7:54 am - Çərşənbə Noyabr 22, 2017

ÜNSİYYƏTİN TARİXİ

 İlahə HƏMİDOVA,  Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

İlahə HƏMİDOVA,
Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

Fənn: İngilis dili.

Sinif: VIII.

Mövzu: “Ünsiyyətin tarixi”.

Standart:

1.1.2.; 2.1.1.; 3.1.4.; 4.1.2.

Meyar:

Fikirləri bölüşməklə müxtəlif nitq modellərindən istifadə edir;

Mətndəki məntiqi sıranı müəyyən edir;

Məlumatın tarixi haqqında araşdırma apara bilir;

İfadələri tamamlayır və cümlə qura bilir;

Məqsəd: Şagirdlərə ünsiyyətin müxtəlif növlərini öyrənməyə, onların tarixini və faydasını məzmun xətləri üzrə təcrübədən keçirməyə stimul verir.

Məzmun xətti: Dinləmə, danışma, oxu, yazı.

İnteqrasiya: Azərbaycan dili, Azərbaycan tarixi, Ümumi tarix.

Metod: Fərdi iş, cütlərlə iş, qruplarla iş.

Tip: Təsviretmə, Venn diaqramı, Anlayışın çıxarılması, Tamamlama.

Resurslar: Dərslik, slaydlar, CD.

Warm – up (Buzqıran)

Şagirdlərə “Sehrli xalat” filmindən bir fraqment göstərirəm. Bir anlıq şagirdlər keçmişə və gələcəyə səyahət edirlər.
Motivasiya:

Şəkil

Şəkil

Tədqiqat sualı:

1. How do people communicate with each other?

2. What historical means of communication do you know?

Müxtəlif cavablar dinlənilir, keçmişdə istifadə olunan ünsiyyət vasitələri və onların tarixi barədə müzakirələr aparılır.
Tədqiqatın aparılması:

Work in groups (Qruplarla iş)

Use Venn diagram and compare the means of communication in the past and nowadays.

Şəkil

Şəkil

Pupils give their comments and make conversation about these means of communication.

Dərsin bu mərhələsində açar sözlər verilir. Key words:

Şəkil

Şəkil

Exhaustion – tiredness
Fire – flame, light, heat

Marathon – a long running race about 42 km or 26 miles

Mediator – peacemaker, negotiator

Swallow – a small bird with long pointed wings

Miracle – wonder

Holy – sacred, divine, blessed

Individual work:

Using new words in the sentences.

Dərsin bu hissəsində şagirdlər fərdi tapşırığa görə qiymətləndirilir.

Mətn “Məndən sonra təkrar et” (Repeat after me) üsulu ilə oxunulur.

Şəkil

Şəkil

Work in pairs:

Mətnə uyğun olaraq verilmiş cümlələr mətnə əsasən tamamlanır. Bu üsul ilə mətn daha da möhkəmlənir.

Cütlərlə işdən sonra qrammatik qayda olaraq sözönülü və sözönüsüz işlənən bəzi feillər haqqında məlumat verilir:

To communicate with

To be in danger

To bring news

To send a message

Creative work+ (work in groups)

Return to the past and write about these means of communication: Fire, Rock, Dove – Keçmişə qayıt və bu ünsiyyət vasitələri haqqında yaz: Ocaq, Qaya, Göyərçin)

Hər qrup istədiyi bir ünsiyyət vasitəsini seçir və ondan qədimdə necə istifadə edildiyi haqqında fikrini bölüşür.

Nəticə və ümumiləşdirmə:

Şagirdlər ünsiyyətin tarixi haqqında geniş araşdırma apararaq, müxtəlif üsullarla düzgün nəticəyə çatırlar. Onlar əlifbanın olmadığı vaxtlarda Qobustan qayaüstü rəsmlərinin, tonqalların, göyərçinlərin necə ünsiyyətə kömək etmələri barədə məlumat verirlər.

Qiymətləndirmə:

Şagirdlər aşağıdakı meyarlara əsasən qiymətləndirilir.

1. Tarixi faktlar haqqında danışa və yaza bilir.
2. Məntiqi ardıcıllıqla cümlələri tamamlaya bilir.
3. Yeni sözlərdən və ifadələrdən istifadə edə bilir.
4. Ünsiyyətin tarixi haqqında müzakirələrdə iştirak edir.
5. Ünsiyyətin tarixi haqqında məlumat yaza bilir.

Ev tapşırığı:

Search and write information about the means of communication which we shall use in the future – Gələcəkdə istifadə edə biləcəyimiz ünsiyyət vasitələri haqqında məlumat topla və yaz.

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın