7:46 pm - Bazar Noyabr 19, 2017

İKT fiziki tərbiyə dərslərində

İdman özünəməxsus qayda-qanunları, özəllikləri olan, adamdan bütün fiziki, mənəvi-psixoloji potensialını ortaya qoymağı tələb edən böyük və zəngin bir dünyadı.

Xüsusən söhbət peşəkar idmandan gedirsə, burda hər anın, hər saniyənin öz hökmü var, möhtəşəm nəticələr göstərmək, uğurları ilə tarixdə qalmaq istəyən hər kəs yarış meydanına çıxarkən bütün detalları nəzərə almalı, potensialını turnir məsafəsi boyunca optimal şəkildə xərcləməyi bacarmalıdı.

Təlim prosesinin daha da yardimcı olmasının və şagirdlər tərəfindən müxtəlif üsullar vasitəsilə hər hansı bir məlumatın qavranılmasının və qəbul edilməsinin artırılması üçün müxtəlif metodlar təklif olunur.

Bu metodlardan biri də interaktiv təlim metodundan istifadədir.

İdman fənninin tədrisində mən də buna çalışıram və yeni təlim metodu ilə qurduğum dərs nümunəsini sizlərlə bölüşmək istəyirəm.

Yeni dərs V sinif “Yuxarı ətraf əzələlərinin inkişaf etdirilməsi” mövzusundadır.
Fənn: Fiziki tərbiyə

Mövzu: Yuxarı ətraf əzələlərinin inkişaf etdirilməsi

Standart: 1.3.3., 2.2.3., 2.2.4., 3.1.4., 4.1.1

Dərsin gedişi:

Dərsə Artur Şopenhauerin sözləri ilə başlayıram:

“Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heçdir”.

Dərsə başlamaq üçün şagirdlərə “Kim sevirsə idmanı” mahnısına hazırlanan görüntüdən 1parçanı təqdim edirəm və belə bir sual verirəm: Baxdığınız videogörüntüdə orqanizmin hansı hissəsi daha çox hərəkətdə olur?

Tədqiqat sualı:

Nə üçün yuxarı ətraf əzələlərini inkişaf etdirməliyik?

“Vətənpərvərlik-İdman” mövzusuna toxunduğum üçün qrupları da bu istiqamətdə – Fərid, Salatın, Mübariz, Çingiz və Qarabağ qruplarına ayırıram.

Hər bir qrupa işçi vərəqləri paylayıram.

36

İş vərəqləri

İş vərəqləri

Məlumat mübadiləsi

Məlumat mübadiləsi

Nəticəyə hazırladığım krossvordu həll etdirməklə gəlirəm.

Yaradıcılıqı tətbiq etmə

Yaradıcılıqı tətbiq etmə

Yaradıcı tətbiqetmədə şagirdlərə ev tapşırığı verirəm.

Sonda tərəfimdən hazırlanan Azərbaycan himninin videorolikinin sədaları altında qiymətləndirmə aparıram. http://www.youtube.com/watch?v=K-GeVKVxT00

Elvin Əliyev,
İsmayıllı rayon 6¹-li tam orta məktəbin fiziki tərbiyə müəllimi

Filed in: DƏRS NÜMUNƏLƏRİ FİZİKİ TƏRBİYƏ

1 şərh var: to “İKT fiziki tərbiyə dərslərində”

  1. Rafiq
    10 İyul 2016 at 12:09 #

    Şəraiti olmayan məktəblərdə fiziki tərbiyə dərsini bir və ya uzağı 3-dəfə belə keçmək olar.Belə dərslərin şagirdlərə heç bir xeyri yoxdur.Tədris vahidi bilinmir,icmal bütöv deyil,ibtidai təhsil səviyyəsindən gələn şagirdlər idmana həvəsli olurlar(1-4 sinifə qədər fiziki tərbiyə keçirilmir).Problem çox həlii az.5-cisinifin idmandan ümumiyyətlə xəbəri olmur,informasiya qıtlığı,standartların yoxluğu və s…..Sizə uğurlar.

Şərh yazın