3:16 pm - Bazar Yanvar 19, 9108

ALİM NURU

professor Himalay Ənvər oğlu Qasımov

professor Himalay Ənvər oğlu Qasımov

Ədəbiyyatşünas alim, görkəmli elm xadimi, müasir Azərbaycan ədəbiyyatının sanballı və ünlü tədqiqatçılarından olan professor Himalay Ənvər oğlu Qasımov çağdaş ədəbi simalarımız içərisində özünəməxsus mövqeyə sahibdir. Onun klassik Azərbaycan ədəbiyyatının tədqiqi və görkəmli ədəbi simaların həyatını yaradıcılıq çalarlarına yeni nəfəs gətirmək istedadı elmi-ədəbi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Professor Himalay Qasımov eyni zamanda klassiklərimizlə yanaşı XIXI-XX əsr və müasir Azərbaycan ədəbiyyatının tarixi dövrlərinə işıq salmaqla ədəbiyyatşünaslığımıza xidmət etdiyinin isbatıdır.

Ömrünü ancaq Azərbaycan ədəbi-yaradıcılıq yoluna həsr etmiş görkəmli alimimiz həm də rəhbərlik etdiyi ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında böyük ağsaqqal simasında dərin hörmət və izzətə layiqdir. ADPU-nun elmi yaradıcı kollektivi tərəfindən hər zaman Himalay Qasımov böyük şəxsiyyət, işıqlı alim kimi qiymətləndirilir.

Dəyərli alimin rəhbərlik etdiyi kafedrada Azərbaycan ədəbi cərəyanları, ədəbi proseslər, elmi araşdırmalar, publisistika, mülahizələr hər zaman yüksək qiymətləndirilir. Bir alim kimi Himalay Qasımov öz tədqiqatlarında Azərbaycan ədəbiyyatı, onun keçdiyi inkişaf yolları, ədəbiyyat tarixi, müxtəlif dövrlərin metod və yaradıcılıq üsul və üslubları zərgər dəqiqliyi ilə tədqiq edilib. Onun elmi proseslərdə göstərdiyi xidmətlər cəmiyyətimizin diqqət mərkəzindədir. Çünki, professor Himalay Qasımov təkcə alim deyil, eyni zamanda çox gözəl ailə başçısı, bir elin, nəslin, şəcərənin müdrik ağsaqqalıdır.

Müdrik el ağsaqqalı olan Himalay müəllim həm də savadlı alimlərin, aspirantların yetişdirməsində də əməyi əvəzsizdir. Bu gün onun yetirmələrindən olan onlarla alimlərimiz ədəbiyyatşünaslıqda öz sözlərini deyə bilirlər.

Mənalı ömrünü ancaq ədəbiyyatımıza həsr edən alim həm də yeni nəslin formalaşması, müasir gəncliyin sağlam, öz milli ədəbi köklərinə bağlı formada yetişməsi üçün də çalışır.

Elmdə, insanlıqda, ağsaqqallıqda böyük etolon hesab edilən professor Himalay Qasımov yüzlərlə elmi məqalələrin, monoqrafiyaların müəllifidir.

Onun “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyat nəzəriyyəsində mühazirələr”, “Bədiiliyin meyarı”, “Müasir Azərbaycan romanının qaynaqları”, “Azərbaycan şeirinin poetikası”, “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meyilləri”, “Şəhriyarın lirikası və etiqadı” və daha digər adlarını çəkmədiyimiz onlarla dərslik və proqramları Filologiya fakültələri üçün qiymətli incilərdir.

Dəyərli alimə elmi yaradıcılıq işlərində uğurlar, Azərbaycan ədəbi proseslərinə xidmət göstərəcək əhatəli araşdırmaların aparılmasında gördüyü şərəfli işdə ona möhkəm cansağlığı arzulayırıq. Alimlikdə, müəllimlikdə etolon olan professor Himalay müəllimin timsalında bütün ADPU-nun professor və müəllim heyətini 5 Oktyabr – Müəllimlər günü münasibəti ilə təbrik edirik.

Səkinə Bayramova,
filologiya üzrə fəlsəfə doktoru

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın