3:16 pm - Cümə Yanvar 19, 9010

HÜSEYN CAVİDİN 135 İLLİYİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QEYD OLUNUB

Naxçıvan Dövlət Universitetində Tarix-filologiya fakültəsinin Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin

NDU

NDU

rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, böyük sənətkar Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi, qüdrətli sənətkar-pedaqoq olub. Vurğulanıb ki, 37-ci illərin repressiyasına məruz qalan şairin nəşinin Ümummilli Liderin şəxsi təşəbbüsü ilə hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir. Rektor Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamını ədəbiyyatımıza göstərilən yüksək diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

NDU

NDU

“Hüseyn Cavid lirikası” adlı çıxışında filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli tək bir beyti – “Mənim Tanrım gözəllikdir, sevgidir” -deyən Cavidin Tanrıya, həyata və insana ülvi məhəbbətin ən yüksək məna qatından nəzər yetirdiyinin göstəricisi kimi dəyərləndirib. “Həqiqət istərəm, yalnız həqiqət”, – deyən bütün ömrü boyu çarpışan, yazıb-yaradan şairin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir.

“Hüseyn Cavid dramaturgiyası” adlı çıxışında filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov diqqətə çatdırıb ki, ilk mənzum faciənin yaradıcısı olan Hüseyn Cavid dramaturgiyası XX əsr Azərbaycan romantizminin ən səviyyəli nümunəsi olmaqla yanaşı, vahid dünya romantizminin əlamətlərinə də malikdir. Vurğulanıb ki, ədibin dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır. O, milli poetik teatrın banisi sayılır.

Sonda fakültənin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbələri şairin şeirlərindən ibarət bədii qiraət ediblər.

Səadət ƏLİYEVA,
NDU-nun Mətbuat şöbəsinin müdiri

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın