11:34 am - Şənbə Sentyabr 23, 2017

Musiqi fənnindən açıq dərsin icmalı

“6/8 metrik ölçüsü və Şərq musiqisi”

Vaxt bölgüsü

1.Sinfin təşkili – 3 dəqiqə
2.Motivasiya- 5 dəqiqə
3.Tədqiqatın aparılması- 5 dəqiqə
4.Məlumat mübadiləsi- 10 dəqiqə
5.Məlumat müzakirəsi- 3 dəqiqə
6.Yaradıcı tətbiqetmə- 7 dəqiqə
7.Nəticə- 7 dəqiqə
8. Qiymətləndirmə- 5 dəqiqə

“Azərbaycan və Dünya xalqlarının musiqisi”

Mövzu: 6/8 metrik ölçüsü və Şərq musiqisi

STANDARTLAR:

1.1.3. Azərbaycan və digər xalqların musiqi nümunələri arasında oxşar cəhətləri müəyyənləşdirir.

3.1.1. “Mahnı-marş”, “mahnı-rəqs” tipli musiqi nümunələrinin iki səsli ifasında
iştirak edir.

3.3.3. Tanıdığı intervaldan istifadə edərək ölçüsü sadə melodiyalar yaradır və onlara dirijorluq edir.

MƏQSƏD:

-Şərq musiqisində geniş yayılmış 6/8 xanə ölçüsünü nümayiş edir, ona uyğun olaraq dirijorluq edir. Müxtəlif xalqların musiqisini fərqləndirir.

İNTEQRASİYA:

Fənlərarası: A-d 1.1.2.

-Dinlədiyi fikirləri, əlavələri ilə inkişaf etdirir.

Fəndaxili: 1.1.2 1.2.2.

-Bəstəkar və xalq melodiyalarında tanıdığı intervalları müəyyən edir.

-Milli və Avropa musiqi kollektivlərini fərqləndirir.

İş forması: Fərdi, kiçik qruplarla iş

İş üsulu: Beyin həmləsi, təqdimat, Venn diaqramı, Klaster üsulu, müzakirə,

Krossvord

Resurslar: Dərslik, iş vərəqi, təbaşir, f-no, sintezator, kompyuter, musiqi alətləri,

DƏRSİN GEDİŞİ

Şagirdlər Uvertüranın sədaları altında sinifə daxil olaraq müəllimi salamlayır. Dərs açıq elan edildikdən sonra, şagirdlərin ifasında Azərbaycan Respublikasının Himni oxunur.

M- Azərbaycan Respublikasının dövlət Himni hansı ölçüdədir?

Ş-4/4

M-Bəs hansı almalardır?

Ş-Ağ,qırmızı yəni “mahnı-marş”

Birbaşa 3 almanın sirri açıqlanır.

– Ağ alma-mahnı

– Sarı alma- rəqs musiqisini bildirir

– Qırmızı alma-Marş

Müəllim Azərbaycanın tarixinə, incəsənətinə, folkloruna, keçmişinə, sərhədlərinə nəzər salaraq şagirdləri sualla əhatələndirir.

Uşaqlar, biz müxtəlif istiqamətlərdə işlər görəcək, dərsimizdə mahnı oxuyub, rəqs edəcək, şeir, tapmaca söyləyib, musiqi savadına dair major qamması yazaraq-dirijorluq edərək bilik və bacarığımızı nümayiş etdirəcəyik.

MOTİVASİYA

Motivasiya

Diqqət ekrana şək.1.

“Uzundərə” Azərbaycan xalq rəqsi və “Boy-Boy”Özbək mahnısı göstərilir.

Sual

Sual

M-Musiqi parçaları hansı ölçüləri xatırladır?

Yardımçı sual:

Şərq musiqisi ilə Azərbaycan musiqisinin oxşarlığı nədədir?

Tədqiqat sualı:

-Şərq musiqisində də geniş yayılmış 6/8 ölçüsünü müəyyən edib fərqli və oxşar cəhətlərini qeyd edin.

Tədqiqatın aparılması: Bu mərhələdə müəllim qruplara bölmə üsulundan istifadə edərək şagirdləri 2 qrupa bölür.Tapşırıqlar şagirdlərə izah olunur.

I Qrup – Mahnı

1.Venn diaqramı:

“Uzundərə” Azərbaycan xalq rəqsi ilə “Boy-Boy” Özbək mahnısının fərqli cəhətlərini yazın.

                                                    Fərqli           Oxşar               Fərqli

Venn diaqramı

Venn diaqramı

2. Şaxələndirmə:

Mahnını yaradan nədir?

Mahnı

Mahnı

Krosvord:

“Melodiya” sözündən notları yazın.

Krosvord

Krosvord

II Qrup- Rəqs

1. Venn diaqramı: “Uzundərə” Azərbaycan xalq rəqsi ilə “Boy-Boy”Özbək mahnısının oxşar cəhətlərini yazın.

                                             Fərqli                 Oxşar                  Fərqli

Venn diaqramı

Venn diaqramı

2. Şaxələndirmə:

Rəqsi yaradan nədir?

Rəqs nədir?

Rəqs nədir?

3. Krossvord: Dairədəki hərflərdən istifadə edərək Azərbaycan Xalq rəqslərinin və Azərbaycan xalq mahnı rəqsinin adını rənglərə uyğun krosvordun xanalarına yerləşdirin. (şək.1)

Müəllim şagirdlərə 5 dəqiqə vaxt verir və lirik musiqi səslənir.

Məlumat mübadiləsi və müzakirəsi-10 dəqiqə

Şəkil 1

Şəkil 1

Vaxt bitdikdən sonra hər bir qrup öz işini təqdim edir. Digər qrup diqqətlə dinləyir, lazım gəldikdə öz əlavələrini edir, təklif və iradlarını bildirir.

Azərbaycan xalq mahnılarının, rəqslərinin əksəriyyəti 6/8 xanə ölçülüdür. 6/8 ölçüsündə 1 xanədə 6 səkkizlik not yerləşir. Bu cür ritmlər Azərbaycan xalq musiqisində çox geniş yayıldığı kimi, şərq musiqisində də öz əksini tapmışdır.

Yaradıcı tətbiqetmə:

Qeyd etmək istərdim ki, Azərbaycan musiqisi bütün dünyada tanınır. Xarici bəstəkarlar Azərbaycan xalq musiqisindən öz əsərlərində istifadə edərək:

M.Qlinka, R.Ştraus “Qalanın dibində bir quş olaydım” Azərbaycan xalq mahnısından istifadə etmişlər. Görkəmli bəstəkar F.Əmirovla məşhur pianoçu Elmira Nəzirova ərəb xalq mahnı və rəqslərindən istifadə edərək simfonik orkestr üçün “Konsert” yazmışlar. Bir çox bəstəkarları da qeyd etmək olar.

Bilirik ki, dünyanın hər yerində azərbaycanlılar yaşayır.

1991-ci il 31 dekabr tarixini Dünya azərbaycanlıların Həmrəylik günü elan etmişdir. O vaxtdan bugünə kimi bu bayram böyük təntənə ilə qeyd olunur.

Gəlin biz də bir olaq, həmrəy olaq.

M-Soruşmaq istərdim İndi hansı fəsildir?

Ş-qış

M-Qış fəslinə aid kim şeir bilir?

Ş-(söyləyir)

M-Bəs kim tapmaca bilir?

(Qruplar bir-birinə tapmaca söyləyir)

M-Biz aşağı siniflərdə qışa aid hansı mahnılar keçmişdik?

Ş- “Təzə il”, “Şaxta baba”, “Yolka”, “Qar topu”

M-Gəlin bu mahnılardan birini oxuyaq.

(Xorla “Qar topu” mahnısı oxunur.musiqisi S.Rüstəmovundur.)

M-Hansı ölçüdədir? hansı almadır?

Ş-6/8 ölçüdə ağ-sarı alma – yəni “mahnı-rəqs”

İndi isə sizinlə birlikdə bəstəkar Musa Mirzəyevin, sözləri Hikmət Ziyanın yazdığı “Yeni il” mahnısını öyrənək.

Bir daha diqqət ekrana. Gəlin qulaq asaq.

M-Mahnı sizə necə təsir bağışladı?

Ş-Sevinc hissi oyatdı, şən əhval-ruhiyyə bəxş etdi.

M-Hansı almalardır?

Ş-ağ, sarı alma yəni “mahnı-rəqs”

M-Hansı ölçüdədir?

Ş–

M-Sizcə mahnı hansı qammada yazılıb; major yoxsa minor?

Ş-“Yeni il” mahnısı major qammasında yazılıb.

M-Mahnı 4 bənd, 4 nəqarətdən ibarətdir. 6/8 ölçüdədir. Fa major qammasında yazılıb. Fa major qammasında neçə işarə var?

Ş-1-Şi bemd

M-Major qammasında oxuyaq. Kim yazı taxtasında yazar.

M Major

M Major

Major ladında olan musiqilər şən, minor ladında olan musiqilər qəmli musiqi olur.

Tanina 3 səslidir.

Tanina 3 səsi

Tanina 3 səsi

M-İndi isə gəlin birlikdə ritm tutaq və oxuyaq.

Mahnı- “Yeni il” oxunur.

Nəticə və ümumləşdirmə:

M-Bu gün dərsdə biz 6/8 xanə ölçüsünə malik Azərbaycan və özbək rəqslərinin oxşarlığını aydınlaşdırdıq. Bunu necə etdik?

Ş-“Uzundərə”Azərbaycan xalq rəqsi və “Boy-Boy”Özbək mahnısının oxşar və
fərqli cəhətlərini Venn diaqramında yazdıq, Mahnı və rəqs 6/8 xanə ölçüsüdür.

M-Bəs 6/8 ölçüdə hansı mahnını öyrəndik?

Ş-“Yeni il”mahnısı

M-Musiqisi və sözləri kimindir?

Ş-musiqisi Musa Mirzəyev, sözləri Hikmət Ziya

M-Dərsimizin sonunda hansı mahnını oxuduq və hansı ölçüdədir?

Ş-“Qar topu”-6/8 ölçüdədir.

M-Mahnı və rəqsləri tamamlayan nədir?

Ş-Ədəbiyyat olmasa, musiqi olmaz.

M-Daha nə?

Ş-Rəqslər və mahnılar bir-birini tamamlayan fikirlərdir.

Qiymətləndirmə-5 dəq.

Bugün qiymətlər -alqışlar vasitəsilə verilir. Dərsimiz yekunlaşır. Evə tapşırıq
mahnının sözlərini əzbərləmək. “Yeni il”, “Qış” haqqında Esse yazmaq, sərbəst əl işləri.

İndi isə mən sizinlə sağollaşıram. Mənim yazdığım “Azərbaycanım”mahnısını oxuyaraq II bəndin nəqarətindən siz sinifdən azad olursunuz.

M-Sağ olun, uşaqlar

Ş-Sağ olun, müəllim.

Qiymətləndirmə

Qiymətləndirmə

Xatirə Cananova,
208¹li tam orta məktəbin nəğmə və musiqi müəllimi, Bakı Şəhəri üzrə Təhsil Mərkəzinin Suraxanı-Xətai metodbirləşməsində nəğmə və musiqi fənni üzrə ştatdankənar metodist, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüş, Ali kateqoriyalı müəllim

Filed in: DƏRS NÜMUNƏLƏRİ MUSİQİ

5s şərh var: to “Musiqi fənnindən açıq dərsin icmalı”

  1. vusale
    4 İyul 2014 at 17:12 #

    sizə bu gözəl dərs nümunəsi üçün çox təşəkkür edirəm Nailiyyətlərinizin davamını diləyirəm.

  2. R.M.
    5 Aprel 2015 at 21:30 #

    tesevvur elemirem Azerbaycanda bele musiqi dersi….eger hansisa mekteblerde kecilirse ne gozel…..necenci sinife kecirilib bu ders???kash ki hamimiz bu muellime kimi savadli ve ishguzar olaydiq

  3. Mətanət Əhmədova
    15 İyun 2015 at 07:53 #

    Hörmətli müəllimlər!Dərslik müəllifləri həm gözəl dərslik, həm də “Müəllimlər üçün metodik vəsait” yazmışlar.Öz fənninə böyük həvəslə yanaşan hər bir müəllim metdok vəsaitdən istifadə edərək , daha da maraqlı dərs nümunəsi hazırlaya bilər.Yetər ki…fənnini sevəsən…
    …Hamınıza uğurlar!

  4. Oqtay
    22 Yanvar 2017 at 12:36 #

    Bəyənirəm, lakin dərsin hansı sinifdə aparılacağı göstərilməyib.

Şərh yazın