3:16 pm - Şənbə Yanvar 19, 9050

AZƏRBAYCAN TARİXİ FƏNNİNDƏN DƏRS NÜMUNƏSİ

Qönçə Cəfərova,  44 nömrəli məktəbin tarix müəllimi

Qönçə Cəfərova,
44 nömrəli məktəbin tarix müəllimi

Fənn: Azərbaycan tarixi.

Mövzu: “Azərbaycan ərazisində ən qədim insan məskəni Qarabağdadır”.

Standart: 1.2.1; 1.2.2; 2.1.2.

1.Tarixi zaman.

1.2.Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir.

1.2.2. İllüstrasiyalar əsasında sadə tədqiqatlar aparır.

2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini müəyyənləşdirir.

Mənbələr üzərində tədqiqat bacarıqları – deklorativ bilik nümayiş etdirir (ünsiyyət fəaliyyətinə aiddir).

Dövrün öyrənilməsində maddi mənbələr – deklorativ bilik rolunu izah edir (fəaliyyətin idrak növünə aiddir).

İllüstrasiyalar əsasında – deklorativ bilik.

Sadə tədqiqatlar aparır – fəaliyyət idrakı.

Məqsəd:

1. Azərbaycanın qədim dövrünün öyrənilməsində maddi mənbələrin rolunu izah edir:

2. Müxtəlif materiallar əsasında Azərbaycanın Daş dövrünə aid tədqiqatlar aparır.

3. Azərbaycanın Daş dövrünə aid abidələri xəritədə müəyyən edir.

Təlim forması: qruplarla iş, kollektiv iş.

Şəkil

Şəkil

Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif bir yerdə həll etməyi, həm də:

Şəkil

Şəkil

a) hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;

b) hər bir uşağa öz fikrini söyləmək və başqalarını dinləmək imkanı verir.

c) şagirdlərə problemin həllində müxtəlif baxışların, yanaşma və metodların mövcudluğunu göstərir.

Təlim üsulu: beyin həmləsi, müzakirə.

Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır.

Şagirdlər suallara əsasən fikirlərini bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır.

Bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır.

İnteqrasiya: Ü-t.3.1.2;2.1.2;Ə.1.1.4; Az-d.3.1.2; C.3.1.2.

Ü-t-3.1.2. Dövlət.

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir.

2. Tarixi məkan.

2.1. Tarixi hadisə, proses və təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.

Ədəbiyyat-1.1.4

1. Ədəbiyyat və həyat həqiqətləri.

1.1. Bədii əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.4. Bədii əsərlərin janr xüsusiyyətlərini müəyyənləşdirir.

C. 3.1.2. Cəmiyyət

3. Dünya əhalisi.

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.

Azərbaycan dili-3.1.2

3. Yazı.

3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.

Resurslar: xəritə, iş vərəqləri, dərslik.

Motivasiya: İllüstrasiyalar haqqında nə deyə bilərsiniz?

Onlar qədim insanlar haqqında, onların həyatı haqqında bizə nə söyləyir?

Tədqiqat sualı: Daş dövrünün öyrənilməsində Qarabağ abidələrinin əhəmiyyəti nədən ibarətdir?

I qrup: Azıx mağarasında tapılan maddi mənbələr haqqında bildiklərinizi yazın.

Şəkil

Şəkil

II qrup: İlk insan birliyi nece yaranmışdır? Bu barədə fikirlərinizi yazın.

Şəkil

Şəkil

III qrup: Odun qədim insanların həyatındakı rolunu əsaslandıraraq yazın.

Şəkil

Şəkil

IV qrup: “Qədim insan izləri Qarabağdadır” fikrini əsaslandıraraq yazın.

Şəkil

Şəkil

Məlumatın mübadiləsi: Qruplar cavabları hazırlayır, təqdim edir, dinlənilir.

Məlumatın müzakirəsi: Cavablara münasibət bildirilir, əlavələr edilir və qiymətləndirmə aparılır.

Nəticə və ümumiləşdirmə: Şagirdlər üçün bir daha aydın olur ki, qədim Qarabağın təbii-coğrafi şəraiti – Quruçay sahilindəki sıx meşələr, vəhşi heyvanlar, münbit torpaq, əmək aləti hazırlamaq üçün Quruçaydan seçilən çay daşları, mülayim iqlim, soyuqlar düşdükdə isə Quruçay dərələrinin üzərində olan təbii dağ mağarası qədim insanların burada məskən salmasına səbəb olmuşdur.

Yaradıcı tətbiqetmə: Qədim insan məskənlərini təsvir edin (rəsmlə,yaxud sözlə).

Ev tapşırığı:

1. Azərbaycan xəritəsində Alt Paleolit düşərgələrinin yerləşdiyi məkanları izah edin.

2. “Azərbaycan-Qarabağ ən qədim insanların ilk məskəni olmuşdur” adlı esse yazın.

Qiymətləndirmə: Bu mərhələ meyarlara əsasən qiymətləndirilir.

Qiymətləndirmə meyarları:

1) Maddi mənbələrin rolunu izahetmə;
2) Tədqiqataparma;
3) Müəyyənetmə.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Hələ şərh yoxdur

Şərh yazın