4:28 pm - Çərşənbə İyul 26, 2017

Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk qərar 1918-ci il iyunun 21-də verilmişdir. Həmin qərara əsasən Azərbaycan bayrağı hazırlanmış, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmişdir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul edilmişdir. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Hacıqabul

Hacıqabul

Bayraq 2-ci dəfə 1990-ci il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Milli Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağının Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Qeyd etmək lazımdır ki,bunlar ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Milli Məslisinə rəhbərlik etdiyi vaxtda həyata keçirilmişdir.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycan dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Dövlət Bayrağımız qanımızı rənginə qatdığımız , xalqımızın parlayan ulduzu, göylərin bəyaz və qızıl bəzəyidir. O, şəhidlərimizin qanı, sülhün göyərçini, hərbin qartalıdır. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir.

Uğrunda canlarını sevə-sevə fəda edən şanlı ata-babalarımızın, qəhrəmanlıqlarını, azadlıq və müstəqilliklərini itirməmək üçün apardıqları böyük mübarizəni xatırladan dastanımızdır.

Xalqımız uzun illərin sınağından çıxaraq yenidən öz bayrağına qovuşdu, onu enməyə qoymadı, çünki o, bizim mənliyimiz, namusumuz və şərəfimizdir.

Köksümüzü qalxan kimi sipər edib ona yönələn hər çür təcavüzün qarşısını almaq hər birimizin şərəf və namus işidir. İlk dəfə 1918-ci il noyabrın 9-da qəbul edilən Azərbaycan Dövlət bayrağı, 1991-ci il fevralın 5-də bir daha öz rəsmi statusuna qovuşaraq ölkəmizin səmasında dalğalanmağa başladı. Bayraq müstəqillik arzusu, azadlıq eşqidir. Şəhidlərin büründüyü kəfəni, qaliblərin göylərə qaldırdığı zəfər sevincidir. Ölkə Prezidentinin sərəncami ilə 2010-cu il sentyabrın 1-də paytaxtın ən mənzərəli yerlərindən birində ” Bayraq Meydanı “nın inşası və dünyanın ən hündür sütununda üçrəngli bayrağımız dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə “Bayraq Günü” kimi qeyd olunur. Hər il ölkə ictimaiyyəti üçrəngli bayrağımızın verdiyi qüruru, sevinci bayram ovqatında yaşadır.

Buna görə biz də bayrağımıza böyük əhəmiyyət verir, ona hörmət edir, onu daima uca tuturuq. Bayraq millətin özünütəsdiq simvoludur və bayraqsız xalq sadəcə mövcud deyildir. Bir millətin bayrağı hara sancılarsa, o yerin, o torpağın sahibinin kimliyini xarakterizə edir. Bayraq-millətin evidir,varlığıdır, zəfəridir və nəhayət, taleyidir. Bayraq- həmişə millətin qürur, güvənc yeri, mövcudluğunun həlqəsi sayılıb. Bayraq -insanların ruhunun, imkanlarının göstəricisidir.

Bayraq millətin ətrafına çəkilən halədir. Ona görə bayraq üçün gözüyumulu ölümə gedirik. Ona görə bayrağı heç nə ilə müqayisəolunmaz dərəcədə çox sevirik. Axı bayraq həm də insanların özünə sevgisinin görünən tərəfidir. Dövlət bayrağı dövlətin suverenliyinin simvoludur. Bayraq bizim mübarizlik simvolumuzdur.

Azərbaycan Bayrağı həm də dövlətimizin mənəvi siyasi pasportu, dünyaya vizit vərəqəsidir. Üçrəngli baryağımız xalqımızın azadlıq və istiqlal ideallarının ,milli varlığımızın,qədim və cağdaş mədəniyyətə sahib olmasının təcəssümüdür.

9 noyabr “Bayraq Günü” nə həsr olunmuş tədbir Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə də geniş formada qeyd edildi. Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, eləcə də şəhər məktəblərinin müəllim və şagird kollektivləri iştirak etdilər. Tədbir şagirdlərin iştirakı ilə hazırlanmışdı. Şagirdlər tədbiri ölkə prezidenti cənab İlham Əliyevin sözləri ilə bitirdilər – “Bayraq bizim milli dəyərimizdir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bizim bayrağımız bizim canımızdır, ürəyimizdir”. Sonda Ş.Məmmədov şagirdləri təbrik etdi və öz təşəkkürünü bildirdi.

Fariz Ağayev,
Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər
təmayüllü məktəb-liseyin tarix müəllimi

Filed in: MƏKTUBLAR, TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın