7:57 am - Çərşənbə Noyabr 22, 2017

TARİX DƏRSLƏRİNDƏ HEYDƏR ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİNİN ÖYRƏDİLMƏSİ TƏCRÜBƏSİNDƏN

Həyat sürətlə dəyişir. Daimi dəyişən, yeniləşən dünyanı dərk etmək, mürəkkəb və ziddiyyətlərlə dolu olan həyatdan düzgün baş çıxarmaq üçün geniş elmi dünyagörüşünə malik olmaq lazımdır. Belə dünyagörüşünü bizə olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev aşılamışdır. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünüb.

Hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşlü gənclər yetişdirməkdə Heydər Əliyevin zəngin ideya irsi və onun qurucusu olduğu müstəqil Azərbaycan əvəzsiz mənbədir. Hər bir müəllim daim yadda saxlamalı, gənc nəslin tərbiyəsində ümumbəşəri dəyərlərdən istifadə etməli, uzaqgörənlik və əzmkarlıq nümayiş etdirməlidir.

5-ci sinifdən 11-ci sinfədək Azərbaycan tarixi fənninin tədrisində Heydər Əliyev şəxsiyyətinin nümunəsində şagirdlərin tərbiyə olunmasının böyük əhəmiyyəti vardır. Mən aşağıdakı dərs nümunəsinin planlaşdırılmasına belə başlayıram.

Cədvəl

Cədvəl

Mövzu: “Müstəqil Azərbaycanın qurucusu”.

Məqsəd:

1. Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynadığını müəyyən edir.

2. Müstəqilliyimizin təhlükə altında qaldığı dövrdə Heydər Əliyevin xilaskar dönüşünü dəyərləndirir.

3. Mənbələrə əsasən Heydər Əliyev haqqında təqdimat hazırlayır.

Standartlar: 4.1.1.; 4.1.2.; 4.1.3.

Dərsin gedişi:

Motivasiya: Gəncə şəhəri 25 nömrəli orta məktəbin sinif müəllimi Ofeliya Səfərovanın təcrübəsində gördüyüm himndən istifadə edirəm:

Oxuyaq, çalışaq, oxşayaq sizə.
Örnəksiz həmişə gənc nəslimizə.
Ay Heydər babamız, əziz babamız.
Gün kimi, ay kimi sönməz dühamız.

Zəkanız, ağlınız dərindən-dərin,
Sevimli oğlusuz bəşəriyyətin,
Ay Heydər babamız, əziz babamız,
Gün kimi, ay kimi sönməz dühamız.

Xoşbəxtlik gətirdiz Azərbaycana,
Heyranıq siz kimi dahi insana,
Ay Heydər babamız, əziz babamız,
Gün kimi, ay kimi sönməz dühamız.

Motivasiyanı belə qoymaqla şagirdlərimin diqqətini dahi Heydər Əliyevin hansı keyfiyyətlərə malik olmasına yönəldə bilirəm. Bu cür motivasiyanın qoyulması şagirdə kömək edir, eyni zamanda özü biliklərin əldə olunmasına və tətbiqinə dair üsul və vasitələrlə praktik cəhətdən yiyələnir. Fəal dərsdə motivasiya şagirdlərin yeni dərsi mənimsəmələrində ilkin hazırlıq rolunu oynamaqla yanaşı, həm də səfərbəredici xüsusiyyətlərə malikdir. Motivasiya şagirdlərdə məntiqi təfəkkürün inkişafına zəmin yaratmaqla bütün sinfin diqqətini müzakirə edilən problemə cəlb etdiyinə görə hamı fəal olur. Şagirdlər Heydər Əliyev haqqında bildiklərini xatırlayır və gözəl cavablar verirlər. Dərsin motivasiyası müəllimin bacarığından asılı olaraq musiqi, şəkil, video parçası və s. ola bilər.

Məlumdur ki, fəal dərsin motivasiya ilə birlikdə, bir neçə mərhələsi olur. Fəal dərsin növbəti mərhələsində mən problem-situasiya yaradaraq problemin həlli istiqamətində qruplarla iş aparıram. Mən şagirdlərin yaşını nəzərə almaqla şagirdləri tədqiqata cəlb etməyə üstünlük verirəm. Belə tədqiqatlar uğurlu olur. Dərs müddətində şagirdlərə aşağıdakı suallarla müraciət edirəm:

Həyatda Heydər Əliyevin hansı keyfiyyətləri və bacarıqları sizə nümunədir?

1-ci şagird: Mən Heydər Əliyevin ölkəyə, yurda gərəkli olmaq üçün nələr etməsini çox dəyərləndirirəm.

2-ci şagird: Heydər Əliyev vətənpərvər, xalqını sevən, xalqın gələcəyi – biz uşaqların qayğısına qalan bir insandır. Biz ondan çox şeyləri öyrənirik.

3-cü şagird: Heydər Əliyev Vətənin qorunmasına və inkişafına çox əziyyətlər çəkmiş və nəticəsi yaxşı olmuşdur. Mən əziyyətə qatlaşmağı ondan öyrənirəm. Dərsin ikinci mərhələsi tədqiqatın aparılması mərhələsi ilə davam edir. Motivasiyanın sonunda tədqiqat sualını qoyuram.

Tədqiqat sualı: Ümummilli lider Heydər Əliyevin tarixi rolu nədən ibarətdir?

Tədqiqatın aparılması: Bu zaman suala uyğun təlim üsulu seçirəm. Bildirirəm ki, insert üsulundan istifadə edərək mətnə aktiv münasibət bildirərək işləməliyik. Sonra mövzudakı fikirlərə münasibəti qəbul edilmiş işarələrlə (“γ ” – bu məlumat mənə tanış idi, “-” – bu məlumat əvvəl bildiyimi inkar edir , “+” – bu məlumat mənim üçün yenidir ,”?” – bu məsələyə dair əlavə məlumat almaq istərdim bildirir. Dərslikdəki mətn oxunduqdan sonra ümumləşdirmələr aparılır və qeyd olunur.

Mövzunun mənimsənilməsini yoxlamaq üçün sinif qruplara bölünür:

I qrup: Xaricdə yaşayan azərbaycanlılarla birləşmək üçün Heydər Əliyev nə etmişdir?

II qrup: Niyə Azərbaycanımız çoxlu dövlətlərin mənafelərinin toqquşduğu ölkəyə çevrilmişdir? Vətən xainlərinin xalqımız üçün çətinlik yaradanda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşü nə demək idi?

III qrup: Heydər Əliyev xainlərin Azərbaycanı parçalamaq cəhdlərinin qarşısını hansı yolla aldı?

Bu sualların çoxunun cavabı dərslikdə və digər ədəbiyyatlarda vardır.Təbiidir ki, bu da onların müstəqil surətdə tədqiqatçılıq işinə cəlb edəcəkdir.

İnformasiya mübadiləsi: Bu zaman şagirdlər tapdıqları cavablarla əlaqədar fikir mübadiləsi edir. Onlar tədqiqatı müxtəlif formalarda (məruzə, buklet və xronoloji sxem) edə bilərlər.

Məlumatının müzakirəsi və təhlili:

I qrup cavab: Xarici ölkələrə səfərlərində azərbaycanlılarla görüşür, onların dərdləri ilə tanış olur, qardaş türk dövlətləri ilə zəifləmiş əlaqələri möhkəmləndirdi. 2001-ci il 9-10 noyabr Dünya Azərbaycanlılarının I qurultayında müstəqil Azərbaycanın 60 milyonluq soydaşını ilk dəfə bir araya gətirdi.

II qrup cavab: Nefti, qızılı digər sərvətləri itirdikləri üçün, müstəqil Azərbaycanın yaranmasını gözü götürməyən dövlətlər istəmirdilər. Vətən xainlərinin maneələrinə baxmayaraq Heydər Əliyev üçrəngli bayrağı qəbul etdi, 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etdi, Azərbaycan SSR-nin üstündən “sovet”, “sosialist” sözünü götürdü.

III qrup cavab: Heydər Əliyev 1993-cü il iyunun 15-i xalqın təkidi ilə ikinci dəfə Azərbaycan rəhbəri oldu. Atəşkəsə nail oldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”ni dünyanın ən nüfuzlu şirkətləri ilə imzalamaqla “neft strategiyası”nın əsasını qoydu. Bu müstəqilliyimizin təminatı idi.

Yaradıcı tapşırıq: “Heydər Əliyev və Azərbaycan təhsili” adlı esse yazmaq.

Ümumiləşdirmə və nəticə: Bu mərhələdə məqsədimə çatıram. Hər bir azərbaycanlı bilməlidir ki, Heydər Əliyev siyasət dastanının hər səhifəsi tarixə qızıl hərflərlə həkk edilib. Bu tarixin səhifəsi vərəqləndikcə oradan mənim qəhrəmanımı Şah İsmayıl alqışlayır: “Mən Azərbaycan ərazilərini qoyduğum bu məqsədlər öz bəhrəsini verir. Bu cür metodlardan istifadə etməklə genişləndirib, güclü, qüdrətli Azərbaycan yaratdım. Sən Azərbaycanı dünya siyasətində məşhur etdin. Böyük dövlətlərin səviyyəsinə qaldırdın. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevi uşaqlar hərtərəfli təqdim edirlər. Qrupların cavabları aşağıdakılardır:

I qrup: Heydər Əliyevin “Biz övladımıza, balalarımıza bu gün məktəbə qədəm qoyan uşaqlara, məktəblərdə oxuyan bütün gənclərə, imtahan verib ali məktəblərə daxil olan tələbələrə tövsiyə edirəm ki, bu illərdən, günlərdən səmərəli istifadə edin, onları itirməyin. Dünən nə isə itirdiniz, bu gün onun yerini doldura bilməyəcəksiniz: Keçən il nəyisə itirdiniz, bu il onun yerini doldurura bilməyəcəksiniz”. Heydər Əliyevin biz uşaqlara ibratamiz nəsiyyəti böyük məna kəsb edir.

II qrup: Heydər Əliyev təhsilə və məktəbə çox böyük qiymət verirdi. O çıxışlarında söyləyirdi: “Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”. O, bizim üçün çoxlu məktəblər, təhsil kompleksləri açmışdır.

III qrup: Heydər Əliyev böyük əhəmiyyət verirdi. O, deyirdi: ”Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır”. Heydər Əliyevin ərməğan etdiyi zəngin irsi qiymətli bir xəzinədir. Onun işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri gələcəyə gedən yollarımızı məşəl kimi daim şölələndirəcək.

Ev tapşırığı: “Heydər Əliyev və uşaqlar” adlı fotoalbom hazırlayın. Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir və praktiki tapşırıqlar onların Heydər Əliyevin uşaqlara olan böyük sevgisini əyani göstərməyə imkan verir.

Qiymətləndirmə: Həlletmə, təqdimathazırlama. Bu mərhələ şagirdlərin bütün iş mərhələlərini təhlil etməyə imkan verir. Mən əvvəlcədən bu meyarları şagirdlərə elan edirəm.

Təqdim etdiyim nümunədə məqsəd şagirdlərin tarix fənni üzrə dahi şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında ətraflı məlumat toplamağa imkan verir.

Çalışın həmişə dahi şəxsiyyətlərə qiymət verməyi bacarasınız. O, bir sözlə dahi idi. Dahilik nədir? Dahilik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir. Bu deyilənlər Heydər Əliyevin ünvanına söylənilib. Dövrünə görə nə çətin olubsa, onun gerçəkliyi qeyri-mümkün olubsa, bütün bunları həyata keçirib və bizlərə nümunə olub.

Gülbəniz ABBASOVA,
162 nömrəli tam orta məktəbin
tarix müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın