7:54 am - Çərşənbə Noyabr 22, 2017

AZƏRBAYCAN TARİXİ FƏNNİNDƏN LAYİHƏ DƏRSİ

Tamara BAXŞƏLİYEVA,                                                                                                                                                                                Naxçıvan Müəllimlər İnstitutunun metodist müəllimi

Tamara BAXŞƏLİYEVA, Naxçıvan Müəllimlər İnstitutunun metodist müəllimi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də islahatlar keçirilməyə başladı. Təhsil islahatlarından irəli gələn və təlim-tərbiyədə daha effektli nəticə almağa imkan verən məsələlərdən biri də qabaqcıl müəllimlərin iş təcrübəsindən istifadə etmək və onu yetişməkdə olan gənc müəllimlərin qarşısında nümayiş etdirməkdir. Naxçıvan Müəllimlər İnstitutu işini bu sahədə səmərəli təşkil edir, muxtar respublikanın məktəb müəllimləri ilə daima sıx əlaqə saxlayır və qarşılıqlı fəaliyyət göstərirlər. Mütəmadi olaraq İnstitutda muxtar respublikanın qabaqcıl müəllimlərinin tələbələrlə, məktəb şagirdləri ilə birgə açıq dərsləri təşkil olunur, tələbələr bu dərsləri dinləyir, müzakirələr aparırlar. Bu da müəllimlik ixtisasına tələbələrdə daha çox həvəs yaradır, tələbə-şagird, şagird-tələbə əməkdaşlığını daha da səmərəli edir.

Naxçıvan Müəllimlər İnstitutunun növbəti qonağı Naxçıvan şəhər 14 saylı orta məktəbin tarix müəllimi İmmi Hüseynova idi. İmmi müəllimin tələbələr qarşısında nümayiş etdirəcəyi dərsin mövzusu Azərbaycanda XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər baş vermiş tarixi hadisələr idi.

İmmi müəllimə tədris etdiyi Tarix fənninin səmərəliliyini və keyfiyyətini yüksəltmək məqsədi ilə bir çox yeni təlim texnologiyalarından təlim prosesində səmərəli şəkildə istifadə edir. Bu dərsdə müəllim yeni pedoqoji texnologiyalardan biri olan, layihə metodundan istifadə etdi. Müəllim qeyd etdi ki, şagirdlərdə biliklərə müstəqil şəkildə yiyələnmək bacarığını formalaşdırmaq üçün layihə metodu böyük əhəmiyyətə malikdir. Təlim prosesində bu metoddan istifadə etdikdə məktəb təlimi ilə xarici aləm arasında əlaqə yaranır. Hər hansı bir layihəni yerinə yetirən zaman şagirdlərin məktəbdənkənar müəssisələr və mütəxəssislərlə əlaqəsi qurulur. Bu zaman şagird özünü müstəqil tədqiqatçı kimi aparır. O, məqsədə çatmaq üçün əlavə elmi mənbələrdən, ədəbiyyatlardan yararlanır. Layihə təlimi şagirdlərə hadisələri hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, onlara sosioloji tədqiqat və yaradıcılıq vərdişləri aşılayır.

Eyni zamanda bu metod şagirdlərdə tədris edilmiş hadislərin sərbəst təhlil edilməsi, səbəb-nəticə əlaqələrinin açılması, faktların ümumiləşdirilməsi Azərbaycan tarixinin öyrənilməsi zamanı əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsində istifadə bacarığını inkişaf etdirir. Digər dərs formalarından fərqli olaraq, layihə dərslərdə şagirdlərdə vətənə məhəbbət, fəal həyat mövqeyi, vətənpərvərlik, ümumbəşəri humanist dəyərlərə hörmət hisləri daha qabarıq formada özünü göstərir.

Metodun əsas mahiyyəti şagirdlərə əldə etdikləri biliklərin həyatda onlara lazım olacaqlarını göstərməkdir. Onlara yeni informasiyanın alınma mənbəyini və ya bu informasiyanı necə axtarmaq lazım olduğunu göstərir. Dərs dediyim 14 saylı məktəbin VIII sinif şagirdləri ilə bir çox layihələr həyata keçirmişik. Onlardan birini burada nümayiş etdirməyimizin tələbələrin də maraqlarına səbəb olacağına inanırıq.

Layihənin adı: “Azərbaycan tarixi XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər”.

Layihənin məqsədi: Azərbaycanda XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər olan dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin siyasi quruluşu, daxili və xarici siyasətinin səciyyəvi xüsusiyyətlərini Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin vətənimizin maarif, elm, mədəniyyət, memarlıq sahəsindəki nailiyyətlərini tətbiq etmək.

Layihənin icra müddəti: 01 aprel-8 may 2017-ci il

Layihənin yerinə yetirilmə planı:

1. a) Azərbaycan tarixinin XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinədək araşdırmaq

b) Bu dövrdə mövcud olmuş dövlətlərin quruluşu, hakimiyyətdə təmsil olunmuş sosial qrup və təbəqələr arasında münasibətlər

c) Görkəmli dövlət xadimləri və onların fəaliyyətlərinin səciyyələndirilməsi

d) Ən mühüm islahatlar (tədbirlər), onların xarakterik əhəmiyyəti

e) XVI əsrin əvvəllərindən XIX əsrin əvvəllərinədək olan dövrdə Azərbaycan ərazisinə işğallara və müstəmləkə asılılığına qarşı mübarizə və nəticənin səciyyələndirilməsi

c) Azərbaycanın bu dövrə aid maarif, elm, ədəbiyyat, incəsənət, memarlıq sahələrini araşdırmaq

2. Bu dövrdə yaradılmış abidələri təbliğ etmək məqsədilə (informativ materiallar, slayd, stend, bukled) tərtib etmək

3. Maddi mədəniyyət nümunələrinədair tarix kabinetində guşə yaratmaq

4. Layihənin təqdimatı

Layihənin yerinə yetirilmə müddətində görülən işlər.

I mərhələ

Tarix: 01-05 aprel 2017-ci il

Fəaliyyət: Mövzu. Layihənin yerinə yetirilmə qrafiki, müddəti müəyyən olundu. Hər mərhələdə işin necə icra olunacağı dəqqiləşdirildi.

II mərhələ

Tarix: 06-20 aprel 2017-ci il

Fəaliyyət: Azərbaycanın qədim tarixi diyar olduğunu nəzərə alaraq, qədim abidələri müəyyənləşdirərək onların yerləşdiyi ərazilərə ekskursiyalar təşkil etmək.

Şəkil

Şəkil

III mərhələ

Tarix: 20 aprel-01 may 2017-ci il

Şəkil

Şəkil

Fəaliyyət: Abidələri və maddi mədəniyyət nümunələrini diqqətlə nəzərdən keçirərək, onların yerləşdiyi ərazini, abidənin və nümunənin ölçülərini, quruluşunu, hansı məqsədlə yaradıldığını, tarixi ilə bağlı müzakirələr apararaq qeydlər yazmaq

Abidələrin fotoşəklini çəkmək, gedə bilmədiyimizi internet vasitəsi ilə araşdırmaq

IV mərhələ

Tarix: 02-17 may 2017-ci il

Şəkil

Şəkil

Fəaliyyət: Naxçıvan şəhər mərkəzi kitabxanası ilə əlaqə yaratmaq. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində sənətkarlığın müxtəlif sahələrinin (dulusçuluq, memarlıq, xəttatlıq) inkişafı ilə bağlı alimlərin əsərləri ilə tanış olaraq nəzəri biliklərimizi daha da genişləndirmək:

– İnternet şəbəkələri vasitəsilə AMEA-da çalışan tanınmış şərqşünas və tarixçilərlə əlaqə yaradaraq qiymətli məlumatlar əldə emək.

– Publisher, word, photoshop proqramlarından istifadə edərək buklet düzəltmək və stent hazırlamaq.

18 may 2017-ci il.

Fəaliyyət: Layihənin təqdimatı. Buklet, stend.

Layihənin təqdimatı keçirildikdən sonra hazırladığımız işləri məktəbin tarix kabinetinə yığaraq guşə yaratdıq.

Şəkil

Şəkil

Artıq tarix kabinetində məktəb əyanilikləri deyil, eyni zamanda zəngin tariximizin şahidləri olmuş müxtəlif maddi mədəniyyət nümunələri mövcuddur.

Layihə metodunun icrası zamanı:

– şagirdlər özlərini tədqiqatçı kimi gördülər;

– qazandıqları yeni biliklər onların özləri tərəfindən kəşf edilmişdi, bu müstəqil fəaliyyətin nəticəsi idi;

– şagirdlər məqsədə nail olmaq üçün məktəbdənkənar müəssisə və mütəxəssislərlə əlaqə yaratmışdılar;

– Layihə təlimi informasiya texnologiyalarının köməyi ilə mükəmməl həyata keçirildi.

Təqdimatın sonunda İmmi müəllim bunları qeyd etdi: “Tədris etdiyim Azərbaycan tarixi fənninin əsas məqsədi dərin biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan şəxsiyyət formalaşdırmağa, Azərbaycan və bütün dünya xalqlarının ənənələrinə, mədəniyyətinə qarşı humanizm və hörmət, vətənə məhəbbət və onun gələcəyinə məsuliyyət hisləri ilə yanaşan vətəndaşlar tərbiyə etməyə yönəlmişdir. Bütün bu sadalananların həyata keçirilməsi üçün isə fəal (interaktiv) təlimin mövcud olan bütün üsul və vasitələrindən istifadə etmək məqsədəuyğundur”.

Tədris ilinin sonunda şagirdlərin keçdikləri mövzuları necə mənimsədiklərini, öyrəndiklərinin onların yaddaşlarında necə iz buraxdıqlarını bilmək üçün məhz layihə üsulundan istifadə etməyi qərar aldıq və çox gözəl nəticə əldə etmiş olduq. Şagirdlərin hazırladıqları materiallar, elmi biliklərinin, əl işlərinin nümayiş etdirilməsi, mövzulara dair əvvəlcə və dərs müddətində işlədikləri rəsmlərin təqdimatı uğurla keçdi.

Şagirdlər İKT-nin imkanlarından yararlanmış, layihənin təqdimatında nümayiş etdikləri bukletlərin hazırlanması məhz kompüter proqramlarında işləmə bacarıqları sayəsində mümkün olmuşdur.

Az müddətdə yerinə yetirilmiş bu layihə şagirdlərin gərgin əməyinin uğurlu nəticəsi idi. Biz Naxçıvan Müəllimlər İnstitutunun metodistləri və məktəb kollektivi onların bu böyük zəhmətini alqışlamalıydıq və bu cür də etdik.

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın