7:55 am - Çərşənbə Noyabr 22, 2017

RƏNGLƏR İNSANLARA TƏSİR EDİR

İlahə HƏMİDOVA, Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

İlahə HƏMİDOVA,
Bərdə şəhər 8 saylı tam orta məktəbin ingilis dili müəllimi

Sinif: VIII

Mövzu: “Rənglər insanlara təsir edir”.

Məqsəd: Rənglər haqqında öyrənmək; onların insanların həyatına təsiri, rolu barədə məlumat əldə etmək; təbiət, mədəniyyət və adət-ənənələrlə rənglərin əlaqəsi haqqında fikirləri ümumiləşdirmək.

Standart: 1.1.1.; 2.1.1.; 3.1.2.; 4.1.1.

Meyar: Səbəblər verərək şəkli təsvir etmək; plana görə simvollar haqqında danışmaq; rənglər haqqında yazmaq; müxtəlif simvollar, onların rəngi, bayraqların xüsusiyyətləri haqqında danışmaq.

Məzmun xətti: Dinləmə, danışma, oxu, yazı.

İnteqrasiya: Azərbaycan dili, Azərbaycan tarixi.

Dərsin metodu: İnteraktiv.

Dərsin tipi: Deduktiv.

Forma: Fərdi iş, cütlərlə iş, qruplarla iş.

Üsul: Diskusiya, Anlayışın çıxarılması.

Dərsin gedişi:

Buzqıran (Warm – up)

Ən çox sevdiyin rəng hansıdır? (What is your favourite colour?)

Şagirdlərin cavabları dinlənilir.

Motivasiya:

Şəkil

Şəkil

Tamamlama üsulundan istifadə edilərək dərsin adı müəyyən edilir.

Tədqiqat sualı:

1. Rənglər insanlara necə təsir edir?( How do colours influence people?)

2. Nə üçün biz rəngləri xoşlayırıq? (Why do we love colours?)

İnformasiya mübadiləsi:

Fərdi iş (Individual work- Exercise 1, on page 44)

Verilmiş cümlələri tamamlayın (Complete the given sentences)

Bu tapşırığın köməyi ilə şagirdlər rənglərin onların həyatına təsiri və əhəmiyyətini öyrənirlər. Fərdi işlərinə görə şagirdlər qiymətləndirilir.

Qrammatik qayda olaraq, it/ it’s/ its haqqında izahat verilir.

It – şəxs əvəzliyi, cümlənin mübtədası və tamamlığı olur. Məsələn: It is the flag of Azerbaijan.

He didn’t give it to me.

Its – Yiyəlik əvəzliyidir. Asılı formada özündən sonra isim tələb edir.

Its colour is green.

It’s = it is

I like yellow. It`s the colour of the Sun.

Dərsin bu mərhələsində yeni sözlər verilir, səhifə 46-da “Bilmək maraqlıdır” adlı məlumat oxunulur. Həmin yazıya görə şagirdlər rənglərin simvollara və bayraqlara təsirini öyrənirlər.

Qrup işi ( work in groups)

Venn diaqramından istifadə edərək isimləri və feilləri müqayisə edin (Сompare nouns and verbs using Venn diagram).

Influence, represent, symbolize, damage, water, colour, fertility, passion, love, mind, taste, value, attribute, nature, describe

Cütlərlə iş ( Work in pairs)

Şəkil

Şəkil

Make up conversation.

1. … means courage. It is the colour of “ modernity”. Which colour is it?

2. … means liberty. It is the colour of snow.

3. … means justice. It is the colour of the Sun.

4. … is the colour of the fire.

Tapmaca üsullu cütlərlə iş zamanı şagirdlər dialoq yaratmağa müvəffəq olurlar. Hər bir rəng ən səciyyəvi forması ilə ifadə olunaraq bir şagird tərəfindən soruşulur, digər şagird tərəfindən tapılır.

Dərsin bu hissəsində dərslikdə verilmiş “Yadda saxla” oxunulur. Simvollar haqqında məlumat verilir.

Yaradıcı iş (Creative work): Write a short essay “ The role of the colours in our life”

Nəticə (Summary): Şagirdlər rənglərin insan həyatında rolunu öyrənirlər;

Şagirdlər rənglərin təbiətlə, simvol və atributlarla əlaqəsi haqqında geniş biliklərə yiyələnir.

Qiymətləndirmə (Evaluation): Meyarlara əsasən aparılır.

Filed in: DƏRS NÜMUNƏLƏRİ - XARİCİ DİL

Hələ şərh yoxdur

Şərh yazın