makarenkonun “Pedaqoji poeması” adlı əsərini dilimizə kim çevirmişdir?
86. A.S.Makarenkonun öz kolonistləri ilə Bakıda olması onun hansı əsərində təsvir edilmişdir?
87. “İnsan dünyaya gələndə azad doğulur, bəs nə üçün hər yerdə buxovdadır?” fikri kimə məxsusdur.
88. “Azad” tərbiyə nəzəriyyəsinin tərəfdarları kimlər idi?

89. “Əgər yolun Moskvaya, Sankt-Peterburqa, Kiyevə, Daşkəndə, Poltavaya, Penzaya, Səmərqəndə, Samaraya, Tiflisə düşsə, elmi-pedaqoji ictimaiyyətlə görüşsən, oralardakı elmi yığıncaqlarda H.Əhmədovun məruzə və çıxışlarını dinləyənlər onun elmdə milli-vətəndaşlıq mövqeyindən söhbət açacaqlar. Əgər Bakıda, Tiflisdə, Həştərxanda, Kazanda, Krımda, Moskvada, Sankt-Peterburqda arxivlərə yolun düşsə, Hüseyn Əhmədovun imzasına rast gələcəksən” fikri kimə məxsusdur?

90. ““Balalara hədiyyə” folklor toplusu xalqın canlı söz sənəti bulağından durula-durula süzülüb gələn elə zərif, parlaq, əlvan inciləri əhatə edir ki, indi də bədii zövq, vətənpərvərlik tərbiyəsinə layiqli xidmət göstərməkdədir. F.B.Köçərli bu sahədə öz zəhmətini folklor nümunələrini sadəcə toplayıb çap etməklə məhdudlaşdırmır. Zəngin və rəngarəng xalq ədəbiyyatı inciləri barədə müəyyən elmi-nəzəri mülahizələr yürüdən Firudin bəy Köçərlinin topladığı bayatı, nağıl, tapmaca, atalar sözü və məsəllər, sayacı sözlər ən zəngin xəzinədir”. Bu fikirlər kimə aiddir?

91. “Həyatdan atılmışların axşam saatları” adlı əsərin müəllifi kimdir?

92. XVIII əsrdə Parisdə Dyon Akademiyasının keçirdiyi “Elm və texnikanın inkişafı insanların əxlaqına necə təsir edir?” müsabiqəsində iştirak edən və bu suala mənfi cavab verən məşhur filosof və pedaqoq kim idi?

93. “Zənnimizcə, bu məcmuəni hər kəs oxusa, böyük, ya kiçik – onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır. Böyük adamların ürəklərinin açılmağına səbəb bu olacaqdır ki, onlar mütaliə əsasında öz uşaqlıq vaxtlarını ixtiyarsız xatırlarına gətirəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir”. Bu fikirlər kimə aiddir?

94. “Həqiqətdə bəradərim Firudin bəy Köçərli cənabları tərtib etdiyi “Balalara hədiyyə” adlı kitabçasında camaatımızın arasında nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplayaraq Qafqaz müsəlmanlarının boynuna böyük bir haqq qoymuşdur”. Bu fikirlər kimə aiddir?

95. “Əzəli əzəldi dilimizin, gəlişi gözəldi dilimizin” sözləri kim tərəfindən və kim haqqında deyilmişdir?

96. “Azərbaycan müəllimi” qəzeti nə vaxtdan nəşr olunur və onun ilk redaktoru kim olmuşdur?

97. Azərbaycan alimlərindən SSRİ PEA-nın yeganə həqiqi üzvü kim olmuş və onun tarixi xidmətləri necə olmuşdur?

98. Azərbaycanda ailə tərbiyəsinin məşhur nəzəriyyəçisi kim idi?

99. “İnsan danışan heyvandır” ifadəsi hansı xalqa məxsusdur?

100. İnsanı “insani-natiq” adlandıran məşhur Azərbaycan yazıçısı və maarifçisi kim idi?

101. “İnsan-əşrəfi məxluqatdır” ifadəsi kimə məxsusdur?

102. Aşağıdakı hikmətli ifadələr ana dili dərsliklərimizdən hansından götürülmüşdür?

• Alimin bir günü cahilin bütün ömründən yaxşıdır.
• Qələm bir ocaqdır ki, yanır həqiqət, fikri dərya, mirvarisi hikmətdir.
• Dirilik od kimidir: əvvəli tüstü, axırı kül.
• Alimin silahı elmdir. Hakimin yarağı qılınc və süngüdür.
• Tələsməkdə peşmanlıq var, səbirdə salamatlıq.
• O kəs ki, özgənin sirrini sənə deyir, sənin də sirrini özgəyə deyər.
• Diri it ölü aslandan yaxşıdır.
• Kim ki, tikan əkər, ondan üzüm dərməz.
• Deyənə baxma, dediyinə bax.
• Nacins yoldaşla aşinalıq etmə, sənə xəta gələcək; nadan ilə dost və aşina olma. Əqilli düşmən əqilsiz dostdan yaxşıdır.
• Hər kəs öz həmcinsi ilə yoldaş olmalıdır.
• O padişahdan xalqa asayiş hasil olur ki, öz rahatlığını tərk etsin.
• Zatı bəd adamdan yaxşılıq gözləmə.
• Əqrəbin təbiəti (adəti) adamı vurmaqdır.
• Pislik etmə ki, pislik görərsən.
• Özgəyə quyu qazma ki, özün düşərsən.
• Fəqir və miskinlərə zülm etmə ki, özündən güclünün əlində əsir olarsan.
• Düşmən nə qədər qüvvətli olsa da, qəflət vaxtında hiylə ilə onu həlak etmək olar…
• Bir axmaq bir qazının yanına gəlib deyir ki, oruc tutan orucunu nə vaxt açmalıdır? Qazı deyir ki, gün batanda.

Axmaq deyir ki, bəlkə gün gecə yarısınadək batmayacaqdır.

• Bir kor bir çirkin arvad almışdı. Arvad ərinə deyir ki, heyif ki, sən korsan, mənim bu hüsnü-camalımı görmürsən. Kor deyir: Əgər sənin bu sözün doğru olsaydı, səni mən kora verməzdilər.

103. Bu ornament Azərbaycan maarifçilərindən kimin ana dili dərsliyinin titul səhifəsindəndir?

Şəkil

Şəkil

104. Bu bina məşhur tədris müəssisələrindən hansına məxsusdur?

Şəkil

Şəkil

105. “Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirdim və mən buna heyfsilənmirəm. Sən bizim xalqımızın gözünə işıq oldun, onu mədrəsələrdən işıqlı otaqlara çıxardın, həsir üstə durmaqlardan dizlərinin qapaqları döyənədək olan uşaqlara yazığın gəldi, hazırlıq kursları açdın. Mən, səndə Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi oxudum, onlardan öyrəndim. L.Tolstoyun məktəbi və dərsliyi marağımı artırdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi xalqıma çatdıraydım: onlar biləydi ki, yer üzündə Qori kimi gözəl bir şəhər və orada ağaclar arasında heç vaxt uyumaq bilməyən, həmişə işığı gələn yaraşıqlı bir ürfan ocağı var. Bu, Qori Seminariyasıdır!”. Bu ifadələrin müəllifi kimdir?

106. Dilimizdə işlədilən “lələ” sözünün mənası (kimlərə “lələ” deyərdilər?) nədir?

107. “Tamam İslam aləmində bu təşəbbüs birinci dəfə Azərbaycanda ortaya çıxmışdır. Ana dili təlimində ondan istifadə edilməsi Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Azərbaycan ziyalılarının bütöv bir nəsli bu kitabdan dərs almışdır”. Fikrin müəllifi kimdir?

108. “Bu dərsliyin meydana gəlməsi ilə Azərbaycan dilinin tədrisi müəyyən mənada düzgün metodiki istiqamət aldı” fikri kimə aiddir?

109.“Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, maarif, mədəniyyət və incəsənətin tərəqqisində hansı xidməti göstərmişlərsə də, Qori Müəllimlər Seminariyasının məzunları da təksə Azərbaycanda və Zaqafqaziyada deyil, cəmi Qafqazda həmin xidməti göstərmişlər” fikri kimə aiddir?

Əlavə suallar

1. Azərbaycanda ilk məktəbəqədər tərbiyə müəssisəsi (uşaq bağçası nə vaxt, harada və kim tərəfindən açılıb?

2. Gəncə şəhərinin Baqmanlar qəsəbəsində “Rus-Azərbaycan məktəbi” nə vaxt açıldı və ilk müəllimi – müdiri kim olmuşdur?

3. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin işləri 1901-ci ildə Parisdə keçirilən Beynəlxalq sərgidə nə ilə mükafatlanıb?

4. Şəki şəhərində ana dilli məktəb nə vaxt və kim tərəfindən açılıb?

5. XIX əsrdə Azərbaycan ərazisində xaricilər tərəfindən haralarda məktəb açılmışdı?

6. Azərbaycanda ilk pedaqoji elmlər doktoru kim olmuşdur?

7. “Rəhbər” jurnalı nə vaxt nəşrə başlamış və redaktoru kim olmuşdur?

8. “Məktəb” adlı jurnalın nəşr tarixi və redaktoru.

9. “Dəbistan” jurnalının nəşr tarixi və redaktoru.

Şəkil

Şəkil

10. Bu yazı Azərbaycan maarifçilərindən kimin dərsliyinin üz qabığında həkk edilmişdir?

11. Qazax Müəllimlər Seminariyasının ilk məzunları kimlər olmuşlar?

12. Sovet Azərbaycanında ilk təhsil naziri kim olmuşdur?

13. Azərbaycanda ilk “Rus-Azərbaycan qızlar məktəbi” nə vaxt və kimlərin xidməti sayəsində açılmış, ilk müdiri və məzunları haqqında nə bilirsiniz?

14. Elmi-pedaqoji fəaliyyətin dövründə Azərbaycanın pedaqoq alimlərindən kimlərin əsərlərindən faydalanmısınız?

15. Bugünkü orta ümumtəhsil məktəblərimizdə gözə görünən qüsurlar varmı? Əgər varsa da, bunlar hansılardır?

16. Gəncə Dövlət Universitetinin (Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun) əsası nə vaxt qoyulmuş və buranı bitirən məşhur məzunlardan kimləri tanıyırsınız?

17. İrəvanda yeni üsullu məktəb nə vaxt və kim tərəfindən açılmışdır?

18. Təbrizdə yeni üsullu ana dilli məktəb kimin tərəfindən və nə vaxt açılıb?

19. Şəkidə yeni üsullu məktəbin əsası nə vaxt və kimlər tərəfindən qoyulmuşdur?

20. Məşhur peyğəmbərlər kimlərdir?

21. “Kəbə” haqqında nə bilirsiniz?

22. Teymur bəy Bayraməlibəyovun elmi-pedaqoji fəaliyyətində diqqətəlayiq cəhətlər hansılardır?

23. Mirzə Hüseyn Əfəndi Qayıbzadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti barədə nə bilirsiniz?

24. Əbdüssəlam Axundzadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti barədə bildiklərin?

25. Azərbaycanın hansı məşhur pedaqoqlarından indiyə qədər “Seçilmiş pedaqoji əsərləri” çap edilmişdir. Onlar kimdir?

Redaksiyadan:

Suallara düzgün cavab verənlər münsiflər heyətinin qərarı ilə müvafiq dərslik və dərs vəsaitləri ilə mükafatlandırılır, qəzetin bir illik pulsuz abunəçisi olur.

Müsabiqədə orta və ali pedaqoji məktəblərin müəllim və tələbələri, magistr və dissertantlar iştirak edə bilər.

Cavablar 2017-ci il sentyabr ayının 1-nə qədər “Təhsil problemləri” qəzetinin redaksiyasına qəbul olunur.

Ünvan: Xətai rayonu, Fəzail Bayramov küç, 10
AZ 1025, Bakı-25
tehsilproblemleri@mail.ru
Əlaqə telefonu: 496-75-51

“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın