3:16 pm - Bazar ertəsi Yanvar 19, 9103

Voleybol yarışına yekun vurulub

“Naxçıvan” Universitetində “Zərərli vərdişlərə “yox” deyək, hər zaman sağlam olaq” devizi altında fakültələr arasında voleybol yarışı keçirilib.

Dairəvi üsulla keçirilən və üç gün davam edən yarışın nəticələrinə əsasən İdarəetmə fakültəsinin voleybolçuları birinci yerə layiq görülmüş, Pedaqoji fakültənin voleybolçuları ikinci, Xarici dillər fakültəsinin voleybolçuları isə üçüncü yerin sahibi olmuşlar.

Sonda qalib komandaya kubok, oyunçulara isə qiymətli hədiyyələr və fəxri fərman təqdim edilmişdir.

Nuray CƏFƏROVA,
“Naxçıvan” Universitetinin əməkdaşı

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın