12:26 pm - Bazar Oktyabr 26, 2014

Açıq dərsin icmalı

Fənn: Texnologiya Mövzu: Yumurtadan yeməklərin hazırlanma texnologiyası

Standart:

Yumurta

1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2.1. Hazırlanacaq yemək növünə görə iş yerini təşkil edir.
1.2.2. Yeməklərin hazırlanması üçün iş ardıcıllığını müəyyənləşdirir.
1.2.3. Növündən asılı olaraq uyğun emal texnologiyasını seçir.
1.3.2. Yumurtadan yemək hazırlamaqda tərtibat bacarıqları nümayiş etdirir.
1.3.3. Qrup tərkibində birgəfəaliyyət bacarıqları nümayiş etdirir.
2.2.1. Əl alətlərindən istifadə edir.

Məqsəd: Yumurtadan yeməklərin hazırlanma texnologiyasını şagirdlərə öyrətmək.

İş forması: Böyük qrup.

İş üsulu: Müşahidə, müzakirə, beyin həmləsi.

Resurslar: İş vərəqləri yumurtanı bişirmək üçün qab-qacaqlar.

Sxem

MOTİVASİYA

Tədqiqat sualı

Yumurtadan hansı yeməkləri hazırlamaq olar?

Tədqiqatın aparılması:
Şagirdləri iki qrupa bölürəm.

Cücə

Cücə

1-ci qrup: Cücələr. 2-ci qrup: Ördəklər.

1-ci qrup: Cücələr.
1.Siz hansı növ yumurtaları tanıyırsınız?
2. Bəs yumurtadan hazırlanan hansı yeməkləri tanıyırsınız? (adlarını yaz).
3. Qida məhsulu kimi hansı yumurtalardan istifadə edilir?
2-ci qrup: Ördəklər.

1.Qayğanağın hazırlanması texnologiyasını ardıcıl yazın.

2. Yumurta neçə qrupa bölünür və hansılardır?

Ördək

Ördək

3. Yumurtanı qaynadanda çatlamaması üçün nə etmək lazımdır?

Məlumat mübadiləsi:

Qrupların təqdimatı dinlənilir hər qrupun nümayəndəsi təqdimat edir.

Məlumatın müzakirəsi:

Qrupların işi müzakirə olunur. Əlavələr edilir.

Müəllim: 1. Uşaqlar, yumurtanın keyfiyyətini müəyyənləşdirmək üçün gəlin belə bir təcrübə aparaq.

Bir stəkan suda bir xörək qaşığı xörək duzu həll edir və yumurtanı suyun içinə salırıq. Təzə yumurta suyun dibinə düşür, uzun müddət saxlanılan yumurta duzlu məhsulun içində qalır. İstifadəyə yararlı olmayan yumurta isə suyun üzünə çıxır.

2.Qaynadılmış yumurtanı və qayğanağın hazırlanma ardıcıllığını müəllim və şagirdlər birlikdə yerinə yetirirlər.

Nəticə:

Şagirdlərin cavabları ümumiləşdirilir. Yumurtanın insan orqanizmi üçün xeyrindən və xörəklərin hazırlanma texnologiyasını və onların keyfiyyətindən verilən tələbləri öyrənirlər.

Ev tapşırığı:

Dərslikdən mövzunu öyrənmək, yumurta qabığından müxtəlif əşyalar hazırlamaq.

Qiymətləndirmə: Meyarlara əsasən

          Qruplar

                                             Meyarlar

Cücələr

Ördəklər

Bal

1.İş ardıcıllığını müəyyənləşdirir.      
2.Emal texnologiyasını seçir.      
3.Tərtibat bacarıqlarını nümayiş etdirir.      
4.Əl alətlərindən istifadə edilir.      

 

Sərmayə Rüstəmova,
Bakı şəhəri Xətai rayonu 265 nömrəli
tam orta məktəbin texnologiya müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX

Şərhlər qapalıdır.