3:16 pm - Bazar Yanvar 19, 9068

MÜHARİBƏ Veteranları və şagirdlər təltif olundu

Şəkil

Şəkil

Qarabağda şəhid olmuş igidlərimizə həsr olunmuş divar qəzetləri, plakatlar, əl işləri və s. şagirdlərin vətənpərvərlik ruhunda böyüməsindən, bilik və bacarıqlarından xəbər verir. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 94 nömrəli tam orta məktəbdə noyabrın 30-da keçirilən “Qarabağ çağırır bizi” tədbirinə dəvət edilmiş qonaqlar zalda öz yerlərini tutduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Hicran İsmayılova Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, İctimai-siyasi və humanitar şöbənin müdiri Ədalət Teymurov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri, Prezident yanında Əfv Komissiyasının üzvü, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Bayrağı ordenli, polkovnik Mehdi Mehdiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Sabunçu Rayon İdarəsinin rəis müavini polkovnik-leytenant Hüseyn Quliyev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rus İcması Sabunçu rayon təşkilatının sədri Pankina Lyubov Semkayevna və digər qonaqları təqdim etdi. Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Şəmsəddin Vəliyev qısa açıqlama verdikdən sonra hərbi-vətənpərvərlik mövzusunda videoçarx izlənildi.

Şəkil

Şəkil

Şagirdlər “Qarabağ çağırır bizi” ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Aparıcılar söylədilər:

– Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə, zalım düşmənlərin zorakılığına, amansız hücumlarına məruz qalıb. Lakin yenilməz qüvvə ilə ayağa durmağı bacaran xalqımız amansız hücumlara sinə gərib, öz milli mənliyini qoruyub saxlayıb. XX əsrin sonu Azərbaycan xalqı üçün faciəli anlar gətirdi. Məkirli düşmənlərimiz, ermənilər gözəlliklər diyarı Qarabağı xaincəsinə zəbt edə bildi. İndi torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər kimi gözəl rayonlarımız düşmənin əlindədir. Qarabağ uğrunda gedən döyüşlərdə xalqımız çox şəhid verib. Igid, cəngavər oğullarımız, qeyrətli qızlarımız vətən uğrunda qəhrəmancasına həlak olublar.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə müharibənin sülh yolu ilə həll edilməsi, torpaqlarımızın geri alınmasının strateji forması planlaşdırıldı. 1994-cü ildə rəsmi olaraq atəşkəs elan olundu. Lakin buna baxmayaraq mənfur ermənilər hələ də atəşkəsi pozur, istədikləri məqsədə tam nail olmağa çalışırlar. 2016-cı ilin aprel ayında növbəti dəfə ermənilər tərəfindən pozulan atəşkəs zamanı xalqımız, ordumuz torpaqlarımızın bir qismini – Lələtəpə və onun ətrafını geri qaytarmağı bacardı və sübut etdi ki, digər ərazilərimizi də geri qaytarmağa qadirdir. Gün gələcək, şanlı ordumuz şəhidlərimizin ruhu dolaşan dağlarda zəfər bayrağı sancacaq! Ulu Qarabağ torpağı bizi çağırır! Yad əllərdə olan torpaqlarımız bizi intiqama səsləyir!

Şagirdlər “Torpağın səsi”, “Cənab leytenant”, “İgid əsgər möhkəm dayan”, “Azərbaycan” və digər mahnıları, “Sən qalib gələcəksən”, “Vətən oğluna” və başqa şeirləri ifa etdilər. 6e sinfinin şagirdləri isə müəllimləri, sinif rəhbəri Günarə Əliyevanın şeirlərini söylədilər.

Tərbiyə işləri üzrə direktorun müavini Hicran İsmayılova bildirdi ki, bu gün Qarabağ müharibəsi iştirakçıları bizimlə çiyin-çiyinə müxtəlif sahələrdə əzmlə çalışırlar. Məhz elə buna görə də Sabunçu Rayon İcra Hakimiyyəti bir qrup Qarabağ müharibəsi veteranının ra-yonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edib.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək xoş arzularını bildirdi və Fəxri Fərmanları veteranlara təqdim etdi.

Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri, Prezident yanında əfv komissiyasının üzvü, Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, Azərbaycan Bayrağı ordenli polkovnik Mehdi Mehdiyev də tədbir iştirakçılarını vətənpərvərliyə səsləyən çıxışının sonunda qeyd etdi ki, İctimai Birlik bir qrup veteranı “Vətən naminə” medalına layiq görüb. O, medalları sahiblərinə təqdim etdikdən sonra İctimai birliyin Sabunçu rayon təşkilatının sədri Zülfiqar Cəfərov çıxış edərək bu təltifdən qürur duyduqlarını bildirdi, müəllim və şagirdlərə işlərində, təhsildə uğurlar arzuladı. Şagirdlərə də fəxri fərmanlar təqdim olundu.

Sonda Hicran İsmayılova məktəbin rəhbərliyi adından qonaqlara təşəkkür etdi. Müəllim və şagirdlər qonaqlar və müharibə veteranları ilə birlikdə xeyli xatirə şəkilləri çəkdirdilər.

Əşrəf Hümmətov,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın