3:57 am - Bazar ertəsi May 29, 2017

Ümumi tarix fənn kurikulumunun məzmun standartlarının şərhi

 

 

VI sinif  
 

Tarixi zaman

 
 

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

 

Standart

Məzmun

Açar söz

1.1.1. Tarixdə il hesabından istifadə edir.

Tarixdə il hesabından istifadə edərək miladdan öncəni və miladımızı seçib ayıra bilir. Miladi, hicri təqvim, minillik, era, əsr, yüzillik, qərinə kimi anlayışlar izahını verir, onların özündə neçə ili birləşdirməsini bilir və hesabını aparır. Miladi təqvimin İsa peyğəmbərin doğumu ilə əlaqədar olaraq birinci il kimi götürülməsi. Hicri təqvimin İslam dünyasının peyğəmbəri Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə 622-ci ildə köç etməsi ilə başlamasını bilir və heablayır.

Miladi və hicri təqvim, era, əsr, qərinə, yüz illik, minillik, bizim era, bizim eradan əvvəl.

1.1.2. İbtidai icma cəmiyyəti və quldar dövlətlərin  meydana gəlməsi, inkişafı və tənəzzülü dövrlərini fərqləndirir. Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Hindistan, Parfiya, Yunanıstan və Romanın yaranma tarixi, onların inkişafı tarixində hansı mühüm hadisələrin baş verdiyini və bu hadisələrin zamanını müəyyən edir. Dövlətlərin tənəzzül tarixinin zamanını və fərqləndirir. Onların bizim eradan əvvəl yaranması, tənəzzülərinin bizim era daxilində baş verməsini, quldar münasibətlərin formalaşdığı minillik və əsrləri müəyyən edir və bu münasibətlərin dövlətlər tərəfindən möhkəmləndirilməsni tənəzzülə gətirən səbəbləri fərqləndiri. İbtidai icma, cəmiyyət, insan sürüsü, qəbilə, tayafa, inkişaf, tənəzzül, quldarlıq, qul, quldar.
1.1.3.Müxtəlif ölkələrdə baş vermiş mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir. Müxtəlif ölkələrdə baş vermiş mühüm hadisələri müəyyən edir, onların zaman ardıcıllıqını bilir, proses və təzahürləri xronoloji qaydada davam etməsini müəyyənləşdirərək birinin digərindən daha tez, ya da sonra baş verməsini müəyyən edir. Həmçinin xronoloji ardıcıllıq zamanı miladdan əvvəl və milladan sonrakı dövrdə baş verən hadisələrin düzgün ardıcıl düzülüşünü, zaman oxuna uyğun inkişaf etdirir. Xronologiya, təzahür, proses, zaman ardıcılığı, zaman oxu.

2. Tarixi məkan  
 

2.1. Tarixi hadisə, proses və təzahürlərin baş verdiyi təbii-coğrafi şəraitlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1. Ən qədim insan məskənlərinin, ilk sivilizasiyaların və dövlətlərin yaranmasını, inkişaf amillərini izah edir. Ən qədim insan məskənlərinin, mağaraların, yaşayış məskənlərinin yaranması, onların yaranma zərurətini, yerini müəyyən edərək onun coğrafi şəraitinin, iqliminin yaşayış üçün münasib olduğunu  və ilk sivilzasiyaların yarandığı məkanlar, dövlətlərin yarandığı məkanlar, onların inkişafına təsir göstərən amilləri barədə izah  verir Mağara, yaşayış məskənləri, sivilizasiya, inkişaf, məkan,
2.1.2. Təbii-coğrafi şəraiti əks etdirən xəritə əsasında hadisələrin baş verdiyi tarixi məkanı təsvir edir.  Təbii-coğrafi şəraiti əks etdirən xəritədə ilk insan məskənləri, bu məskənlərin inkşaf edərək qəbilə, tayfa, tayfa ittifaqı və həmçinin dövlətlərin yarandığı yeri müəyyən edərək onların hansı iqlim qurşağında, təbii-coğrafi məkanda yerləşməsini müəyynləşdirərək hadisələrin baş verdiyi tarixi məkanı  təsvir edir. Təbii  coğrafi şərait, təbii ehtiyatlar, təbii mağaralar.
 

3. Dövlət

 
 

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
3.1.1. Qədim dövlətlərin (Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma dövlətləri) yaranmasını, idarəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir.  Qədim dövlətlərin –  Misir, Şumer, Babil, Aşşur, İskit, Midiya, Əhəməni, Hun, Çin, Parfiya, Hindistan, Yunanıstan və Roma dövlətlərinin yaranmasını, onların mövcud olduğu dövrdə hansı quruluşun mövcud olması, dövləti idarə etmə formalarını, firon, hökmdar, kahin, məmur, vergi yığan məmur, canişin və digər vəzifələrin tutulmasnı, idarəetmə qaydalarını, vergi və mükəlləfiyyətlərin tətbiqini, istismar, borc daşları və bu kimi digər mənbələrə istinad edərək mövcud sosial-iqtisadi münasibətlərin təsvir edir. Xronologiya, qaynaqlar,  tarixi faktlar, fironlar, nizami ordu sosial qruplar, məmur, canişin.
3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və təqdim edir. Müxtəlif mənbələrə müraciət edərək araşdırmalar aparır, qədim dövlətlərin yaranma tarixinə dair heroqilif, mixi və başqa yazılı və maddi mənbələrin tədqiq edilərək toplayır. Qədim dölətlərin tarixi köklərinin araşdırılması, yaranma, inkişaf və tənəzzülü barədə məlumatlar əldə edilr. Qaynaqların toplanılaraq sistemli şəkildə təqdim edilir. Mənbə, qaynaq, mixi, heroqlif, qədim əlifba.
 

4. Şəxsiyyət

 
 

4.1.Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi, Aşşurbanipal, II Sarqon, II Kir, I Da­ra, Mete xaqan, İsgəndər, Sin Şi Xuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir. Şəxsiyyətlərin müəyyən tarixi zamanlarda rolunu, onların hər hansı bir dövlətin, yaxud da dünya tarixində aparıcı rol oynamasını, məsələn, I Tutmos, III Tutmos, II Ramzes, Hammurapi,  Aşşurbanipal, II Sarqon,  II Kir, I Da­ra, Mete xaqan, İsgəndər, Sin Şi xuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli Sezar, Oktavian Avqust, Konstantini bir tarixi şəxsiyyət kimi rolunu müəyyən edir, onların dövlətlərin və xalqların tarixindəki rolunu,nə kimi işlər görməsini müəyyənləşdirir. Şəxsiyyət , işğalçılığ yürüşləri,  tarixi rolu.
4.1.2. Mənbələr əsasında qədim dövr tarixi şəxsiyyətləri haqqında məlumatlar toplayır, təqdim edir. Mənbələrə istinad edərək araşdırmalar aparır,  qədim dövrün tarixi şəxsiyyətlərini seçir,  onların dövlət  idarəçiliyində  oynadığı rolu  haqqında məlumatları  toplayır,  təqdim edir. Tarixi fakt və hadisələr, şəxsiyyət, idarə etmə.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Mədəniyyətin ayrı-ayrı sahələrinin insanların həyat tərzi ilə əlaqələrini izah edir. Mədəniyyətin ayrı-ayrı sahələrinin, sivilizasiyayaqədərki, sivilizasiyadan sonrakı, eləcə də antik yunan və roma mədəniyyətinin, ellin mədəniyyətini  insanların həyat tərzi ilə əlaqələrinin izahı. Sənəkarlıqın inkişafı ilə əlaqəli olaraq müxtəlif incəsənət nümunələrinin yaranması, dini baxışların formalaşması, piramida, sfinks, sərdabə, zikkurat və Asma bağlar kimi mədəniyyət inciləri, heykəltaraşlıq,  teatr, ədəbiyyat və elmin inkişafı. İnsanların həyat tərzi ilə dini görüşləri arasında əlaqənin izah edilməsi. Piramidalar, Sfinks, sərdabələr, Zikkurat, Asma bağlar, teatır, heykəltaraşlıq, ilk əlifba, ilk kitabxana, zoomorf fiqurlar, Tomris əfsanəsi, mixi, heroqlif yazı, İpək yolu, kağız istehsalı.
5.1.2.Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibət bildirir.  Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə münasibəti izah edir, onların cəmiyyətin həyatındakı buraxdığı izi təhlil edir,  mədəniyyətin bəşər cəmiyəti həyatına münasibət bildirir. Müxtəlif xalqların və ölkələrin, eləcədə dövrlərin mədəniyyəti arasında əlaqə. Məsələn İpək yolu vasitəsi ilə şərq mədəniyətinin formallaşması, Yunan-roma mədəniyyəti əsasında ellin mədəniyyətinin, yəni antik dövr mədəniyyətinin formalaşması və onların müsbət tərəfləri, onlar arasında əlaqələrin inkişaf xəttinə münasibət bildirir. Mədəniyyət, sivilizasiya, ellin mədəniyyəti, yunan-roma mədəniyyəti, İpək yolu, şərq mədəniyəti.
5.1.3.Mədəniyyətlərə, mədəniyyətlərarası əlaqələrə dair məlumat toplayır, təqdim edir. Müxtəlif mədəniyyətlərə dair məlumatlar toplayaraq  onlar arasındakı əlaqələri öyrənir. Bu əlaqələtrin tarixi kökləri, inkişaf amilləri və müsbət tərəfləri haqqında məlumat verir.  Sivizasiyanın inkişafı, mədəniyyətlərarası münasibətlərin müəyyən zaman çərçivəsində yaranması və inkişafını sübut edən dəlilərin toplayaraq təqdim edir. Tarixi faktlar, mənbə, inkişaf, mədəniyyətlərarası əlaqə.
 

Ümumi tarix VII sinif

 
 

1.Tarixi zaman

 
 

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

 
1.1.1. Mühüm tarixi faktları davametmə müddətinə görə fərqləndirir. Mühüm tarixi faktları mənbələrin köməyi ilə digər tarixi faktlardan ayıraraq  cəmiyyətin, eləcədə xalqların həyatında mühüm olan faktları  müəyyən edərək müddətini müəyyənləşdirərək davametmə müddətinə görə birini digərindən əsaslı surətdə fərqləndirmə. Tarixi fakt, fərqləndirmə, müəyyənləşdirmə.
1.1.2. Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı tarixi faktların sinxronluğunu müəyyənləşdirir. Ayrı ayrı ölkələrdə baş vermiş müxtəlif hadisələrin zamanını məyyən edərək onların yaranma ilini dəqiqləşdirmə. Baş vermiş tarixi fakt və hadisələrin sinxironluğunu, yəni eyniliyini müəyyənləşdirir. sinxron, təzahür, zaman.
1.1.3. Tarixi faktları xronoloji qaydada sistemləşdirir. Zamanın ardıcıl düzülüşünə nəzarət edərək tarixi faktları əvvəldən sona, yəni keçmişdən bu günümüzədək olan bütün hadisə və prosesləri zamanın ardıcılıqı ilə düzülməsi. Məsələm eramızdan əvvəl baş vermiş hadisənin başladıqda davamlı olaraq eramıza keçid edib sıralama, yaxud da düzərək sistemləşdirilməsi. Xronologiya, fakt, zaman ardıcılığı, düzgün düzülüş, sistemləşdirmə.
 

2.Tarixi məkan

 
 

2.1. Məkanda baş verən tarixi hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1. Feodal münasibətlərinin yaranmasını və inkişafını dövlətlərin və xalqların geosiyasi məkanında baş verən dəyişikliklərlə əlaqələndirir. Quldarlıq münasibətlərinin sona yetməsi yeni torpaq mülkiyyəti formasının yaranması, mülkn sahibinin feodal, bu quurluşun feodalizim adlandırılması. Feodal münasibətlərinin yaranmasını və inkişafını, dövlətlərin və xalqların həyatındabaş verən dəyişikləri ərazlərini baxımından, yəni sərhədlərin eləcə də yerləşmə məkanının görə dəyişiylməsi ilə əlaqələndirilməsi. Feodal, mülk, geosiyasi, məkan, feodalizm, sərhəd, yerləşmə məkanı.
2.1.2.  Dövlətlərin və xalqların həyatında məkan baxımından baş verən dəyişiklikləri xəritələrdəki məlumatlar əsasında təhlil edir. Yaranmış olan dövlətlərin və xalqların həyatında baş vermiş dəyişikliklər,müharibə və işğallar zamanı dövlətlərin ərazisinin dəyişməsini xəritələrdə göstərərək digər mənbələrdəki məlumatlarla əsalandırır. Xalqların köçü, yaxud köçürmə və sürgünlər zamanı xalqların yer dəyişməsini, məkan baxımındn dəyişikliklərinin xəritələrdəki məlumatlar əsasında təhlil edilməsi. Xalqların köçü, köçürmə siyasəti, müharibə, işğal.

3. Dövlət  
  3.1.Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 

3.1.1.  Feodal dövlətlərinin (Çin, Sasani, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər, Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Rusiya, Səlcuq, Monqol, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu, Qızıl Orda, Osmanlı, Teymuri,Böyük Moğol) yaranması, idarəçilik formaları və sosial-iqtisadi və siyasi münasibətlərini şərh edir. Adları nəzərdə tutulan feodal dövlətlərinin, Çin, Sasani, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər, Avar, Bulqar, Hindistan, Ərəb xilafəti, Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Rusiya, Səlcuq, Monqol, Səfəvi, Ağqoyunlu, Qaraqoyunlu, Qızıl Orda, Osmanlı, Teymuri, Böyük Moğol kimi dövlətlərin yaranma şəraiti, idarəçilik sistemi,baş verən yeni dəyişikliklər, sosial-iqtisadi münasibətlərin, eləcədə siyasi münasibətlərin tənzimlənməsi və qarşılıqlı əlaqəsinin şərh edilməsi. İdarəçilik, sosial-iqtisadi, siyasi münasibətlər, feodal dövlətləri.
3.1.2. Feodal dövlətlərinin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramlar hazırlayır. Feodal dövlətlərinin yaranmasının və formalaşmasının idarəçilik sisteminin, torpaq quruluşunun oxşar və fərqli cəhətləri ilə bağlı   cədvəl və diaqramların hazırlanması. oxşar və fərqli cəhətlər, erkən feodalizm, torpaq quruluşu, diaqram, cədvəl.
 

4. Şəxsiyyət.

 
 

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Dövlətlərin və mədəniyyətlərin inkişafında şəxsiyyətlərin (Attila, Xlodviq, Bumın xaqan, Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi, Alp Arslan, Məlik şah, Çingiz xan, Qara Yusif, Uzun  Həsən, Batı xan, II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Əkbər şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan) rolunu izah edir. Yaranmış dövlətlərin və mövcud olmuş xalqların həyatında tarixi şəxsiyyətlərin rolu, məsələn Attilanın və Bumın xaqanın Türk xalqları tarixindəki izi, Məhəmməd Peyğəmbərin islam dini ideyası altında bəşər tarixindəki kəskin dini-idaloji dəyişiklik etməsi, eləcə də ərəb qəbilələrini bir dövlət halında birləşdirməsi, həmçinin digər tarixi şəxsiyyətlərin, Böyük Karl, Mahmud Qəznəvi, Alp Arslan, Məlik şah, Çingiz xan, Qara Yusif, Uzun  Həsən, Batı xan, II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Əkbər şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan və başqalarının tarixdəki rolunun izah edilməsi. Şəxsiyyət, idealogiya, tarixdəki iz və rol, isıam dini, bəşər tarixi.
4.1.2. Dövlətin və mədəniyyətin inkişafında tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar toplayır və təqdimatlar hazırlayır. Dövlətlərin yaranması və inkişafı, həmçinin elm və mədəniyyət  tarixində iz qoymuş tarixi şəxsiyyətlər barədə müxtəlif mənbələrdən məlumat toplanılması və təqdimatların hazırlanması. Tarixdə iz, tarixi şəxsiyyətlər, inkişaf, məhşur, təqdimat.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir.  Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini müəyyən edərək Şərq mədəniyyətinin daha qədim mədəniyyətə, şumer, türk və islam mədəniyyətindən qaynaqlanması. Şərq mədəniyyətinin fərqli olması, Şərqin elm və mədəniyyətinin beşiyin olması, eləcədə Avropa mədəniyyətinin özünəməxsus keyfiyyətəri, yunan-roma mədəniyyəti, xristian dini-idealoji baxışları əsasında formalaşan mədəniyyətin inkişaf xüsusiyyətləri araşdırılaraq  izah edilməsi. Şumer, türk, islam, memarlıq, elm, mədəniyyət, yunan-roma mədəniyyəti, xristian mədəniyyəti.
5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir. Şərqin qədim mədəniyyət mərkəzi olduğunu izah edərək şərq mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhvələri, memarlıq və incəsənət, elm, islam mədəniyyəti və bu kimi keyfiyyətlərin müəyyən edilməsi. Elm, incəsənət, memarlıq, islam, şərq mədəniyyəti.
5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır. Müxtəlif mədəniyyətlər haqqında, həmçinin şərq və qərb mədəniyyətlərin  inkişafı ilə bağlı materialları araşdıraraq, yazılı və madddi mənbələrə, eləcədə digər informasiyalara istinad edilərək materialların toplanılması. Yazılı və maddi mənbələr, şərq və qərb mədəniyyəti, inkişaf.
 

VIII sinif

 
 

1.Tarixi zaman

 
 

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

 
1.1.1. Oxşar tarixi faktların baş verdiyi zamandan irəli gələn fərqli cəhətlərini izah edir. Tarixdə baş verən oxşar tarixi faktların müxtəlif vaxtlarda baş verməsini, məsələn, baş vermiş kəndli üsyanlarının, döyüşlər və digər hadisələrin  baş verdiyi vaxtdan irəli gələn fərqli cəhətlərini, yəni bu zamanın tələbi, hakimiyyət başında duran şəxs, dövlətin vəziyyəti, idarəçilik sistemi və s. bu kimi halların fərqli cəhtlərinin izah edilməsi. Üsyan, döyüş, idarəçilik, zamanın tələbi.
1.1.2. Oxşar proses və hadisələri əlaqələndirən sinxron cədvəllər tərtib edir. Tarixdə baş vermiş oxşar proses və hadisələri məyyənləşdirilməsi, məsələn, Fransa və İngiltərədə baş vrmiş kəndli üsyanlarının ümumi cəhətləini əks etdirən sinxron cədvəllərin tərtib edilməsi. Sinxronluq, əlaqə, cədvəl.
1.1.3. Hadisə, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirən xronoloji cədvəllər tərtib edir. Hadisə, fakt, təzahür və proseslər arasında səbəb-nəticə əlaqələrini, yəni hər hansı bir ərazidə baş vermiş hadisələrin səbəb və nəticə əlaqələrini  müəyyənləşdirən xronoloji, yəni zaman ardıcıllıqı ilə müəyyən olunmuş cədvəllərin tərtib edilməsi. Fakt, proses, təzahür, xronologiya, səbəb və nəticə.
 

2. Tarixi məkan

 
 

2.1. Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1. Feodal münasibətlərinin dağılması və kapitalist münasibətlərinin yaranmasını, dünyada baş vermiş iqtisadi, sosial dəyşiklikləri məkanla əlaqədə izah edir. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının feodal münasibətlərinin dağılmasına şərait yaratması, kapitala dayanan yeni bir quruluşun, kapitalizimin yaranması, onun daxilində dünyanın iqtisadi və sosial dəyiçikliklərinə gətirib çıxaran vəziyyətin hər hansı bir dövlətin yerləşdiyi məkanla əlaqədə izah edilməsi. Məhsuldar qüvvə, kapital, iqtisadi və sosial dəyişikliklər, əmtəə münasibətləri, azad işçi qüvvəsi.
2.1.2. Dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini xəritə və sxemlərdəki məlumatlar əsasında kontur xəritələrə köçürür. Müxtəlif dövlətlərin və xalqların həyatında baş verən ərazi dəyişikliklərini, yəni müharibələr və sülh müqavilələri əsasında dövlətlərin və xalqların ərazi baxımından yerini dəyişməsinin, verilən xəritə və sxemlərdəki məlumatlar əsasında kontur xəritələrə köçürürülməsi. Dəyişikliklər, xəritə, sxem, kontur xəritə, dəyişilmiş məkan.
 

3.Dövlət

 
 

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
3.1.1. Dövlətlərin (İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran, Çin, Hindistan, Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqları) yaranmasını, idarəçilik formalarını, siyasi, sosial-iqtisadi münasibətləri təhlil edir. Dövlətlərin, İngiltərə, Fransa, Rusiya, ABŞ, Osmanlı, İran, Çin, Hindistan eləcədə Mərkəzi Asiyanın türk dövlətləri, Qazaxıstan, Krım, Sibir, Volqaboyu, Qafqaz xalqlarının dövlətlərinin yaranmasını, idarəçilik formalarını, monarxiya, konstitusiyalı monarxiya,  imperiya, respublika, krallıq və digər idarəçilik  formalarını, həmçinin onların siyasi vəziyyəti və siyasi mövqeyi, sosial-iqtisadi münasibətlərinin təhlil edilməsi. İdarəçilik, siyasi vəziyyət, monarxiya, respublika, krallıq, imperiya, konstitusiya, iqtisadiyyat.

3.1.2. Yeni tipli dövlətlərin qeyri-bərabər inkişafına aid esse yazır.

Yaranmış olan Yeni tipli dövlətlərin idarəçiliyi, onların müstəqillik uğrunda mübarizəsi, müstəmləkə əleyhinə üsyanlar və bu kimi hadisələrin təsiri nəticəsində yaranan qeyri-bərabər inkişafa aid essenin yazılması. Müstəqillik, müstəmləkə, yeni tipli dövlət.
 

4. Şəxsiyyət

 
 

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Tarixi şəxsiyyətləri (Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) müqayisə edir. Tarixi şəxsiyyətləri – Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacarın tarixdə qoyduğu izə və nüfuzuna görə, həmçinin onların döyüş və siyasi taktikasının fərqli istiqamətinə, idarəşilikdə qoyduğu fərqli qaydalara, qanunlar onların nifuz dairəsinin fəaliyyətlərinin dövr üçün əhəmiyyətli olmasınının müqayisəsi. Şəxsiyyət, idarəçilik üsulları,  qanunlar və islahatlar, nüfuz dairəsi.
4.1.2.Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl hazırlayır. Tarixi şəxsiyyətlərin tarixdə qoyduğu izləri ilə, qanunları, qaydaları və qərarları, yaxud humanist, yenilikçi siyasətinə görə onların oxşar və fərqli cəhətləri ilə bağlı cədvəllərhazırlanması. Qanun, hərbi-siyasi fəaliyyət, idarəçilik, humanist siysət.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini izah edir. Şərq və Qərbdə intibah mədəniyyətinin xüsusiyyətlərini, şərqdə intibah mədəniyyətinin islam mədəniyyəti dayaqları əsasında inkişaf edərək memarlıqda, elmdə və poeziyada daha çox diqqət çəkdiyinin, Qərbdə intibahın məhşur rəsm əsərləri ilə yadaşlarda qaldığının, eləcədə bu və başqa xüsusiyyətlərin izahının verilməsi. İntibah, oyanış, memarlıq, elm, poeziya, rəssamlıq.
5.1.2. Elmi kəşf və ixtiraların dünya mədəniyyətinin inkişafına təsirini izah edir.  Elmi kəşf və ixtiraların, məsələn, ilk dəfə kitab çapı üsulunun, texniki kəşflərin, cihazların yaraılması, müasir ali riyaziyyatın, mikroskopun yaradılması, çiçək xəstəliyinə qarşı peyvənd üsulunun, ilk hava şarı və sair yeniliklərin  dünya mədəniyyətinin inkişafına təsirini izah edilməsi və münasibət bidirməsi. Cihaz, mikroskop, peyvənd, hava şarı.
5.1.3. Dünya mədəniyyətinin nailiyyətlərinə dair cədvəl və qrafiklər hazırlayır.                       Dünya mədəniyyətinin nailiyyətlərinə, texniki kəşflərin, elmi-tədqiqat işləri üçün cihazların yaradılması, memarlıq, incəsənət və diğər nailiyyətlərə dair cədvəl və qrafiklər hazırlanması. Texniki və elmi kəşflər, ixtiralar.
 

IX sinif

 
 

1. Tarixi zaman

 
 

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

 
1.1.1. Müxtəlif ölkələrdə oxşar tarixi faktların müxtəlif zamanlarda baş verməsinin səbəb və nəticələrini izah edir. Ayrı-ayrı ölkələrdə oxşar tarixi faktların, yəni hər hansı bir üsyanların və kəndli müharibələrinin, eləcə də inqlabların müxtəlif zamanlarda baş verməsinin səbəb və nəticələrini araşdıraraq nəticələrin izah edilməsi. Kəndli müharibəsi, burjua inqilabı, səbəb və nəticə.
1.1.2. Oxşar tarixi faktlarla baş verdiyi tarixi şərait arasındakı fərqi müəyyən edir. Oxşar tarixi faktlarla, onların baş verdiyi müxtəlif yerlər və tarixi şərait arasındakı fərqin müəyyənləşdirilməsi. Məsələn Fransa burjua inqilabı ilə Almaniyada baş vermiş burjua inqilabının fərqini müəyyən edir. Tarixi fakt, zaman fərqi, oxşarlıq.
1.1.3. Mühüm tarixi faktların zaman əlaqəsini göstərən sinxron cədvəllər hazırlayır. Mühüm tarixi faktların eyni zamanda baş verməsini, onlar arasında ardıcıllığın zaman əlaqəsini göstərən sinxron cədvəllərin hazırlanması. sinxronluq, xronologiya, fakt

2. Tarixi məkan  
 

2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1. Kapitalist münasibətlərinin inkişafı prosesində və müasir dünyada ölkələrin və xalqların sosial-siyasi, iqtisadi və mədəni həyatında baş verən dəyşiklikləri məkan baxımından qiymətləndirir. Kapitalist münasibətlərinin inkişafı prosesində, dünyada baş vermiş iqtisadi, sosial və siyasi dəyişiklikləri, yəni dünyanın bölüşdürülməsi, bu bölüşdürmə nəticəsində sosial və iqtisadi dəyişikliklərin baş verməsini məkan baxımından qiymətləndirilməsi. Dünyanın bölüşdürülməsi, siyasi və sosial-iqtisadi dəyişiklik, kapitalis münasibətləri.
2.1.2. Dövlətlərin ərazi dəyişikliklərini əks etdirən cədvəl və qrafiklər hazırlayır. Dövlətlərin ərazi dəyişikliklərini əks etdirən, yeni dövlətlrin yaranmasını, yaxud tənəzzül edib sıradan çıxmasını ərazi baxımından baş verən dəyişiklikləri əks etdirən cədvəl və qrafiklər hazırlanması. Müharibə, sülh, yeni dövlətlər, tənəzzül, ərazi.
 

3. Dövlət

 
 

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir

 
3.1.1. Dünyanın (Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri) siyasi inkişaf mərhələsini şərh edir. Dünyanın siyasi inkişafını nəzərdən keçirərək bu inkişaf pilləsində özünəməxsus yer tutan Asiya, Avropa və Amerika dövlətlərinin öncüllüyünü, özünəməxsus siyasi inkişaf xətti götürməsini, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin siyasi inkişaf mərhələlərinin şərhi.  Siyasi arena, inkişaf pilləsi, inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr.
3.1.2. Dünyanın siyasi mənzərəsinə aid  təqdimatlar hazırlayır. Dünyanın siyasi mənzərəsi, dünya müharibələri və dünya müharibələrindən sonrakı vəziyyəti, ərazi dəyişiklikləri və hegemon  dövlətlərin  siyasi mənzərəsinə  aid  təqdimatların  hazırlanması. Dünya müharibəsi, siyasi mənzərə, hegemon dövlət, təqdimat.

4. Şəxsiyyət  
 

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Tarixi şəxsiyyətlərin (I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid, Otto Bismark, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Visarianoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) fəaliyyətini sosial qrupların mənafeyi baxımından təhlil etməklə onlara münasibət bildirir. Tarixi şəxsiyyətlərin I Napoleon, Cüzeppe Haribaldi, I Aleksandr, Sultan II Əbdülhəmid, Otto Bismark, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Vissarianoviç Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyevin  fəaliyyətini sosial qrupların mənafeyi baxımından  təhlil etməklə  onlara  münasibət  bildirməsi. Şəxsiyyət, idarə etmə üsulları, sosial qrup.
4.1.2. Topladığı materiallar əsasında tarixi şəxslərə dair esse və hekayələr yazır. Tarixi şəxsiyyətlərə dair müxtəlif materiallar toplayaraq onlar haqqında esse və hekayələrin yazılması. Məsələn, Napoleon haqqında mənbələr toplayıb esse və hekayə yazır. Esse, hekayə, materiallar.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir.  Mədəniyyətlərin inkişafına təsir edən amilləri, qarşılıqlı ticarət əlaqələrinin və amillərin izah edilməsi. İnkişaf, qarşılıqlı əlaqə, ticarət.

5.1.2.Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri izah edir.

Müxtəlif ölkələrin mədəniyyətləri arasındakı qarşılıqlı təsiri və sivilizasiyalararası  ziddiyətlərin  izah edilməsi. Sivilizasiyalararası ziddiyyət, mədəniyyət,  qarşılıqlı əlaqə.
5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr yazır. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair, yəni onların qarşılıqlı münasibəti, birgə inkişafı və bir-birinə təsirinə aid müxtəlif mənbələrə istinad edərək esselər  və  hekayələrin  yazılması. mənbə, sivilizasiya, mədəniyyət, inkişaf, təsir.
 

X sinif

 
 

1. Tarixi zaman

 
 

1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.

 
1.1.1.Asılı və müstəmləkə xalqlarının milli-azadlıq hərəkatını tarixi zamanla əlaqədə dəyərləndirir. Asılı və müstəmləkə xalqlarının müstəmləkəçilərə qarşı mübarizəsini, milli-azadlıq hərəkatını, dövrə uyğun olaraq, tarixi zamanla əlaqədə dəyərləndirilməsi Müstəmləkə, milli-azadlıq hərəkatı, üsyan, mübarizə.
1.1.2. Ölkələrdə baş verən oxşar sosial-iqtisadi hadisə və prosesləri zaman baxımından tarixi şəraitlə əlaqədə müqayisə edir və dəyərləndirir. Müxtəlif ölkələrdə baş verən oxşar sosial-iqtisadi hadisə və proseslərin  dövrün ictimai-siyasi vəziyyətinə uyğun olaraq, həmçinin zaman baxımından tarixi şəraitlə əlaqədə müqayisə edilib dəyərləndirilməsi Oxşar sosial-iqtisadi  hadisələr, tarixi şərait, ictimai-siyasi vəziyyət.
1.1.3. Ölkələrdə baş verən oxşar mədəni hadisə və prosesləri baş verdiyi tarixi zamanla əlaqədə dəyərləndirir. Müxtəlif ölkələrdə baş vermiş oxşar mədəni hadisə və prosesləri baş verdiyi tarixi zamana görə müəyyənləşdirərək dəyərləndirir. Mədəni hadisə və proses, tarixi zaman.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından izah edir. Dünyada, eləcədə Azərbaycanda baş verən hadisələrin, proses və təzahürlər arasındakı əlaqələrin  tarixi zamanla, müasir dövrlə əlaqələndirərək  izah edilməsi. Proses, təzahür, əlaqə, hadisə.
 

2. Tarixi məkan

 
 

2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1.Müxtəlif tarixi dövrlərdə ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri məkan baxımdan qiymətləndirir. Müxtəlif tarixi dövrlərdə, ibtidai icma, quldarlıq, feodalizim və kapitalizim dövründə ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri, onların tənəzzülünü və inkişafının yerləşdiyi ərazi baxımdan qiymətləndirilməsi. Tənəzzül, ibtidai icma, quldarlıq, feodalizim, kapitalizim, sosial-iqtisadi, mədəni həyat.
2.1.2. Dünya ölkələrində baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl) təqdim edir. Dünyada mövcud olan  ölkələrin geosiyasi, yəni siyasi baxımdan ərazi dəyişikliyinə uğramasını müxtəlif formalarda xəritə, sxem, cədvəl şəkilində hazırlayaraq  təqdim edilməsi. Geosiyasi, ərazi dəyişikliyi.
 

3. Dövlət

 
 

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
3.1.1.Cəmiyyətin inkişafının kapitalizimə qədərki dövürdə dövlətlərin (Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri) yaranması və inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah edir. Cəmiyyətin inkişafının kapitalizmə qədərki, yəni kapitalizmdən öncəki dövründə Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika dövlətlərinin yaranması və inkişafı prosesinin, müharibə nəticəsində və dinc şəraitdə yaranmış  geosiyasi dəyişikliklərin izah edilməsi. Kapitalizmə qədərki, cəmiyyət, Avropa dövlətləri və Rusiya, ABŞ və Latın Amerikası ölkələri, Türk dünyası və Qafqaz xalqları, Asiya, Afrika ölkələri, inkişaf prosesi, geosiyasi dəyişikliklər.
3.1.2. Geosiyasi dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsirini şərh edir. Baş vermiş müharibələr və işğallar zamanı yaranmış olan geosiyasi dəyişikliklərin, yəni siyasi baxımdan sərhəd və məkan dəyişikliyinin, cəmiyyətin sosial-iqtisadi həyatına təsirinin şərhi. İşğal, müharibə, ərazi dəyişikliyi, siyasi vəziyyət, məkan dəyişikliyi. Sərhədlərin dəyişməsi, sosial-iqtisadi vəziyyət.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair materiallar toplayır və məruzələr hazırlayır. Dövlətlərin tarixinə dair müxtəlif mənbələrə, maddi və yazılı mənbələrə müraciət edərək materiallar toplayaraq onların əsasında məruzələr hazırlanması. Maddi və yazılı mənbə, materialların toplanılması, məruzələrin hazırlanması.
 

4. Şəxsiyyət

 
 

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Tarixi şəxsiyyətləri (II Ramzes, Hammurapi, II Kir, I Da­ra, Mete xaqan, İsgəndər, Perikl, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi Alp Arslan, Çingiz xan, Fateh II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, İvan Qroznı Oliver Kromvel, I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir. Dövlətlərin və cəmiyyətin həyatında mühüm rol oynamış tarixi şəxsiyyətləri, II Ramzes, Hammurapi, II Kir, I Da­ra, Mete xaqan, İsgəndər, Perikl, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi Alp Arslan, Çingiz xan, Fateh II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan Qroznı Oliver Kromvel, I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacarın daxili və xarici siyasətini, onların fəaliyyətlərinin səciyyəvi cəhətlərini müxtəlif sosial qrupların mənafeyi baxımından araşdıraraq qiymətləndirilməsi. Şəxsiyyət, idarə etmə üsulları, yürüşləri, kəndli, ağa, sosial qruplar, mənafe.
4.1.2. Tarixi şəxsiyyətlərin fəaliyyətinə dair məruzə və referatlar hazırlayır. Oliver Kromvel, Maksimilian Robespyer, I Pyotr, II Yekaterina, Corc Vaşinqton, Benjamin Franklin, Köprülü Mehmet paşa, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacarın şəxsiyyət kimi tarixdə mühüm rol oynaması, dövlət quruculuğu, idarəçilik və s. fəaliyyətinə dair müxtəlif mənbələr üzrə məlumatlar toplamaqla məruzə və referatların hazırlanması. Dövlət quruculuğu, idarəçilik, fəaliyyət, mənbə.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərin inkişafına təsirini izah edir. Dünyada mövcud olan aqrar (ənənəvi), yəni kənd təsərrüfatına əsaslanan, eləcə də sənaye cəmiyyətlərinin mədəniyyətlərin inkişafına göstərdiyi təsirini əsaslandıraraq izah edilməsi. Aqrar, ənənəvi, kənd təsərrüfatı, sənaye cəmiyyəti, mədəniyyət.
5.1.2. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə əsaslanaraq, eləcə də onların memarlıq, incəsənət və elm və texnika və digər sahələrə təsirinin mənbələrə görə  əsaslandırılması. Sivilizasiya, mədəniyyət, əlaqə, incəsənət, memarlıq, elm, texnika.
5.1.3. Aqrar (ənənəvi) və sənaye cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsiri ilə bağlı referat və məruzələr hazırlayır. Müxtəlif ölkələrdə kənd təssərüfatının, yaxud sənaye, fabrik və zavodların üstün olduğu cəmiyyətlərin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsiri ilə əlaqədar referat və məruzələrin hazırlanması. Mənbə, sivilizasiya, fabrik, zavod, memarlıq, toxuculuq, istehsal, referat, məruzə.

XI sinif  
 

1. Tarixi zaman

 
  1.1. Tarixi faktların tarixi zamanla əlaqəsini anladığını nümayiş etdirir.  
1.1.1. Ölkədəki sosial-iqtisadi həyat faktlarını onun iqtisadi inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir. Müxtəlif ölkələrdəki həyat faktlarını araşdırmaqla sosial-iqtisadi vəziyyəti iqtisadi inkişafın müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirilməsi. Sosial-iqtisadi təsir, həyat faktları, əlaqə.
1.1.2. Ölkədəki siyasi həyat faktlarını onun siyasi inkişafının müəyyən mərhələsi baxımından qiymətləndirir. Müxtəlif ölkələrdə baş vermiş siyasi prosesləri siyasi inkişafla əlaqələndirərək, siyasi həyat faktlarını siyasi inkişafın müəyyən mərhələsi baxımından qiymətləndirilməsi. Siyasi vəziyyət, həyat faktları, siyasi inkişaf mərhələsi.
1.1.3. Ölkədəki mədəni həyat faktlarını onun mədəni inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirir. Müxtəlif ölkələrin həyatındakı mədəniyyətlə bağlı olan faktların müəyyənləşdirilməsi, seçilməsi və onların ölkənin mədəni inkişafının müəyyən mərhələsi ilə əlaqədə dəyərləndirilməsi. Mədəni həyat faktları, mədəni mərhələsi, inkişaf, dəyər.
1.1.4. Dünyada və Azərbaycanda baş verən hadisə, proses və təzahürlər arasında əlaqələri tarixi zaman baxımından qiymətləndirir. Dünyada və Azərbaycanda baş verən mühüm tarixi hadisə, proses və təzahürlər arasında əlaqələri, onların bir-biri ilə bağlı olub-olmamasının müəyyənləşdirilməsi  tarixi  zaman  baxımından  qiymətləndirilməsi. Hadisə, tarixi proses, təzahür, qiymətləndirmə.

2. Tarixi məkan  
 

2.1 Məkanda baş verən hadisə, proses və təzahürlərlə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

 
2.1.1. Ölkələrin və xalqların sosial-iqtisadi və mədəni həyatında, beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri, inteqrasiya prosesi ilə bağlı informasiyaları məkan baxımından qiymətləndirir. Dünya ölkələrinin sosial-iqtisadi və mədəni həyatında, beynəlxalq  münasibətlərdə baş verən dəyişiklikləri, inteqrasiya prosesi ilə bağlı informasiyaları şərh edərək baş verdiyi  məkan baxımından qiymətləndirilməsi. Dünya, ölkə, inteqrasiya prosesi, məkan, şərh.
2.1.2. Ən yeni dövrdə baş verən geosiyasi dəyişiklikləri müxtəlif formalarda (xəritə, sxem, cədvəl, diaqram) təqdim edir. Ən yeni dövrdə baş verən geosiyasi, yəni məkan dəyişikliklərini müxtəlif formalarda, yani xəritə əsasında, sxem şəklində, cədvəl və diaqram formalarında təqdim edilməsi. Sxem, cədvəl, dioqram, geosiyasi
 

3. Dövlət

 
 

3.1. Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir

 
3.1.1. Müasir dövlətləri (Almaniya, İngiltərə, Fransa, ABŞ, SSRİ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Koreya, Hindistan, İran, Qafqaz, Mərkəzi Asiya, Krım, Volqaboyu, Sibirin türk xalqları, Ərəb ölkələri) siyasi quruluşuna, aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərində vəzifələrinə görə dəyərləndirir. Mövcud olan müasir dövlətləri, Almaniya, İngiltərə, Fransa, ABŞ, SSRİ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Koreya, Hindistan, İran, Qafqaz, Mərkəzi Asiya, Krım, Volqaboyu, Sibirin türk xalqları, Ərəb ölkələr siyasi qurukuşunu müəyyənləşdirərək sənayesi barədə məlumatlar toplayıb, və informasiya cəmiyyətlərində vəzifələrinə görə dəyərləndirilməsi. Müasir dövlətlər, aqrar (ənənəvi) sənaye və  informasiya cəmiyyətləri.
3.1.2. Qlobal problemlərin həllində dövlətlərin rolunu şərh edir. Qlobal problemlərin, (demoqrafik, ekoloji və s.) həllində dövlətlərin rolunu müəyyənləşdirərək  şərh edilməsi. Məsələn, dünyanın aparıcı ölkələri, ABŞ, İngiltərə, Fransa və başqa dövlətlərin rolunu şərh edir. Qlobal problem, dövlətlərin rolu.
3.1.3. Mənbələr əsasında dövlətlərin tarixinə dair təhlillər aparır, tezislər hazırlayır. Müxtəlif yazılı və maddi mənbələr əsasında dövlətlərin tarixinə dair, Məsələn, İngiltərənin tarixinə dair mənbələr toplanılır, təhlillər aparılıaraq, tezislərin hazırlanması. Mənbə, yazılı və maddi mənbə, tezis.
 

4. Şəxsiyyət

 
 

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

 
4.1.1. Tarixi şəxsiyyətləri (I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napoleon, I Aleksandır, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Vissarianoviç Stalin, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Turqut Özal, Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir. Dövlətlərin həyatında əsaslı rol oynayan tarixi şəxsiyyətləri, I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napoleon, I Aleksandır, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir İliç Lenin, İosif Vissarianoviç Stalin, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Turqut Özal, Cəvahirləl Nehru, Heydər Əliyevi mənsub olduqları ölkələrin daxili siyasətinə və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirməsi. Şəxsiyyət, idarə etmə üsulları, diplomatiya, beynəlxalq aləm.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında araşdırmalar aparır, təqdimatlar edir. Müxtəlif tarixi şəxsiyyətlər, onların tarixdə qoyduğu iz, fəaliyyəti və gördüyü işlər və verdiyi töhvələr haqqında araşdırmalar apararaq təqdimatlar etməsi. Şəxsiyyət, fəaliyyət, araşdırma.
 

5. Mədəniyyət

 
 

5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.

 
5.1.1. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətin inkişafına təsirini izah edir. Dünyada mövcud olan aqrar (ənənəvi), yəni kənd təsərrüfatına əsaslanan, eləcədə, sənaye və müxtəlif informasiya, mətbuat, internet və bu kimi  cəmiyyətlərin mədəniyyətlərin inkişafına göstərdiyi təsirin əsaslandıraraq izah edilməsi. Aqrar, sənaye, informasiya, təsir.
5.1.2. Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə təsirini əsaslandırır. Aqrar (ənənəvi) (kənd təssərrüfatına əsaslanan), sənaye ( fabrik-zavod istehsalı) və informasiya (mətbuat, internet) cəmiyyətlərinin mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə, onların memarlıq, incəsənət və elm və texnika, eləcədə digər sahələrə təsirini mənbələrə görə  əsaslandırılması. Aqrar (ənənəvi), sənaye, informasiya, mətbuat, internet, sivilizasiya, texnika, incəsənət.
5.1.3.Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair referat və tezislər hazırlayır. Müxtəlif xalqların mədəniyyətlərinin əlaqəsi, mədəniyyətlərarası münasibətlər və sivilizasiyalararası əlaqələrə dair mənbələrdən məlumatlar toplayaraq tezis hazırlanması  və hekayələr yazılması.. Sivilizasiya, mədəniyyət, tezis, hekayə.

 

Bəhrəmova Sevil:

Kurikulum Mərkəzinin böyük elmi işçisi

 

 

 

 

 

 

Filed in: FƏNN STANDARTLARIN ŞƏRHİ

Şərhlər qapalıdır.