3:16 pm - Şənbə Yanvar 19, 9033

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ GÖRÜŞ

Şəkil

Şəkil

Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsində təşkil olunan görüşdə tədris işləri üzrə prorektor, dosent Seyid Surə qonağı salamlayaraq ali təhsil ocağında fəaliyyət göstərən fakültə və ixtisaslar haqda məlumat verib. Universitetin yenicə qeyd etdiyi 50 illik yubileyindən danışan prorektor ali təhsil ocağının elm-təhsil sahəsindəki uğurlarından, beynəlxalq əlaqələrindən, o cümlədən xarici universitetlər ilə həyata keçirdiyi layihələrindən bəhs edib. NDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqlarından Babeş Bolyai universiteti ilə uğurlu əlaqələrindən bəhs edən prorektor əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Şəkil

Şəkil

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir hal-hazırda Rumıniya universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsinə dəstək olacağını qeyd edib. Universitetdə təhsil və elmin inkişafı üçün qabaqcıl texnologiyanın tətbiq edildiyini qeyd edən səfir, müəllim-tələbə heyəti üçün münbit şəraitin yaradıldığını da bildirib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən diplomat bunun üçün universitetdə çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Səfir Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ilk ölkə kimi öz ölkəsinin adını qeyd edib. Rumıniyanın Babeş Bolyai Universitetində bir il doktorantura təhsil alan Kamran Vəlizadənin Rumıniya ilə bağlı təəssüratları dinlənilib. Öz ölkəsi haqqında ümumi məlumatı çatdıran səfir sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

Səadət ƏLİYEVA,
Naxçıvan Dövlət Universitetinin müəllimi

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın