7:51 pm - Bazar Noyabr 19, 2017

İşğalçı Ermənistan dünyanın qınaq hədəfində

Bizim ən əsas vəzifəmiz işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin düşmüş soydaşlarımızı, bacılarımızı qardaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır.

Heydər Əliyev

XX əsrin bir çox elan olunmamış müharibələri və onun törətdiyi ağılasığmaz faciələri bəşər tarixinin yaddaşında silinməz izlər qoydu. Bu qırğınların, qətliamların qurbanları əsasən qocalar, əlillər, xəstələr və körpə uşaqlar oldular. Əsrin müharibə faciəsi doğma yurdumuz, Azərbaycandan da yan keçmədi. Erməni qəsbkarlarının Dağlıq Qarabağda törətmiş olduqları Xocalı soyqırımı bəşər tarixinə qanlı hərflərlə yazıldı.

Azərbaycan xalqının qan yaddaşı sirlərlə dolu tarixi bir kitabdır. Onun səhifələrinə minlərlə acılı-şirinli xatirələr yazılıb. Bu qanlı səhifələrə nəzər saldıqda görürük ki, bütün bu hadisələrin hər biri zaman-zaman ermənilər tərəfindən törədilmiş və ya bütün bunların başında erməni lobbisi dayanmışdır. Bəli, doğma vətənimiz çox faciələrlə üzləşib. Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı siyasətinin dərin tarixi kökləri vardır. Qeyd etmək lazımdır ki, erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım və təcavüz siyasəti iki yüz ildən artıq bir dövrü əhatə edir.

“Böyük Ermənistan” və “Dənizdən dənizə dövlət” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci ildə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki Ermənistanın ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini üzə çıxarmışlar. 1918 ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Daşnak lideri Andranik Ozanyanın Zəngəzur mahalında törətdiyi vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Lalayanın Şirvanda törətdiyi soyqırımın ağır nətiçələri sözlə ifadə edilməyəcək qədər çox ağır idi. Amazapsın Şimal bölgəsində tüğyan edən erməni quldur dəstəsi, günahsız insanları qılıncdan keçirərək körpələrə amansızcasına işgəncə verib onları diri-diri torpağa basdırmışdır. 1988-ci ildə erməni terroristləri tərəfindən Azərbaycanın “İl-76” təyyarəsi vuruldu. 1990-cı ildə “Qanlı Yanvar” hadisəsi baş verdi. 1991-ci ildə Sülhməramlı dövlət nümayəndələrinin olduğu vertalyot yenə də ermənilər tərəfindən vuruldu. Azərbaycanlılar yaşayan kəndlərdə erməni silahlı qüvvlərinin törətdikləri faciələr, terror və kütləvi qirğınlar ildən-ilə daha da kəskinləşdi. 1988-ci ildə azərbaycanlıların Ermənistandan, öz dədə-baba torpaqlarından depportasiyası başladı.

1988-ci ilin yanvar ayında SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSRİ-də yaşayan azərbaycanlılara ağır və dözülməz işğəncələr verərək, tarixi torpaqlarından deportasiyasına başlayırlar. Ermənistandan ilk qovulan azərbaycanlılar 1988-ci il yanvarın 25-də doğma vətənimizə gəldi. Fevralın 19-dan etibarən İrəvanda ermənilərin kütləvi mitinqi başladı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistan yalnız ermənilər üçündür,” kimi şüarları səslənirdi. Ermənistanın ən münbit torpağı olan rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlıları ordan qovub çıxardılar.

Erməni lobbisi Dağlıq Qarabağı əldə etmək üçün xüsusi proqram, “Sumqayıt qırğınları” hadisəsini təşkil etdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən XX əsrin ən dəhşətli, insanlığa sığmayan Xocalı faciəsi törədildi.

XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

1988-ci ildən başlayan Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcədə ona bitişik olan 7 inzibati rayonu işğal olunmuşdur.

Ermənilər 1992-ci il may ayının 8-də Qarabağın tacı sayılan Şuşa (ərazisi 290 km2 ) rayonunu işğal etdilər. Həmin ayın 18-də isə Laçın (ərazisi 1835 km2) rayonu işğala məruz qaldı.

1992-ci il sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər.

Dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Zəngilan rayonunun 8 kəndini işğal etdi. 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu (ərazisi 1936 km2) işğal olundu.

Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonunun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağlı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazisinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.

1993-cü il İyul ayının 23-də erməni hərbi birləşmələri Ağdam (ərazisi1094 km2, -846,8 km2 erməni işğalındadır) rayonunu işğal etdilər.

İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalcı qüvvələrin qeyri-şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasınıın sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi.

BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, 1993-cü il avqustun 23-də Fizuli (ərazisi1386km2, -836 km2 erməni işğalındadır) rayonu işğal olundu.

Həmin ayın 26-da Cəbrayıl (ərazisi 1049,8 km2) rayonu işğal edildi, ayın 31-də isə Qubadlı (ərazisi 826 km2) rayonu Erməni silahlı qüvvələri tərəfindən işğal olundu.

Oktyabr ayının 14-də BMT-nin Təhlükəsizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən 874 saylı Qətnamə qəbul etdi.

Oktyabr ayının 29-u Zəngilan (707 km2) rayonu işğal edildi.

Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti 884 saylı Qətnaməsi qəbul edildi.

1994 cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müdafiəsi Təşkilat üzv Dövlət və Hökumət başçıları ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbayçan, Gürcüstan və Ermənistan suverenliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul etdi.

Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti ifadə edən təşkilatların Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu.

1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalandı. Rusiya, Fransa və ABŞ kimi böyük dövlətlərin həmsədirlik etdiyi ATƏT-in Minsk qrupunun və siyasətçiliyi altında başlanılan sülh danışıqları hələdə uğursuz şəkildə davam etdirilir. Azərbaycan ərazisinin qeyri-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə Ermənistan tərəfindən icra edilməmiş olaraq qalır.

Göründüyü kimi, genasid ermənilər üçün mühüm Bəyannamələrin, qəbul olunan Qətnamələrin, əldə edilən razılaşmaların, heç bir dövlət əhəmiyyəti yoxdur.

Bütün beynəlxalq hüquqi normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Özlərinin məkrli niyyətlərini planlı şəkildə həyata keçirməyə çalışan erməni millətçiləri zəbt etdikləri bölgələrin adlarını dəyişərək saxtalaşdırırlar.

Tarixə qısa nəzər saldıqda görürük ki, SSRİ-nin ali rəhbərliyi Azərbaycan torpaqlarını zaman-zaman ermənilərə pay vermişdir.

1918-ci il mayın 29-da (Milli Şura) rus imperiyasının və böyük dövlətlərin təzyiqi nəticəsində Azərbaycanın İrəvan şəhəri, 1920-ci il dekabrın 1-də Moskva rəhbərliyinin qərarı ilə Azərbaycanın Zəngəzur mahalının böyük bir hissəsi Ermənistana verildi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağa Muxtar Vilayət statusu verildi. 1923-cü il sentyabrın 18-də Xankəndinin adı dəyişdirilərək “Stepanakert” adlandırıldı. 1929-cu il fevralın 18-də Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv km ərazi, Qurd-bulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qazsevən, Kilid və digər kəndlər həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verildi. 1930-cu ildə Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistana birləşdirilərək bu ərazi üstə Mehri rayonu yaradıldı. 1938-ci ildə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verildi. 1947-53-cü illərdə Ermənistanda yaşayan 150 min nəfərdən artıq azərbaycanlı SSRİ-nin rəhbərliyinin qərarı ilə toplum şəkildə Azərbaycana köçürüldü. 1969-cu ildə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazisinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin Kəlbəcər rayonunun Zod qızıl yatağının bir hissələri, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, kəndlərinin ərazisinin bir hissəsi, 1986-cı ildə həmin rayonun 2500 hektar ərazisi Ermənistana verildi.

Təəssüf ki, tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı ermənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar. Zəbt edilmiş torpaqlarımızın hər qarışının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin dünyaya bir daha sübutudur.

Xalqımızın xilaskarı və Ümummilli Liderimiz Heydər Əliyev qaçqınların və məcburi köckünlərin sosial problemlərinin yaxşılaşdırması ilə bağlı sərəncam və fərman imzalamışdır. Onlara hər cür şərait yaratmış. Doğma torpaqlarına qayıtmaqları üçün sülh danışıqlarına getmişdir.

Bu gün Ulu öndərimizin layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, atasının yolunu şərəflə davam etdirir. Cənab prezidentimiz deyir: “Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır”.

Son 10 ildə Prezidentin sərəncamı ilə respublikamızda özünü qabarıq şəkildə göstərən dinamik inkişaf prosesi, əhalinin rahatlığına yönəlmiş genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Bu inkişaf məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına da öz müsbət təsirini göstərməkdədir. Binaların, məktəblərin tikilməsi, yeni tipli qəsəbələrin salınması, yolların abadlaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması, ölkəmizdəki əmin-amanlıq, sabitlik göstərilən diqqət və qayğının əyani təsdiqidir.

Ölkəmizdə əldə olunan iqtisadi nailiyyətlər və ordu quruculuğunda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində torpaqlarımız işğaldan azad ediləcəkdir.

Qeyd: Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Fənarə Laçınlı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın