2:41 pm - Çərşənbə axşamı May 23, 2017

Məntiqsevər uşaqlar

Bu dəfə şagirdlərimin marağını nəzərə alaraq məntiq elmindən bəhs edən bir dərs nümunəsi hazırlamaq qərarına gəldim. Şagirdlərimin məntiqi təfəkkürünün inkişaf etməsi tənqidi təfəkkürün yerindəcə formalaşması,və nəhayət yaradıcı təfəkkür tərzini əks etdirmələri bu qərarımın tətbiqin təsdiq etdi.

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

Bildiyimiz kimi məntiq dedikdə ilk olaraq mülahizələr haqqında elm , intellekt dərketmə qanunlarının öyrənilməsi başa düşülür. Bu elm haqqında biliklər təfəkkürlə alınır. Burada şagirdlərimizin mülahizəsinin dəqiqliyi vacibdir. Bütün dərslərimizdə şagirdlərimiz təfəkkürlə cavab verir. Biz çalışmalıyıq ki, şagirdlərimiz mülahizə irəli sürməyi dəqiq öyrənsinlər. Bu dərsin də məqsədi var idi. Riyaziyyat fənnini sevən uşaqlarla riyazi məntiq haqqında dərs keçmək.Onlarda dərketmə bacarığını daha da formalaşdırmaq. Əslində biz bunu hər dərsimizdə edirik. Bütün fənnlərin tədrisində müəllimin ən vacib məqsədi şagirdlərinin səviyyəsini artırmaq, dərsin məqsədinə nail olmaq, onların yaradıcı bacarığını aşkar etməkdi.

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin 5 ç sinifində məntiqsevərlərlə dərsimiz çox gözəl alındı. Şagirdlər qruplarla əyləşmiş, növbəti tədqiqatı gözləyirdilər. Qruplara iş vərəqləri təqdim edirəm. “Zirvə”, “Məntiq”, “İdrak”, “Təfəkkür”, “Ulduz”, “Cəsurlar” komandaları fəallıqla əyləşiblər.

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

“İdrak” komandasının üzvləri Hüseynova Səda, Bayramova Mehin, Ağayev Cavidan, Şükürov Elgün, Quliyeva Dilbər onlara verilən tapşırığın öhdəsindən məharətlə gəldilər. Komandanın lideri S.Hüseynovanın gözəl təqdimatı bütün şagirdlərin böyük marağına səbəb oldu.

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

Tapşırıq:

1) 21 ardıcıl cüt ədədin cəmi 630-dur. Bu ədədlərin ortancısı necədir?

a)20 b)28) c)30 d) 32

2)60 m uzunluğunda düz bir yolun hər iki tərəfinə 60 m aralıqla neçə şam ağacı əkmək olar?

a)10 b)11 c)20 d)22

3) AB+BA+AB+BA – verilmiş toplama əməlində B+A=11 olarsa, cəmin qiyməti neçədir?

a)242 b)121 c)200 d)211

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

“Zirvə” komandasının üzvləri Osmanlı Rəvan,Səfərli Rəvan, Abduləliyeva Leyla, Muradova Yeganə, Orucov Rəşad maraqlı mülahizələr irəli sürürdü. Komandanın kapitanı Rəvan Osmanlı verilən tapşırıqların həllində daha fəal idi. Rəvan xüsusilə məntiqli bir şagirddir. Maraqlı təklifləri var.

217 nömrəli tam orta məktəb

217 nömrəli tam orta məktəb

Tapşırıq:

1)Baba öz nəvəsindən 60 yaş böyükdür. Nəvənin yaşı babanın yaşının 1/6 – nə bərabər olarsa, baba neçə yaşındadır?

a)48 b)54 c)72 d)81

2) 3 ardıcıl tək ədədin 2-nin cəmi 3-cü ədədin 4 mislindən 16 vahid azdır. Ən böyük ədədin rəqəmlərinin cəmini tapın.

a)4 b)5 c)7 d)9

3) Piyada 4 km/saat sürətlə gedir. O, 5 km məsafəni neçə dəqiqəyə gedər?

a)15 b)60 c)65 d)75

“Ulduz” komandasının üzvləri Fərzəliyeva Nazilə, İdayətzadə Rüstəm, Piriyev Tayfun, Əşrəfli Mirelçin, Hüseynli Gülnar əməkdaşlığı yaxşı yerinə yetirən komandalardan oldu. Komandanın kapitanı N.Fərzəliyevanın yoldaşlarının fikirlərini dinləyərək, onların hamısının qrupda işləmələrini təşkil etməsi diqqətimdən yayınmadı.

Tapşırıq:

1)Perimetri 68 sm olan düzbucaqlının uzunluğu eninin yarısından 10 sm çoxdur. Düzbucaqlının uzunluğunu tapın.

a) 6 b)8 c)10 d)18

2) Piyada 4 km/saat sürətlə gedir. O, 200 m məsafəni neçə dəqiqəyə gedər?

a)3 b)6 c)8 d)10

3)5 misli ilə 2 mislinin cəmi 35 olan ədədin 7 misli neçədir?

a)5 b)15 c)30 d)35

“Məntiq” qrupunun üzvləri Səfərli Röya, Nuriyeva Aysel, Novruzov Şahı,Hüseynov Oruc, Şamıyeva Sərvin əməkdaşlığı yaxşı təşkil etmişdilər.

Tapşırıq:

1)Üç ardıcıl ədədin cəmi 132-dir.Böyük ədədi tapın.

2)5 m aralıqda 100 m-lik yolda neçə ağac əkmək olar?

a)21 b)42 c)38 d)200kq

3)Qabın 1/4 -i su ilə dolu olduqda çəkisi 10 , 4/4 -ü su ilə dolu olduqda çəkisi 31 kq gəlir.Qab neçə kq-dır?

a) 3 b)4 c) 5 d)7

“Cəsurlar” komandasının üzvləri İmanova Nəzrin, İbrahimli Süsən, İbrahimli Səma, Rüstəmzadə Fateh tapşırıqların həllinə çalışırdılar.

Tapşırıq:

1) 1 saat 12 dəqiqədə 60 km gedən avtomobilin surətini tapın.

2) 40 m uzunluğunda düz bir yolun hər iki tərəfinə 5 m aralıqda neçə şam ağacı əkmək olar?

a)10 b) 16 c)8 d)9

3) A+B=10

B+C=17

A+C=22 olarsa,A+2B-C=?

a)50 b)28 c)25 d)0

“Təfəkkür” komandasının üzvləri Tapdıqlı Rəvan,Süleymanov Rahil,Bəkirov Baloğlan Əmənov Ramiq verilən tapşırıqları həvəsə işlədilər.

Tapşırıq:

1)Dörd müxtəlif üçrəqəmli ədədin cəmi 500-dür. Bu ədədlərdən biri ən çox olarsa, neçə ola bilər?

a)178 b)197 c)198 d)200

2)A+B+1=11 olarsa,10(A+ B)=?

3) 88 km/saat sürətlə hərəkət edən maşın 45 dəqiqədə nə qədər yol gedər?

Qruplar işlərini hazırladıqdan sonra təqdimat etdilər. Bir-birindən maraqlı təqdimat keçdi. Hər təqdimat sonu qruplar alqışlandı.

Bütün qrupların işləri qiymətləndirildi.Biliyinə və bacarığına görə şagirdlər müəllimin və digər yoldaşlarının hörmət və etibarını qazanırlar. Təqdimat sonu şagirdlərin öyrəndiklərinin sevincini hiss edərkən müəllimdə tamam başqa bir fərəf hissi yaranır.

Budur bizi yaşadan, bizə stimul verən. Şagirdlərimizi bu cür görmək, məntiqli, sərbəst, bacarıqlı olmalarını müəyyən etmək işi biz müəllimlərin üzərinə düşür. Axı bu uşaqlar Azərbaycan dövlətinin sabahıdır! Onların bu gün əldə etdikləri bilik və bacarıq sabah vətənimizin əldə edəcəyi uğurlara işarədir. Sadəcə biz müəllimlər peşəkarlıq göstərməliyik, şagird düşüncəsindəki kiçik bir qığılcımı alovlandırmağı bacarmalıyıq. Bu yolda zəhmət çəkən hər kəsə uğurlar diləyirəm.

Səadət Allahverdi qızı,
Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ MƏNTİQ

Hələ şərh yoxdur

Şərh yazın