7:54 am - Çərşənbə Noyabr 22, 2017

HƏYAT BİR YOLDUR UCSUZ-BUCAQSIZ

Zahid BABAYEV

Zahid BABAYEV

Zahid Cavad oğlu Babayev 1954-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağqula kəndində anadan olmuşdur. 1971-ci ildə Politexnik İnstitutunu bitirmiş, sonra əmək fəaliyyətinə başlamaq üçün mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Perm vilayətinə göndərilmişdir. 1983-cü ildən əmək fəaliyyətini vətənimizin Sumqayıt şəhərində davam etdirmişdir.

Gənc yaşlarından insanlara və təbiətə olan sevgisini qələmə almağa başlamışdır. Bu gözəl duyğuları ilk dəfə sizlərə təqdim edirik.

OXU TAR

Oxu tar, oxu tar, susma heç zaman
Oxu tar, amandır, səsinə qurban!
Oxu vətənindən, azəri elindən
Dəli Koroğlunun Çənlibelindən
Oxu tar, səsində bir möcüzə var!
Elə bil ki, nağıl deyir babalar.
Dinləyənlər keçmişini xatırlar,
Musiqinlə gələcəyə can atar.
Qürbət eldə mən saralıb solanda,
Varlığım kədərə yuva olanda
Oxu, musiqinlə qəlbim şad olar

HƏYAT

Həyat sonsuz bir yol – ucsuz bucaqsız
Yolçu insan – yolda saysız, hesabsız…
Bəzən yoxuş bəzən eniş, bəzən düz
Dincələn yox, zaman necə amansız…
Kiməsə qaranlıqdır, yolu itirir
O son mənzilini mənasız bilir
Kiməsə uzaqdan bir işıq gəlir,
Bu işıq yolçuya yolu göstərir.
Bu yolun kənarı uçurumdur dərin
Neçəsinə məzar olub yol gedənlərin
Qorxub çətinlikdən geri dönsən sən,
Dərin uçuruma düşə bilərsən.
Kim ki, hazırlaşıb bu yola çıxır
O kəslər dünyaya vüqarla baxır.
Kim ki, addımını inamla atır,
Həyatda xoşbəxtlik tək ona çatır.

TƏMAS

Nəvazişlə dolu incə bir təmas,
Ruhumuza hava, su – bir qida kimidir.
Həzin bir səs, isti nəfəs, bir baxış,
Varlığın şəfa verən məlhəmidir.
Həyatın keşməkəşləri sıxanda bizi
Aydınladar pərişan qəlbimizi.
Qaranlıq dünyamız olur bir işıq.
Ruhumuzun təlatümlü anlarında biz
Ehtiyac duyuruğ doğma həzin bir səsə
Onun köməyi ilə sakitləşir qəlbimiz
Təmizlənir cismimiz, ötüb gedir vəsvəsə
Dünyanın soyuqluğu dolanda qəlbimizə
İsti bir nəfəsə ehtiyacımız var.
İsidər o bizim donmuş qəlbimizi
Təzədən yaşamağa bizi ruhlandırar.

Filed in: ŞEİR

Hələ şərh yoxdur

Şərh yazın