7:57 am - Çərşənbə Noyabr 22, 2017

İki universitet arasında növbəti onlayn bağlantı

Online

Online

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Naxçıvana səfəri çərçivəsində əldə olunan razılığa əsasən hər həftə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında Amerikanın tarixi, mədəniy-yətinə, milli mənəvi dəyərləri və.s mövzulara həsr olunan onlayn bağlantı həyata keçirilir. Bu həftə keçirilən onlayn bağlantı isə Amerika cəmiyyəti, dəyərləri və mədəniyyəti mövzusuna həsr olundu və ingilis dilində aparıldı. Tələbələr mövzunu böyük maraqla qarşıladılar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstar Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında keçirilən onlayn bağlantıda məruzə etdi. Xanım Feyt Pirs Morninqstar Amerika cəmiyyəti, mədəniyyəti və dəyərləri haqqında geniş məlumat verdi.

Online bag

Online bag

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli onlayn bağlantıda iştirak etdərək, təhsil sisteminə inteqrasiya baxımından Amerika ilə beynəlxalq tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğuladı.

Xanım Feyt Pirs

Online baglanti

Online baglanti

Morninqstar dinləyicilərlə Muxtar Respublika haqqında təəssüratlarını bölüşdü. “Mən Naxçıvanda olarkən, Duzdağ Fizioterapiya Mərkəzində oldum, burada olan qonaqpərvərliyi gördüm, səfərdən gözəl təəssüratlarla ayrıldım və buranı çox sevdim”. Qeyd edək ki, xanım Feyt Pirs Morninqstar həmin səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub, burada fəaliyyət göstərən Ernest Heminquey Elmi-Tədqiqat Mərkəzi ilə tanış olub, qonağa Amerika və dünya ədəbiyyatının, ədəbi əlaqələrin öyrənilməsi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, canlı bağlantı diskussiya şəklində təşkil olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Mina Qasımova,
NDU-nun Mətbuat
şöbəsinin əməkdaşı

Filed in: XƏBƏRLƏR

Şərhlər qapalıdır.