7:57 am - Çərşənbə Noyabr 22, 2017

MƏTBUAT TARİXİMİZDƏ BİRİNCİ İLİNİN 46 NÖMRƏSİ İTƏN QƏZETİMİZ, YAXUD MƏTBUATIMIZIN “ZİYA”SI

Tiflisdə Azərbaycan dilində həftədə bir dəfə nəşr olunan “Ziya” qəzetinin hələlik bizə məlum olan ilk nömrəsi islam təqvimi ilə 1296-cı il səfər ayının 28-də çıxan nömrədir.

Qəzetin sahibi-imtiyazı Səid Əfəndi Ünsizadə (1825, Şamaxı-1905, İstanbul), redaktoru, əsas yazarı isə onun ortancıl qardaşı Cəlaləddin (Cəlal) Ünsizadə idi.

“Ziya” qəzetinin arxiv və kitabxanalarda saxlanılan, məlum olan ilk nömrəsi 8 fevral 1879-cu ildə çıxmışdır. Bu da islam təqvimi ilə 1296-cı ilin səfər ayının 28-nə uyğundur.

“Ziya” qəzetinin oxucularla ilk görüşü isə daha əvvəl- 1879-cu il yanvar ayının 25-də olmuşdur. Başqa sözlə, qəzetin ilk nömrəsi islam tarixi ilə 1296-cı iı səfər ayının 14-də (miladi tarixlə 25.01.1979-cu ildə-N.N.) çıxmışdır.

Qəzetin ilk iki nömrəsi hələlik heç bir tədqiqatçıya məlum deyil. İlk iki nömrə haqqında maraqlı məlumatlar başqa mənbələrdən qaynayıb, üzə çıxır. Bu cəhətdən “Ziya”nın birinci nəşr ilinin ilk nömrəsi haqqında “Ziya” qəzetinin 1879-cu il noyabrın 19-da çıxan 44-cü nömrəsində “Tiflis.17 noyabr.. “Ziya” qəzetəsinin təb və nəşr olunmağını dost tutan həzərata (cənablara-N.N.) məlum ola ki,..” sərlövhəli iri həcmli yazıdan oyrənirik. Geniş məlumatlı bu yazıdan bir cümləni diqqətinizə çatdırırıq: “Səfər ayının 14-də əvvəlimci nömrəmizi zühurə gətirüb ahəstə-ahəstə səy və hümmət göstərdük”.

Qəzet əsasən pəncşənbə günü çıxırdı. Hər dəfə il təzələnəndə qəzet təzə nömrə ilə – 1 sayından başlayırdı. Bəzi tədqiqatçıları çaşdıran da elə budur. Bəzi tədqiqatçılar isə “Ziya” qəzetinin 06.12.1879-cu il tarixli birinci nömrəsindəki ikinci sənə söz birləşməsini YEKİNCİ SƏNƏ (yəni birinci il-N.N.) kimi oxuduqlarından bu nömrəni qəzetin xronoloji tarixdəki ilk nömrəsi hesab etmişlər.

Deməli,qəzetin 06.12.1879-cu ildə, çıxan nömrəsi nər tarixinin ikinci ilinin ilk birinci sənənin 46 nömrəsindən sonra çıxıb.

Çox təəssüf ki, tədqiqatçılar “Ziya” qəzetini ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifba ilə transliterasiya edəndə yanlışlığa yol vermişlər. Onlar qəzetin birinci nəşr ilinin 46 nömrəsindən xəbərsiz olduqlarına görə “Ziya” adı ilə çıxan möhtəşəm xronologiyalı transliterasiya kitabını ikinci sənənin (nəşr ilinin-N.N.) birinci nömrəsindən – 1879-u il dekabrın 6-da çıxan birinci nömrədən başlayıblar.

Qəzetin ikinci sənəsinin ilk nömrəsi 06.12.1879-cu ildə çıxmışdır. Bu, birinci sənənin 46 nömrəsindən sonrakı nömrədir.

https://encrypted-tbn0.gstatic.com/images=tbn:ANd9GcRLp2VNIPqYGTcQmREJi6BwdFRpIZdq5ngGGS9ZB6RhBzHzHYUX

“Ziya” qəzetinin 08.0.1879-cu il tarixli 3-cü nömrəsi

Nazim Nəsrəddİnov,
Əməkdar müəllim,
türkoloq

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın