7:57 am - Çərşənbə Noyabr 22, 2017

RİYAZİYYAT FƏNNİNDƏN AÇIQ DƏRS NÜMUNƏSİ

Mövzu: “x2 ꞊a tənliyinin həlli”.

Standart: 2.2.2. Kvadrat tənlikləri həll edir.

Məqsəd: x2 ꞊a tənliyinə aid çalışmaları həll etmək.

İş forması: Kiçik qruplarla, fərdi iş.

İş üsulu: Beyin həmləsi, müzakirə.

Resurslar: Dərslik, iş vərəqləri, İKT.

Dərsin gedişi:

Motivasiya: x² ꞊a tənliyinin köklərini necə araşdırmaq olar? Fikirlər lövhəyə yazılır: a< 0 olduqda istənilən x həqiqi ədədi üçün x² ≥ 0 olduğundan, tənliyin həqiqi kökü yoxdur. a ≥ 0 bu halda x2 ꞊a tənliyini hansı şəkildə yazmaq olar?

Tədqiqat sualı: x²꞊a tənliyini necə həll etmək olar?

Tədqiqatın aparılması: Şagirdlər qruplara ayrılır. Onlara tapşırıq yazılmış iş vərəqləri paylanır.

İş vərəqi 1:

Tənlikləri həll edin.

x² ꞊ 81    x² ꞊ 49    24 + x² ꞊ 49     (x– 3) ² ꞊ 25
a ədədini elə seçin ki, x2 ꞊ a tənliyinin iki tam kökü olsun;

İş vərəqi 2:

Tənlikləri həll edin.

x² ꞊ 100            x² ꞊ 169           5x² ꞊1,25         (x + 5)² ꞊ 64

a ədədini elə seçin ki, x2 ꞊ a tənliyininiki rasional kökü olsun;

İş vərəqi 3:

Tənlikləri həll edin.

x² ꞊ – 25          x² ꞊ 64            16+ x² ꞊ 10      ( x – 2 )²꞊ 81
a ədədini elə seçin ki, x2 ꞊ a tənliyinin iki irrasional kökü olsun;

İş vərəqi 4:

Tənlikləri həll edin.

x² ꞊ 14    x² ꞊ 0        20 – y²꞊ – 16;             (x + 3)² ꞊ 7

a ədədini elə seçin ki, x2 ꞊ a tənliyinin həqiqi kökü olmasın;

İnformasiyanın mübadiləsi: Hər qrupdan bir şagird öz tapşırıqlarını təqdim edir. Təqdim olunmuş işlər lövhədən asılır.

İnformasiyanın müzakirəsi: Təqdimatın nəticələrini müəllim şagirdlərlə müzakirə edir.

Nəticə və ümumiləşdirmə: Müəllim diqqəti tədqiqat sualına yönəldərək şagirdlərin cavabını ümumiləşdirir. Deməli, x2 ꞊ a tənliyini x2- (√a) 2 ꞊ 0 şəklində yazmaq olar. İki ədədin kvadratları fərqi düsturuna görə bu tənliyi ( x +√a) ( x – √a ) ꞊ 0 şəklində yaza bilərik. Hasilin sıfıra bərabər olması şərtindən alarıq ki, x1 ꞊ √a , x2 ꞊ -√a Buradan alınır ki, a˃0 olduqda x2 ꞊ a tənliyinin iki müxtəlif x1 ꞊√a , x2꞊ -√a kökləri, a ꞊ 0 olduqda isə x1 ꞊ 0, x2 ꞊ 0 iki bərabər kökü var. a<0 şərti daxilində x2 ꞊ a tənliyinin həqiqi kökləri yoxdur.

Yaradıcı tətbiqetmə: Kvadrat tənliyin həllinə aid test tapşırıqları işlənilir.

Qiymətləndirmə: Qrupların fəaliyyəti əvvəlcədən hazırlanmış meyar cədvəli əsasında qiymətləndirilir.

Şəkil

Şəkil

Ev tapşırığı: Mövzuya aid çalışmalar verilir.

Günay HÜSEYNOVA,
Naxçıvan Müəllimlər
İnstitutunun metodisti

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın