7:54 am - Çərşənbə Noyabr 22, 2017

İNFORMATİKA FƏNNİNDƏN DƏRS NÜMUNƏSİ

Səbinə CƏFƏROVA, Bakı şəhəri, Suraxanı rayonu,  114 nömrəli  tam orta məktəbin  informatika müəllimi

Səbinə CƏFƏROVA,
Bakı şəhəri, Suraxanı rayonu,
114 nömrəli
tam orta məktəbin informatika müəllimi

5-ci sinif üçün nəzərdə tutulmuş mövzunun İnformatika fənn müəllimlərinin birgə tədrisi üçün layihə-blok dərs modeli

Mövzu: “Pəncərə”

Standart: 3.1.2 Kompüterin əməliyyat sisteminə dair sadə anlayışları izah edir.

3.1.3 Proqramın icrasına dair bacarıqlar nümayiş etdirir.

Məqsəd:

1. Pəncərə ilə müxtəlif əməliyyat aparmaq.
2. Əməliyyat sistemində pəncərələri növlərinə görə fərqləndirmək.
3. Pəncərənin düymələrini təyinatı üzrə istifadə etmək.

Təlim üsulu: Beyin həmləsi,müzakirə

Təlim formaları: Qruplarla iş, fərdi iş

Resurslar: Dərslik,iş vərəqləri,kompüter,proyekter

Dərsin gedişi:

Şagirdlərə bu sual ilə müraciət edirəm: “İnformatika” deyəndə ilk ağlınıza gələn söz hansıdır? (4 dəq.)

Motivasiya (5dəq.): Lövhədə suallar nümayiş etdirilir və şagirdlərə suallar verilir:

1.Şəkil çəkmək üşün sadə proqram.

Şəkil

Şəkil

2. Bölünən, bölən, qismət: burada hansı əməl icra olunur.
3. Dövlət rəmzlərindən biri.
4. Kompüterdən musiqi, səs hansı qurğu vasitəsilə ötürülür.
5. “Krandan gələn su qaynardır”. İnformasiyanı hansı duyğu üzvümüz vasitəsilə alırıq?
6. Çap qurğusu.
7. Xətt çəkmək üçün hansı alətdənistifadə olunur.

Kompüterdə istənilən proqram, qovluq açılan zaman bir-birindən necə seçilirlər?

Tədqiqatmat sualı (5 dəq.): Pəncərə, kompüter, windows: bunları nə birləşdirir?

Tədqiqatın aparılması: Tədqiqatı aparmaq üçün sinfin şagirdləri qruplara bölünür.

Şagirdlər sualları cavablandırmaq üçün dərslikdəki müvafiq mətn ilə tanış olur.

İş vərəqi 1.

Şəkil

Şəkil

1.Pəncərəni qapatmaq üçün hansı düymədən istifadə olunur?

2. Şəkildə neçə pəncərə var?

Şəkil

Şəkil

3. Göstərilən şəkil hansı proqramın pəncərəsidir?

Şəkil

Şəkil

Kompüterdə bu proqram pəncərəsini və bir neçə pəncərə açın, ölçülərini kiçildib yan-yana düzün.

Siçanın göstəricisi ilə bir pəncərədən digərinə keçin. Pəncərələri qapadın.

İş vərəqi 2. 1.Proqramın pəncərəsində

Şəkil

Şəkil

düyməsini çıqqıldatmaqla onu:

A) böyütmək olur B) qapatmaq olur
C) tapşırıqlar zolağına salmaq olur D) kiçiltmək olur

2. Pəncərənin bu elementi necə adlanır?

Şəkil

Şəkil

A) başlıq zolağı B) menyu zolağı C) tapşırıqlar zolağı D) Baş menyu
3. Göstərilən şəkil hansı proqramın pəncərəsidir?

Şəkil

Şəkil

İş vərəqi 3.

1.Proqramın pəncərəsində göstərilən düyməni çıqqıldatmaqla onu:

Şəkil

Şəkil

A) böyütmək olur
B) qapatmaq olur
C) tapşırıqlar zolağına salmaq olur
D) kiçiltmək olur

2. Pəncərənin bu elementi necə adlanır?

Şəkil

Şəkil

A) başlıq zolağı B) menyu zolağı C) tapşırıqlar zolağı D) Baş menyu
3. Göstərilən şəkil hansı proqramın pəncərəsidir?

Şəkil

Şəkil

İş vərəqi 4

1. Proqramın pəncərəsində düyməsini çıqqıldatmaqla onu:

Şəkil

Şəkil

A) böyütmək olur B) qapatmaq olur C) tapşırıqlar zolağına salmaq olur D) kiçiltmək olur

2. Şəkildə hansı proqramın pəncərəsi verilib?

Şəkil

Şəkil

23

3.Pəncərənin açılmış bu elementi necə adlanır?

A) başlıq zolağı
B) menyu zolağı
C) tapşırıqlar zolağı
D) Baş menyu

Tapşırıqlar yerinə yetirilir (8 dəq): Verilmiş vaxt bitdikdən sonra qrup nümayəndələri tapşırıqları təqdim edir.

Məlumatın mübadiləsi və müzakirəsi (8 dəq.): Təqdimatdan sonra şagirdlərlə birgə, mənimsədikləri bilikləri müzakirə edirik. Müzakirə zamanı şagirdlərə aşağıdakı suallarla müraciət edilir.

Müzakirə sualları (4 dəq):

1.Pəncərə nədir?

2.Pəncərənin elementləri hansıdır?

Şagirdlərin fikirləri ümumiləşdirilir.

Nəticə: Tədqiqat sualı təkrarən səslənir və şagirdlərin cavabları ilə müəyyənləşdirilir.

Şəkil

Şəkil

Pəncərə Windows əməliyyat sisteminin əsas obyeklərindən biridir. Əməliyyat sisteminin adı da məhz buradan yaranıb (ingiliscə “Windows” – “pəncərələr”). İş masasında hansısa simgəni çıqqıldatdıqda, yaxud hər hansı proqramı başlatdıqda ekranda pəncərə açılır. Pəncərənin çərçivəsi və başlıq zolağı olur. Başlıq zolağında açılmış proqramın, sənədin, yaxud qovluğun adı yazılır. Başlıq zolağının altında komandaların siyahısından ibarət menyu zolağı yerləşir. Açılmış sənəd pəncərəyə sığışmırsa fırlanma zolaqlarından istifadə etməklə onun istənilən yerinə baxmaq olar. Pəncərəni böyüdüb-kiçiltmək, yerini dəyişmək və qapatmaq olar. Pəncərənin ölçülərini siçan vasitəsilə dəyişmək mümkündür. Bunun üçün siçanın göstəricisi pəncərənin ixtiyari tərəfinin və ya təpəsinin üzərinə aparılır. Bu zaman siçanın göstəricisi ikiuclu ox şəklini alır.

Siçanın sol düyməsini basıb saxlayın: indi siçanı ox istiqamətində hərəkət etdirsəniz, pəncərə həmin istiqamətdə böyüyəcək, yaxud kiçiləcək.

Yaradıcı tətbiqetmə: Hər qrup qarşısındakı kompüterdə bir neçə proqram pəncərəsi açır və işləyir (tapşırıq – 6 dəq)

Şəkil

Şəkil

Qiymətləndirmə (5 dəq.): Şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarları:

Şəkil

Şəkil

Filed in: DƏRS NÜMUNELERİ İNFORMATİKA

Hələ şərh yoxdur

Şərh yazın