2:11 pm - Çərşənbə Sentyabr 23, 2026

Təhsilin inkişafı üzrə strategiya

Ədalət  Camalova, Abşeron rayonu, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru

Ədalət
Camalova,
Abşeron rayonu, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru

Ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” pedaqoji ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Sənəddə qeyd edilir: “Azərbaycan Respublikasında, keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur”. Hər bir təhsil işçisi pedaqoji fəaliyyətini strategiyada nəzərdə tutulan tədbirlərin tələblərinə uyğun qurmaq üçün ilk növbədə səriştəlilik menecerlik bacarığına yiyələnməli və eyni zamanda qabaqcıl texnologiyalara əsaslanan infrastrukturda təmsil olmaq üçün intellekt səviyyəsini artırmalıdır.

Birinci strateji istiqaməti özündə ehtiva edən səriştəyönümlü təhsil məzmunun yaradılmasının bütün pillələr üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə etməsi, müəllimlərin bu sahədə hazırlığını zəruri edir. Açıq etiraf etməliyik ki, son illər yeni kurikulum üzrə təlimin keçirilməsində tətbiq olunan texnologiyalar müəllimlərin səriştəlilik bacarıqlarının artmasına səbəb olmuşdur. Kurikulumun tətbiqini fəal təlim texnologiyaları ilə reallaşdıran müəllim düzgün bələdçilik etdikcə şagird proqram çərçivəsində bilik və bacarıqları müstəqil mənimsəyir, tətbiq edir, yadda saxlayır.

XXI əsrdə İKT-nin çox böyük sürətlə inkişafı məktəb qarşısında, cəmiyyətdə yaranan rəqabətə davamlı olan nəsil yetişdirmək tələbi qoyur. Bu səbəbdən psixopedaqoji cəmiyyət anlayışına geniş yer verilir. Burada konstruktiv təlim – yəni pedaqoji prosesdə ağıla önəm verilməsi tələb olunur.

Çox təəssüflə qeyd olunmalıdır ki, müəllimlər tədris etdikləri fənnin şagird şəxsiyyətinin ağıllılıq dərəcəsini sərtləndirən onun gördüyü işdə, işin keyfiyyətində və nəticəsində nə kimi rol oynadığını diqqətdə saxlamırlar. Tədris materialının yaddaşda qorunması lazım gəldikdə yenidən yada salmaq kimi təlim tapşırıqları verməklə kifayətlənən müəllimlərimiz şagirdləri zamanın tələblərinə uyğun yetişdirməlidirlər. Yəni şagird məktəbini – təfəkkür məktəbinə çevirməlidirlər. Bu işdə dünya təcrübəsinə istinad edən tədqiqatçılar aktiv, interaktiv və konstruktiv təlimlərin meyarlarını düzgün dərk edərək tətbiqini vacib sayırlar. Dünya təhsil sisteminə inteqrasiyada internetin yaratdığı imkanlardan müəllim yaradıcılıqla faydalanmalıdır. İnternet materialları müəllimin informal təhsil səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynayır. İnternet informasiyasına əsaslanan amerikalı araşdırıcısının aktiv, interaktiv, konstruktiv təlimlərin xüsusiyyətləri ilə bağlı gəldiyi nəticənin müəllimlərin səriştəliliyində əhəmiyyət daşıdığını nəzərə alaraq diqqətə çatdırmağı məqsədəuyğun sayırıq:

* Aktiv təlim – şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır, uyğunluğu tapır.

* İnteraktiv təlim – təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır, fikir mübadiləsi aparılır, yeni fikir yaradılır, işlərin düzgün bölünməsi aparılır, məsuliyyət hissi yaradır.

* Konstruktiv təlim – şagird öz yaradıcı fəaliyyəti ilə – proqramm çərçivəsindən kənara çıxır, yeni perspektivlər görür, öz biliklərindən çıxış edərək yeni bilik yaradır, qarşılıqlı dioloji əlaqədə biliklrini genişləndirib möhkəmləndirir, biliklərini bərpa edir, səhvlərini düzəldir, biliklər arasında məntiqi əlaqələr yaradır, müzakirədə yaranan biliyin quruluşuna, uyğunlaşmış biliyini yaradır, sosial bilik və vərdişlər aşılanır.

Aparılan müqayisədən aydın olur ki, konstruktiv təlim özündə fəal və interaktiv təlimlərin verdiyi nəticələrlə yanaşı, eyni zamanda şagirdin özü-öz biliyinin qurucusuna çevrilməsini təmin edir.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini şərtləndirən innovativ təlim metodlarını tətbiq edən səriştəli müəllimlərin peşəkarlığının yüksəldilməsini vacib sayır. Təhsildə aparılan islahatlar tədris planları, təlim texnologiyaları, İKT-dən istifadə, qiymətləndirmənin yeni meyarları, elektron məktəb layihələri və bir çox məsələlərin tətbiqi innovasiya kimi dəyərləndirməlidir.

İnkişafetdirici fənlərarası təlim proqramın tələblərinə uyğun olaraq ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlər baxımından qazanılan təcrübələrdən faydalanmalıyıq. Bakı Avropa liseyinin 1993-cü ildən reallaşdırdığı fənlərarası təlim proqramı maraq doğurur. Bu proqramın əsas məqsədi istedadlı uşaqların xüsusi idrak tələbatlarının ödənilməsi, yaradıcı potensialının və intellektual səviyyələrinin və intellektual səviyyələrinin və digər keyfiyyətlərlə bağlı bacarıq və vərdişlər formalaşdırmaqdır.

Proqramın quruluşu ilə əlaqədar verilən məlumatdan aydın olur ki, hər bir tədris üçün bir qlobal fəlsəfi mövzunun ayrılaraq birinci sinifdən, doqquzuncu sinfədək aşağıdakı mövzular öyrənilir: struktur, dəyişmə, təsir, qayda, varislik, sistem,qüvvə, adaptasiya, qarşılıqlı əlaqələr.

Azərbaycan Respublikası Təhsil Şurasının hesabat yığıncağında Təhsil naziri Mikayıl Cabbarov qeyd etmişdir ki, təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini mənimsəmiş Azərbaycan vətəndaşını formalaşdırmalı, qloballaşan və müasir dünyada rəqabətə davamlı, peşəkar kompetensiyalara və biliklərə malik olan bir insan yetişdirməlidir.

İndi məktəbin qarşısında duran əsas vəzifə insan şəxsiyyətinin formalaşdırmasıdır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi, onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə ölkənin intellektual potensialı da möhkəmlənir”. Bu müdrik ideya təhsilin inkişaf strateji istiqamətlərinin hədəflərinin düzgün müəyyənləşdirməyə xidmət edir.

Təhsildə nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, ömürboyu təhsilin təmin edilməsi, iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulması strategiyanın uğurlu istiqamətlərindəndir. Bu sahədə səmərəli fəaliyyətin təminatında təhsil menecerlərinin hazırlanmasına geniş ehtiyac vardır. “Menecer” ingilis sözü olub muzdlu idarəçi, menecment üzrə mütəxəssis kimi qəbul edilir. Homerin dövründə Yunanlar ideal rəhbər üçün zəruri olan aşağıdakı keyfiyyətlərə üstünlük vermişlər:

* Nestorun müdrikliyi;

* Ağamemonun ədalətliyi;

* Odisseyin bicliyi;

* Axillesin enerjililiyi.

XXI əsrin əvvəllərində bir sıra alimlər müasir menecmentlə məxsus zəruri keyfiyyətləri müəyyənləşdirmişlər:

* Fiziki aktivlik – enerjilik, sağlamlıq, güclülük;

* Şəxsiyyət – uyğunlaşa bilmək, özünə inamlı olmaq, nüfuzluluq, müvəffəqiyyətə cəhd etmək;

* İntellektual ağıl – lazımi qərar qəbul etməyi bacarmaq, intuisiya, yaradıcılıq başlanğıc;

* Qabiliyyət – təmas qurmaq, asanlıqla ünsiyyət qurmaq bacarığı, diplomatik olmaq.

Mütləq səciyyə daşımayan bu fikirlər menecerin rəhbərliyinə tam təminat vermir. İdeal menecer müxtəlif məharəti özündə birləşdirən keyfiyyətlərə malik olmalıdır. Bura daxildir:

* Özünə bərabər olan insanlarla münasibətlər sistemi qurmaq və onu gözləmək qabiliyyəti;

* münaqişələri həll etmək, onların baş verə biləcəyi haqqında işçiləri xəbərdar etməyi bacarmaq;

* informasiyanı işləməyə və bunun əsasında təşkilatda kommunikasiya sistemini qurmağa, etibarlı informasiya almaq və onu effektli qiymətləndirməyə hazır olmaq;

* özünü təhlilə hazır olmaq təşkilatdakı rolunu və mövqeyini obyektiv qiymətləndirmək.

Təhsilin inkişafı üzrə strategiyanın qarşıya qoyduğu tələblər əsasında pedaqoji fəaliyyətin keyfiyyətcə yüksəldilməsinə kömək göstərməsinə əminlik edirik.

Filed in: ARAŞDIRMA

1 şərh var: to “Təhsilin inkişafı üzrə strategiya”

  1. 27 İyul 2014 at 21:45 #

    * Aktiv təlim – şagird öz təlim fəaliyyəti ilə proqram çərçivəsində bilikləri mənimsəyir, onu əks etdirir, yenidən tətbiq edir və yadda saxlayır, uyğunluğu tapır.

    * İnteraktiv təlim – təlim prosesində şagird və müəllimin qarşılıqlı təlim əlaqələri yaradılır, fikir mübadiləsi aparılır, yeni fikir yaradılır, işlərin düzgün bölünməsi aparılır, məsuliyyət hissi yaradır.

    * Konstruktiv təlim – şagird öz yaradıcı fəaliyyəti ilə – proqramm çərçivəsindən kənara çıxır, yeni perspektivlər görür, öz biliklərindən çıxış edərək yeni bilik yaradır, qarşılıqlı dioloji əlaqədə biliklrini genişləndirib möhkəmləndirir, biliklərini bərpa edir, səhvlərini düzəldir, biliklər arasında məntiqi əlaqələr yaradır, müzakirədə yaranan biliyin quruluşuna, uyğunlaşmış biliyini yaradır, sosial bilik və vərdişlər aşılanır.

    Aparılan müqayisədən aydın olur ki, konstruktiv təlim özündə fəal və interaktiv təlimlərin verdiyi nəticələrlə yanaşı, eyni zamanda şagirdin özü-öz biliyinin qurucusuna çevrilməsini təmin edir.

    Mənbələrə istinad etmək lazımdır ki plagiatlıq olmasın http://www.idrak-m.com/?p=4592

Şərh yazın