2:20 pm - Cümə İyun 23, 2017

Təbrik edirik

ANA

ANA

Ana! Bu müqəddəs adın qarşısında hər kəs səcdə etməyə həmişə hazır olub. Adına neçə-neçə şairlər şeirlər yazıb, bəstəkarlar nəğmələr bəstələyib. Hər kəs öz bacardığı kimi sənin borcundan çıxmağa çalışıb. Adın Ana Vətənlə daim qoşa çəkilib. Vətənimizə də Ana vətən demişik. O da sənin kimi bizi öz isti qoynunda böyüdüb, həyata hazırlayıbdır. Ana… Heç kəsin qəlbi, ürəyi sənin kimi narahatlıqla bizdən ötrü döyünməyib. Uğurlarımıza hər kəsdən tez sevinən sən olmusan. Övladının xoş gününü görəndə sevincin dağ boyda olub. Ən uca zirvələrə yüksəlib. Bu gün sənin ünvanına nə söyləsəm azdır. Bacarsam ən gözəl sözlərdən sənin üçün “çələng” toxuyaram. Dünyanın ən gözəl musiqisini sənə ünvanlayaram…

Anam Məşədi Südabə xanım analar anasıdır. O 1950-ci ildə dekabrın 22-də Salyan rayonunun Şorsulu kəndində dünyaya gəlib. Əsil Azərbaycan xanımına məxsus bütün keyfiyyətləri özündə birləşirən Südabə xanım gözəl ailə başçısı, qayğıkeş ana kimi çoxlarına örnək olub. Südabə xanım həyat yoldaşı Əfsər bəylə çiyin-çiyinə altı övlad -2 oğul, 4 qız böyüdüb, onların hər birinə ali təhsil verib. Bu gün 12 nəvə sahibi olan el anası Südabə xanım tərbiyə etdiyi uşaqlarından razıdır.

Övladları da öz növbəsində onun zəhmətini yerə vurmayıb, nəsillərinə layiq insan kimi etimadlarını doğruldub.

Hərdən mənə elə gəlir ki, mənim anam fərqlidir. O başqa analardan həddindən artıq cəfakeşliyi, hər zaman narahat insan olmağı ilə seçilir. Biz bütün işlərimizi onun xeyir-duası ilə başlayırıq. Anam arxamız, dayağımızdır. Həyatda şəxsiyyət kimi formalaşmağımda, nüfuz, hörmət sahibi olmağımda onun tərbiyəsinin böyük rolu olmuşdur. Hər birimiz – Rövşən, Elşən, Nəzakət, Mahirə, Zeynəb, Kəmalə bu həyat səhnəsində layiqli ömür sürməyi anamızdan öyrənmişik. Bu gün aldığımız təhsil, tərbiyə, qazandığımız nailiyyətlərimizə görə özümüzü anamıza borclu hesab edirik. Məhz buna görə də ömrünün bu zirvəsində ona həyatda tanrıdan cansağlığı, sağlamlıq, gözəl günlər və hər zaman övladlarının xoş sorağını eşitməyi arzulayırıq.

Məhluqə Əzizova,
193 nömrəli orta məktəbin kimya müəllimi

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın