9:16 pm - Çərşənbə axşamı İyun 27, 2017

Əlvida 4-cü sinif, salam 5-ci sinif

20 may 2014 -cü il tarixində Talıstan kənd tam orta məktəbində ibtidai sinif müəllimi Cəbrayılova Surənin rəhbərlik etdiyi 4 -cü sinif şagirdlərinin “Əlvida 4-cü sinif, salam 5-ci sinif” adlı tədbiri keçirilib. Tədbirdə Talıstan kənd icra nümayəndəsi Şirəliyev Sihət, bələdiyənin sədri Məhərrəmov Şaiq, məktəbin müəllim kollektivi, valideynlər iştirak etdilər. Dövlət himninin səsləndirilməsi ilə tədbir başlandı. Hamı ayağa qalxdı.

Talıstan kənd orta məktəb

Talıstan kənd orta məktəb

Məktəbin direktoru Əzizov Aydın, təlim tərbiyə işləri üzrə direktor müavini Mürşüdov Xalid cıxış edərək 4 il ərzində qazanılan nailiyyətlərdən danışdılar: “Məktəbin təhsil uğurları hər birimizi sevindirir. Bu sinfin yüksək nailiyyətlər qazanması Surə müəllimənin əməyinin nəticəsidir. Müəllimənin ən böyük uğuru odur ki, valideynlər övladlarının onun sinfində dərs almasını istəyirlər. Surə müəllimə də belələrindəndir.

Elm yolu cətin yoldur. Surə müəllimə şagirdlərə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllim olub.”

Talıstan kənd icra nümayəndəsi Şirəliyev Sihət şagirdlərə gələcək təhsillərində uğurlar arzulayıb, onlara xoş arzularını və diləklərini bildirdi. Valideynlər çıxış edərək övladlarının təhsilində böyük zəhməti olan Surə müəlliməyə təşəkkür etdilər. Tədbirdə məktəblilərin hazırladıqları əbədi-bədii kompozisiyalar nümayiş etdirildi. Şagirdlər vətənə, anaya, bayrağımıza, müəllimə,dostluğa və s. həsr olunmuş şeyrlər söylədilər.

Şagirdlər rus, ingilis dillərində bəstələnmiş mahnıları məharətlə ifa etdilər. Süleymanın, Elcinin, Rəşidin, Kamranın, Əfsunun, Nərimanın, Farizin rəqsləri hamını heyran qoymuşdur. Həmidli Ayşən və Novruzova Aydanın “Bayrağımız” haqqında söylədiyi seyrlər hamını riqqətə gətirdi. Türkanın, Ayselin, Aytənin, Elnurənin, Nurtənin, Eşqinin, Ülkərin rəqsləri alqışlarla qarşılandı. Həmidli Ayşənin və Mehdiyev Əfsunun göstərdikləri səhnəcik qonaqların zövqünü oxşadı.

Valideynlər adından Qəndaf nənə çıxış etdi .Surə müəlliməyə təşəkkürünü bildirdi və şagirdləri təbrik etdi. Hər kəs həyatda özündən sonra qoyduğu izi ilə tanınır. Müəllim verdiyi təhsil və tərbiyə ilə, aşılamış olduğu bilik, bacarıq və əxlaqi kefiyyətlərlə şagirdlərin qəlbində həmişəlik iz qoyacaq. Tədbirin sonunda müəllimin və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıldı.

Məktəbin direktoru Aydın Əzizov müəlliməni “Fəxri fərman”la mükafatlandırdı.

Bələdiyyənin sədri Məhərrəmov Şaiq isə bilik yarışlarında yer tutan və yuxarı bal yığan şagirdləri “Pul” mükafatı ilə mükafatlandırdı və uğur arzuladı. Biz şagirdlər müəlliməmizə təşəkkürümüzü bildirir, “çoxsaolun” deyirik. Çalışacağıq ki, məktəbimizə həmişə uğur gətirək.

“Əlvida, 4-çü sinif. Əlvida Surə müəllimə. Göz bəbəyim, ürək parəm, əziz müəlliməm.”
Yazıb hazırladı:

Həmidli Ayşən, Novruzova Aydan və Mehdiyev Əfsun Talıstan kənd orta məktəbin 5-çi sinif şagirdləri: Bilik yarışlarının qalibiləri:

Filed in: MƏKTUBLAR

1 şərh var: to “Əlvida 4-cü sinif, salam 5-ci sinif”

  1. 24 Fevral 2015 at 15:36 #

    Əlvida 11ci sinif, salam həyat

Şərh yazın