4:42 am - Şənbə İyul 22, 2017

GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI FƏNNİNDƏ “VƏTƏNPƏRVƏRLİK ANLAYIŞI” MÖVZUSUNUN TƏDRİSİ

“Bütün dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın”

Heydər Əliyev

Məktəblərimizdə gənc nəslin Vətənə məhəbbət xalqa, elinə, obasına hörmət, öz ata-babalarının adət ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşılmışdır.

Ümumtəhsil məktəblərimizdə təhsil alan gənclərimizin vətənpərvər və hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşür. Bu məsuliyyət xüsusilə də kurikulum islahatının həyata keçirildiyi bir zamanda daha çox GÇH fənnini tədris edən müəllimlərimizin üzərinə düşür. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların maraq və xüsusiyyətlərini nəzərə alan texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Müəllim müasir dövrdə təlim texnalogiyalarına yüksək səviyyədə yiyələnməlidir. Bunun üçün isə o, daim öz üzərində işləməli, pedaqoji hazırlığını təkmilləşdirməli, təbii ki, peşəkarlıq səviyyəsini yüksəltmək üçün mütəmadi hazırlıq kurslarından keçməlidir. Müəllim şagirdlərini fəallaşdırmaq və təlim prosesinə interaktivlik qoşmaq istəyirsə, ilk növbədə yaradıcı olmalıdır. O informasiya-kommunukasiya vasitələrinə dərindən yiyələnmədən şagird maraqlarına cavab verə biməz. Lakin GÇH fənnini tədris edən müəllimlərimizin bəziləri kurikulum kurslarından və İKT-nin imkanlarından istifadə etmək bacarıqlarına malik olmadıqları üçün tədris zamanı bir sıra çətinliklər meydana gəlir.

Əlbəttə ki, kurikulumun hələ I-VI siniflərdə tədbiq olunduğu üçün GÇH fənnindən hələ ki, müasir təlim metodlarına əsaslanan dərslərə rast gəlməmişik. Ona görə də yekunda oxucularımıza yeni təlim metodlarına uyğun hazırladığım dərsi təqdim edirəm.

Oxudum – unutdum, gördüm – xatırladım, etdim- öyrəndim. (Konfutsi)

Gənclərin çağırışaqədərki hazırlığı

(10-cu sinif)

Mövzu: “Vətənpərvərlik anlayışı. Orden və medallar”

Məqsəd:

* Milli vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissələrini sadalayır.

* Vətənpərvərlik hisslərinin formalaşmasında

rolu olan görkəmli şəxsiyyətləri tanıyır.

* Respublikanın orden və medallarını sadalayır.

Resurs: Dərslik, kompyuter, proyektor, Power Point proqramı, İnternet resursları, yapışqanlı rəngli kağızlar, iş vərəqləri.

Dərsin gedişi: Dərsə başlamazdan əvvəl sinif nümayəndəsi dərsdə iştirak edən şagirdlər haqqında məlumat verir. Hazırladığım təqdimatın ilk slaydını nümayiş etdirirəm.

Şəkil

Şəkil

Bu dahi şəxsiyətlər haqqında şagirdlərdən bir sıra bilgilər aldıqdan sonra ikinci slayda keçid alıram.

Şəkil

Şəkil

Bu slaydda şagirdlər, nəyə görə Vyetnam xalqının qalib gəldiyi haqqında öz fərziyyələrini söyləyirlər. Nəhayət tədqiqat aparmaq üçün ortaya bir neçə tədqiqat sualı meydana çıxır:

1. Əsl vətənpərvər olmaq üçün hərbi qulluqçu hansı keyfiyyətlərə malik olmalıdır.

2. Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşmasında zəhməti olan hansı dövlət xadimlərini tanıyırsınız?

Şagirdlərə rəngli, yapışqan kağızlar paylayıram. Fərdi iş üsulundan istifadə edərək şagirdlərə yuxarıda verilmiş tədqiqat suallarına cavablar yazmağı tapşırıram.

Tədqiqat aparılan zaman şagirdlərə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyim videogörüntünü nümayiş etdirirəm.

Şəkil

Şəkil

Hər bir şagird yazdığı cavabları verilmiş slayddakı müvafiq yerlərə yerləşdirir və oxuyur. Bu zaman digər iştirakçılar da, öz fikirlərini söyləyirlər.

Şəkil

Şəkil

Şagirdlər təqdimat aparan zaman yuxarıda təqdim etdiyim motivasiyalı slaydın cavabını tapırlar. (nəyə görə Vyetnam xalqı qalib gəldi?)

Şəkil

Şəkil

Nəhayət dərsin bu mərhələsində ümumi bir nəticəyə gələrək vətənpərvərlik anlayışına açıqlama veririk: Vətənpərvərlik – vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir.

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif istiqamətlərdə vətənə xidmət etməyi özündə birləşdirirsə, bütün bunların zirvəsində Vətən üçün ölməyə hazır olmaq dayanır. Bu vətənpərvərliyin ən uca və ali formasıdır.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Şəkil

Bu slaydda ümumilli lider Heydər Əliyevin vətənpərvərlik haqqında dediyi kəlamı səsləndirirəm: “Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik,Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Şəkil

Şəkil

Aşağıdakı slaydda Az.Respublikasının ordenlərinin sıralama cədvəli verilmişdir

Şəkil

Şəkil

Bu slaydan sonra şagirdləri fərdi qaydada aşağıda verilmiş meyarlar cədvəlinə uyğun qiymətləndirib aktiv qiymətləndirmə jurnalda qeydlər aparıram.

Şəkil

Şəkil

Şəkil

Şəkil

Son slayd nümayiş olunur və ev tapşırığı verilir.

Sonda şagirdlərə internet resurslarından istifadə edərək Qarabağ hadisələrindən bəhs edən kiçik həcmli təqdimat hazırlamaq tapşırılır.

MÜŞVİQ MƏMMƏDOV,
İsmayıllı rayon Mollaisaqlı kənd tam orta
məktəbin müəllimi

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

4s şərh var: to “GƏNCLƏRİN ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIĞI FƏNNİNDƏ “VƏTƏNPƏRVƏRLİK ANLAYIŞI” MÖVZUSUNUN TƏDRİSİ”

  1. Cəlilov. X (Sulut)
    9 Sentyabr 2014 at 20:26 #

    Muşviq muəllim çox gozəl tərtib etmişsiniz. Sağ olun.

  2. Elman
    20 Oktyabr 2014 at 18:13 #

    Müşviq müəllim .sağ olun.Vətənpərvərlik anlayışı mövzusuna bir vətənpərvər,yaradıcı müəllim kimi yanaşmısınız.Hər bir müəllim G.Ç.H.fənnindən bir yaradıcı mövzu hazırlasa bu fənn üzrə informasiya bolluğu yaranar,və müəllimlərimizin köməyinə çatar.Mənim də bir neçə yaradıcı dərslərim və lahiyələrim vardır. Saitlərə yerləşdirməyi bacarmıram.V elektron müsabiqəsində Milli elektron resurslarının yaradılması naminasiysında ,Az.S.Q. yaranma tarixi mövzusunda resursla içtirak edirım

  3. Mushviq
    24 Oktyabr 2014 at 10:56 #

    Salam. Diqqətinizə görə təşəkkürlər.

  4. Əsgər Manafov
    4 Aprel 2015 at 18:53 #

    Müşviq müəllim sizi təbrik edirəm .Dərs yaradıcı və vətənpərvərlik ruhunda gənclərin yetişməsi üçün dəyərli materialdır.Müəllimlərimiz bundan faydalansalar yaxşı olar.

Şərh yazın