7:54 am - Çərşənbə Noyabr 22, 2017

Dərslərdə İKT-dən istifadə

Xatirə HƏsƏnova, Ak.Z.Əliyeva adına Bərdə şəhər texniki   fənlər təmayüllü məktəb-liseyin  müəllimi

Xatirə Həsənova,
Ak.Z.Əliyeva adına Bərdə şəhər texniki
fənlər təmayüllü məktəb-liseyin müəllimi

“Müəllim insanları aydınlığa çıxaran işığa bənzəyir

(Viktor Hüqo)

Xalq arasında belə bir fikir mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət dəyişir. Bu onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim böyük rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişikliklər yaratmaq gücünə malikdir.Müsair dövrümüzdə elm və texnikanın sürətli inkişafı, ölkəmizdə iqtisadiyyatın durmadan irəliləməsi müəllimlərin daha məsuliyyətli olmasını tələb edir.Müəllim bilməlidir ki, onun qarşısında ətrafdakı hadisələri öyrənməyə, dərk etməyə çalışan körpə, məsum, beyni ağ kağız kimi təmiz olan fidanlar əyləşmişdir. Rus pedaqoqu Anton Rubişteynin fikirləri çox maraqlıdır: “Əgər bircə gün öyrənmirəmsə, bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edir, əgər üç gün öyrənmirəmsə- bunu hamı hiss edir”. Buna görə də müəllilm daima öz üzərində işləməli, öyrənməli və öyrətməyi bacarmalıdır. Hazırda İKT təhsilin ayrılmaz hissəsinə çevrilmişdir. Müəllimlər İKT üzrə təşkil olunmuş treninqlərdə iştirak ertməli, öz dərslərində bu bacarıqlarından yararlanmadılır. Dərslər elə qurulmalıdır ki, bu dərslərdə verilən suallar şagirdləri düşündürməyə sövq etsin, eyni zamanda digər fənlərlə inteqrasiyani elə qurmaq lazımdır ki, bu fənlərin bir-biri ilə qarşılıqlı əlaqəsi nəticəsində şagirdlər aldıqları bilikləri həyatda tətbiq etməyi bacarsın. İndi uşaqlar çoxlu informasiya mənbələrindən istifadə etmək imkanına malikdirlər: kitab, mətbuat, televizor, radio, ən əsası isə internet şəbəkəsi. Artıq şagirdlər sərbəst şəkildə biliklərə yiyələnmək, bilikləri səmərəli şəkildə tətbiq etməyi, müxtəlif informasiyaları analiz etməyi, yoldaşları ilə ünsiyyətcil olmağı bacarmalıdır. Bütün bunların təməlini məktəbdə müəllim öz qurduğu dərslərdə şagirdlərə zaman-zaman aşılamalıdır. Hazırlanan elektron dərslər, bu dərslərdə verilən qrup işləri şagirdlərdə yaradıcılıq, araşdırmaq, sərbəst işləmək və nəhayət, yoldaşları ilə əməkdaşlıq etmək, ünsiyyət qurmaq bacarığı formalaşdırır. Yuxarıda göstərilən kefiyyətləri şagirdlərdə aşılamaq məqsədilə II sinif üçün hazırladığım bir elektron dərsin icmalını verirəm.

Mövzu: Ümumiləşdirici dərs. Məsələ həlli.

Motivasiya: Uşaqlar, bugünkü mövzumuzun adını “Riyaziyyat şahzadəsi “söyləyəcək. Lakin Riyaziyyat şahzadəsi yadplanetlilər tərəfindən aparılmışdır.Onu geri qaytarmaq üçün yadplanetlilərin verdiyi suallara cavab verməliyik.

27 sm + 13 sm, 54 + 8; 48 – 34; 59 + 15; 25 kq-13 kq; 65 mm + 4 mm

Şahzadənin saxlandığı qapının açılması üçün aldığımız ədədləri 1-ci və 2-ci evlərə yiğıb adlandırın.

Bundan sonra şagirdlərə aşağıdakı suallarla müraciət edirəm.

Hansı ölçü vahidlərini tanıyırsınız?

Kütlə vahidləri hansılardır?

Uzunluq ölçü vahidləri neçə yerə ayrılır?

Standart ölçü vahidləri hansılardır?

Şərti ölçü vahidlərini kim söyləyər?

Zaman vahidləri hansılardır?

Məsələ neçə hissədən ibarətdir və bu hissələr hansılardır?

Bütün bu ölçü vahidlərini biz birlikdə necə adlandıra bilərik?

Tədqiqat sualı: Ölçü bizim üçün niyə bu qədər vacibdir?

Sagirdləri beş qrupa ayırıram. (Kütlə; Kəmiyyət; Tutum; Uzunluq; Zaman)

Kütlə

1. Eldar, Mələk və Murad eyni küçədə yaşayırlar. Eldarın yaşadığı evlə Mələyin yaşadığı ev arasındakı məsafə 70m, Muradgilin evi ilə Mələkgilin evi arasındakı məsafə isə 30m-dir.Eldarın yaşadığı evlə Muradın yaşadığı ev arasındakı məsafə neçə metrdir?

1 kompakt disk, 1kompyuter

1dolu məktəbli çantası, 12vərəqli 1 dəftər

1alma, 1 yeşik alma

Kəmiyyət

1. Oğlanlar arasındakı məsafə 70m-dir.Onların hər biri qarşı- qarşıya 20 metr gəlmişsə, aralarında neçə metr məsafə qalmışdır?

2. Həndəsi fiqurlardn istifadə etməklə maşın modeli hazırlayın.

Tutum

1. Piştaxtada 8kq alma qalmışdır. Piştaxtanın altında isə hər birində 12kq alma olan daha iki yeşik alma var. Satıcı hələ neçə kiloqram alma sata bilər?

2. Partanın enini və uzunluğunu ölç. Aldığın ədədləri cədvəl üzrə qruplaşdır.

Uzunluq

1. Rəşad anası ilə birlikdə bazardan 4kq alma, 3kq portağal, 1kq armud, 1kq kök, 1kq çuğundur aldı.Alınanların yarısını evə qədər Rəşad, yarısını isə anası gətirdi.Onların hər birinin daşıdığı meyvə və tərəvəzin kütləsi neçə kq-dır?
2. Ulduz şəklinin yerinə neşə kq ola bilər. Mümkün cavabı yaz.

27 kq < * 35 kq ; 58 < * 62 kq

Zaman

1. Təyyarə sərnişinləri 20kq-dan artıq olan hər 1kq yük üçün 1 manat ödəməlidir. Aşağıdakı şəkillərdə artıq yükün kütləsini müəyyənləşdir. Bu yüklər üçün neçə manat ödənməlidir?

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

2. Həndəsi fiqurlardan istifadə etməklə ev modeli hazırlayın.
Nəticə: Bütün sahələrdə ölçü vahidləri bizə lazımdır.

Filed in: MƏKTUBLAR

Şərhlər qapalıdır.