7:57 am - Çərşənbə Noyabr 22, 2017

ALQORİTMİN NÖVLƏRİ

Səbinə CƏFƏROVA, Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin informatika müəllimi

Səbinə CƏFƏROVA,
Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin informatika müəllimi

5-ci sinif üçün nəzərdə tutulmuş mövzunun İnformatika fənn müəllimlərinin birgə tədrisi üçün layihə-blok dərs modeli

Mövzu: “Alqoritmin növləri”.

Standart: 2.2.1. Alqoritmin təsvir üsullarını izah edir.

Məqsəd:

– Alqoritm anlayışını izah etmək;
– Alqoritmi addımlarla yazmaq;
– Addımlarla yazılmış alqoritmi icra etmək;
– Alqoritmi sözlərlə təsvir etmək.

Təlim üsulu: Beyin həmləsi, müzakirə, klaster

Təlim formaları: Qruplarla iş, fərdi iş

Resurslar: Dərslik, iş vərəqləri, kompüter, proyekter

Dərsin gedişi:

Salamlaşma (4 dəq.): Hər bir şagirdə müraciət olunur: “Alqoritm” deyəndə ilk ağlına gələn söz hansıdır?

Motivasiya (5dəq.): Lövhədə suallar nümayiş etdirilir və şagirdlərə suallar verilir:

Lövhədə qabaqcadan A3 formatlı kağızda hazırladığım krossvordu asıram:

Krossvord

(Üfüqi)

1. Qrafın oxşadığı obyekt
2. Hesablamalar aparmaq üçün proqram
3. Faylları özündə qruplaşdıran obyekt
4. Kompüterdə informasiyaları emal edən qurğu
5. Kompyuterin əsas daxiletmə qurğusu
6. İnformasiyanın xassələrini öyrədən fənn
7. Qrafik redaktor
8. Kompüterin əsas xaricetmə qurğusu.

Şəkil

Şəkil

Şagirdlər bir-bir gəlib krossvordu doldururlar. Şagirdlərə müraciət edirəm:

– Uşaqlar, yəqin ki, bugünkü mövzumuzun adını özünüz deyə bilərsiniz.

Şagirdlərdən “Alqoritm” cavabını aldıqdan sonra lövhədə dairə çəkib, içində “Alqoritm” sözünü yazıram. Klaster üsulundan istifadə edib, şagirdlərdən alqoritmə dair ibtidai siniflərdən bildikləri əsas anlayışları şaxələrdə yazmağı xahiş edirəm.

Şəkil

Şəkil

Şagirdlərdən “Çayın dəmlənməsi” zamanı yerinə yetirilən hərəkətlər ardıcıllığını soruşuram. Şagirdlərin diqqətini dərslikdəki şəklə cəlb edib, bəzi suallar verirəm:

– Uşaqlar, quş yuvasını nəyin əsasında yığırlar?
– Bu sxemdən siz də istifadə edə bilərsinizmi?

Cavablar alındıqdan sonra tədqiqat sualı qoyuram.

Tədqiqat sualı (5dəq.):
– Görüləcək işin planını necə qurmaq olar?

Tədqiqatın aparılması (8 dəq.):

Alqoritm sözünün mənşəyi haradan gəlir?

İstənilən hərəkətlər ardıcıllığı alqoritmdir?

Alqoritm nədir?

Alqoritmin hansı təqdim olunma üsullarını tanıyırsınız?

Alqoritmin növləri?

Şagirdləri 4 qrupa bölüb tapşırıqlar yazılmış iş vərəqləri paylayıram.

I qrup: Paint proqramında aşağıdakı şəkil çəkilib. Onun çəkilmə ardıcıllığını yazın.

23

II qrup: Binanın tikilib istifadəyə verilməsi üçün hərəkətlər ardıcıllığını yazın.

Ev

Şəkil

Şəkil

III qrup: Təyyarənin düzəldilib uçuşa buraxılması üçün hərəkətlər ardıcıllığını yazın.

Şəkil

Şəkil

IV qrup: Mətn redaktorda aşağıdakı sənəd hazırlanıb. Onun hazırlanması üçün hərəkətlər ardıcıllığını yazın.

Şəkil

Şəkil

Cırtdanın evi

Tapşırıqlar yerinə yetirilir (8 dəq.):

Verilmiş vaxt bitdikdən sonra hər qrupun lideri qrupun işini təqdim edir.

Məlumatın mübadiləsi və müzakirəsi (4 dəq.):

Digər qrupların və müəllimin sualları cavablandırılır.

I qrupa: Şəklin çəkilməsində hansı alətlərdən istifadə edilib?

Neçə addım alındı?

II qrupa: Çertyoju çəkməmiş binanı tikmək olarmı?

Nə üçün əvvəlcə özül tökmək lazımdır?

Addımların sayı arta bilərmi?

III qrupa: Maketini yoxlamadan təyyarəni düzəltmək olarmı?

Addımların yerini dəyişsək, nəticə eyni olarmı?

IV qrup: Fiqurları haradan tapmaq olar?

Addımların sayını azaltmaq olarmı?

Bütün hallarda hərəkətlər ardıcıllığının yerinə yetirilməsində bir məqsəd varmı?

Ümumiləşdirmə aparılır:

Şəkil

Şəkil

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yerinə yetirilən hərəkətlər ardıcıllığına alqoritm deyilir. Alqoritmdə hər bir bitkin hərəkət addım, yaxud alqoritmin addımı adlanır. İstənilən hərəkətlər ardıcıllığına alqoritm demək olmaz.

Hərəkətlər ardıcıllığının alqoritm olması üçün hər bir hərəkət dəqiq və konkret olmalı, onların sayı sonlu olmalıdır.

Alqoritmin 3 növü var:

Xətti alqoritm, Budaqlanan alqoritm, Dövri alqoritm.

“Alqoritm” sözünün mənşəyi barədə məlumat verilir.

Yaradıcı tətbiqetmə:

Hər qrup qarşısındakı kompüterdə bir alqoritm tərtib edir.

Tapşırıq (6 dəq.):

Sinfə müraciət olunur: – İndiyə qədər dərsliyinizdə rast gəldiyiniz alqoritmlərin icrası kim üçün nəzərdə tutulub? ( şagirdlər üçün);

Aşağıdakı alqoritmə uyğun ifadə yazılmış bəndi tapın( dərslikdən):

1. 134-dən 45 çıxın.
2. Alınmış nəticəni 4-ə vurun.
3. Alınmış nəticəni 2-yə bölün.
4. Alınmış nəticəni bir vahid artırın.

A) 134-454:2+1
B) (134-45)*(4:2+1)
C) (134-45)*4:2+1
D) 134-454:2-1

Qiymətləndirmə (5 dəq.):

Şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarları.

Şəkil

Şəkil

Filed in: DƏRS -RİYAZİYYAT

Hələ şərh yoxdur

Şərh yazın